Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-447/2025 17.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdehh oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdehh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqavilə üzrə İmei kod **********23833 OPPO A58 markalı telefon, vinil Şəffaf üçün 537.6 (beş yüz otuz yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr mərkəzi rüsumu 23.6 (iyirmi üç manat altmış qəpik), 161.28 (yüz altmış bir manat iyirmi səkkiz qəpik) manat cərimə, ümumilikdə 722.48 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdehh oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İmei kod **********23833 OPPO A58 markalı telefon, Vinil Şəffaf almış və nəticədə 722.48 (yeddi yüz iyirmi iki manat qırx səkkiz qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 607.68 (altı yüz yeddi manat altmış səkkiz qəpik) manat (18 ay x 33.76 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********23833 OPPO A58 markalı telefon, vinil şəffaf üçün 722.48 (yeddi yüz iyirmi iki manat qırx səkkiz qəpik) manat olmaqla, ondan, 537.6 (beş yüz otuz yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr mərkəzi rüsumu 23.6 (iyirmi üç manat altmış qəpik), 161.28 (yüz altmış bir manat iyirmi səkkiz qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 70.08 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən iddiaçı İmei kod **********23833 OPPO A58 markalı telefonu cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya 537.6 manat əsas borcu, İnnovativ Layihələr mərkəzi rüsumu 23.6 manat, müqavilənin 2.6-cı bəndinə əsasən 161.28 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilənin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, İmei kod **********23833 OPPO A58 markalı telefon üçün 537.6 manat əsas borc, 23.6 manat İnnovativ Layihələr mərkəzi rüsumu Cavabdehh oğlundan alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən hesab edir ki, cavabdehdən 30 manat cərimə məbləği tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə İmei kod **********23833 OPPO A58 markalı telefon, vinil şəffaf üçün, 537.6 (beş yüz otuz yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr mərkəzi rüsumu 23.6 (iyirmi üç manat altmış qəpik) manat, 30 (otuz) manat cərimə, ümumilikdə 533.6 (beş yüz otuz üç manat altmış qəpik) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdehh oğlundan tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-447/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-447/2025
17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver