Məhkəmə qərarları › İş №e-2(075)-454/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-454/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-454/2024 14.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən imei kodu **********33820 XİAOMİ REDMİ 10A markalı telefon üçün 291.1 manat ödənilməmiş hissə, 29.9 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, imei kodu **********91476 SAMSUNG GALAXY A03 markalı telefon üçün 266.76 manat ödənilməmiş hissə, 26.24 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********19942 SAMSUNG GALAXY A12 markalı telefon üçün 51.38 manat ödənilməmiş hissə, 5.62 manat cərimə, ümumilikdə 671 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən, İmei kodu **********33820 XİAOMİ REDMİ 10A markalı telefon, imei kodu **********91476 SAMSUNG GALAXY A03 markalı telefon, imei kodu **********19942 SAMSUNG GALAXY A12 markalı telefon almış və nəticədə 671 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 375.3 manat (18 ay x 20.85 manat + 0 manat ilkin ödəniş), imei kodu **********33820 XİAOMİ REDMİ 10A markalı telefon üçün ümumilikdə, 321 manat olmaqla ondan, 291.1 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29.9 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 398.52 manat (18 ay x 22.14 manat + 0 manat ilkin ödəniş) imei kodu **********91476 SAMSUNG GALAXY A03 markalı telefon üçün ümumilikdə, 293 manat olmaqla ondan, 266.76 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26.24 manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 509.84 manat (18 ay x 25.13 manat + 57.5 manat ilkin ödəniş) imei kodu **********19942 SAMSUNG GALAXY A12 markalı telefon üçün ümumilikdə, 57 manat olmaqla ondan, 51.38 (əlli bir manat otuz səkkiz qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.62 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 674.42 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçı imei kodu **********33820 XİAOMİ REDMİ 10A markalı telefonu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən isə **********91476 SAMSUNG GALAXY A03 markalı telefonu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********19942 SAMSUNG GALAXY A12 markal telefonu cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malların dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli müqavilə üzrə 291.1 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 29.9 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 266.76 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 26.24 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 51.38 manat əsas, müqavilənin 2.6cı bəndinə əsasən 5.62 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilələrin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 465, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, **********33820 XİAOMİ REDMİ 10A markalı telefon üçün 291.1 manat əsas, 29.9 manat cərimə borcu, **********91476 SAMSUNG GALAXY A03 markalı telefon üçün isə 266.76 manat əsas, 26.24 manat cərimə borcu, **********19942 SAMSUNG GALAXY A12 markalı telefon üçün isə 51.38 manat əsas, 5.62 manat cərimə borcu olmaqla, cəmi 671 manat borc Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2022-ci il tarixli müqavilə üzrə imei kodu **********33820 XİAOMİ REDMİ 10A markalı telefon üçün, 291.1 (iki yüz doxsan bir manat on qəpik) manat ödənilməmiş hissə, 29.9 (iyirmi doqquz manat doxsan qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasənimei kodu **********91476 SAMSUNG GALAXY A03 markalı telefon üçün 266.76 (iki yüz altmış altı manat yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 26.24 (iyirmi altı manat iyirmi dörd qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə imei kodu **********19942 SAMSUNG GALAXY A12 markalı telefon üçün 51.38 (əlli bir manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, 5.62 (beş manat altmış iki qəpik) manat cərimə, ümumilikdə 671 (altı yüz yetmiş bir) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar