Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-467/2023 17.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC, Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG SOYUDUCU üçün 1256 (min iki yüz əlli altı) manat əsas borc, 125 (yüz iyirmi beş) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG Kondisioner üçün 1205 (min iki yüz beş) manat əsas borc, 120 (yüz iyirmi) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********90877 SAMSUNG GALAXY A12 markalı telefon, İmei kodu **********90877 SAMSUNG GALAXY A12 markalı telefon üçün 454 (dörd yüz əlli dörd) manat əsas borc, 45 (qırx beş) manat cərimə borcu olmaqla, ümumilikdə 3205 manat borcun və 52.05 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG SOYUDUCU, SAMSUNG Kondisioner, İmei kodu **********90877 SAMSUNG GALAXY A12 markalı telefon, İmei kodu **********90877 SAMSUNG GALAXY A12 markalı telefon almış və nəticədə 3205 (üç min iki yüz beş) manat borc aranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1818 (min səkkiz yüz on səkkiz) manat (18 ay x 101 manat + 0 manat ilkin ödəniş) SAMSUNG SOYUDUCU üçün ümumilikdə, 1381 (min üç yüz səksən bir) manat olmaqla ondan, 1256 (min iki yüz əlli altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 125 (yüz iyirmi beş) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı 2167.2 (iki min yüz altmış yeddi manat, iyirmi qəp) manat (18 ay x 120.4 manat + 0 manat ilkin ödəniş) SAMSUNG Kondisioner üçün ümumilikdə 1325 (min üç yüz iyirmi beş) manat olmaqla ondan, 1205 (min iki yüz beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 120 (yüz iyirmi) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 943.8 (doqquz yüz qırx üç manat, səksən qəp) manat (18 ay x 50.6 manat + 33 manat ilkin ödəniş) İmei kodu **********90877 SAMSUNG GALAXY A12 markalı telefon, İmei kodu **********90877 SAMSUNG GALAXY A12 markalı telefon üçün ümumilikdə, 499 (dörd yüz doxsan doqquz) manat olmaqla ondan, qiyməti 454 (dörd yüz əlli dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45 (qırx beş) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2014 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı "xxxx" MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 125 manat, 120 manat və 45 manat məbləğində cərimə borclarının ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləğləri tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG SOYUDUCU üçün 1256 (min iki yüz əlli altı) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG Kondisioner üçün 1205 (min iki yüz beş) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********90877 SAMSUNG GALAXY A12 markalı telefon üçün, 454 (dörd yüz əlli dörd) manat əsas borc, 10 (on) manat cərimə borcu olmaqla, ümumilikdə 2965 manat borc və 52.05 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG SOYUDUCU üçün 1256 (min iki yüz əlli altı) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG Kondisioner üçün 1205 (min iki yüz beş) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********90877 SAMSUNG GALAXY A12 markalı telefon üçün, 454 (dörd yüz əlli dörd) manat əsas borc, 10 (on) manat cərimə borcu olmaqla, ümumilikdə 2965 manat borc və 52.05 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-467/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-467/2023
17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver