Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-461/2023 16.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiacı İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1 ünvanında yaşayan xx.xx.1952-ci il təvəllüdlü Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1841,36 manat (bir min səkkiz yüz qırx bir manat 36 qəpik) əsas borc, ödənilmiş 38,41 manat (otuz səkkiz manat 41) dövlət rüsumu və 0,80 (səksən) qəpik bank xidmət haqqı olmaqla, ümumilikdə 1880,57 manat (bir min səkkiz yüz səksən manat 57 qəpik) borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində iddiaya qarşı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Cavabdeh məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00000 saylı qaz hesabında ödənilməmiş 2401.02 manat borc vardır. Həmin borcun 559.66 manat hisəssinin Cavabdeh tutulması ilə bağlı əvvəlki tarixdə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-149/2021 saylı qətnaməsi mövcuddur. Belə ki, əvvəlki tarixdə İddiaçı Cavabdeh 1679.40 manat əsas borcun və dövlət rüsumunun tutulması ilə bağlı Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(075)-1175/2020 saylı qətnaməsi ilə İddiaçı İB-nin iddia tələbi təmin edilmədiyindən ondan apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-149/2021 saylı qətnaməsi ilə isə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı İB-nin iddiası qismən təmin edilməklə Cavabdeh 559.66 manat borcun tutulmasına dair qətnamə çıxarılmışdır. İddia tələbinin təmin edilməyən 1119.74 manat hissəsi isə Cavabdeh ərizəsi əsasında onun qaz hesabından xx.xx.2021-ci il tarixdə silinmişdir. Beləliklə, Cavabdeh **********00000 saylı qaz hesabında qeydə alınan 2401.02 manat borcun 559.66 manat hissəsinin tutulmasına dair tarixdə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-149/2021 saylı qətnaməsi mövcuddur. Hazırda mübahisələndirilən hissə isə 1841.36 manat təşkil edir və həmin borcun məcburi qaydada tutulmasına dair müvafiq icra sənədi mövcud olmadığından və həmin borc könüllü şəkildə cavabdeh tərəfindən ödənilmədiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək cavabdeh ünvan 1 ünvanında yaşayan xx.xx.1952-ci il təvəllüdlü Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1841,36 manat (bir min səkkiz yüz qırx bir manat 36 qəpik) əsas borc, ödənilmiş 38,41 manat (otuz səkkiz manat 41) dövlət rüsumu və 0,80 (səksən) qəpik bank xidmət haqqı olmaqla, ümumilikdə 1880,57 manat (bir min səkkiz yüz səksən manat 57 qəpik) borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yaşayan xx.xx.1952-ci il təvəllüdlü Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1841,36 manat (bir min səkkiz yüz qırx bir manat 36 qəpik) əsas borc, ödənilmiş 38,41 manat (otuz səkkiz manat 41) dövlət rüsumu və 0,80 (səksən) qəpik bank xidmət haqqı olmaqla, ümumilikdə 1880,57 manat (bir min səkkiz yüz səksən manat 57 qəpik) borc tutularaq İddiaçı xeyrinə (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-461/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-461/2023
16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver