Məhkəmə qərarları › İş №e-2(075)-476/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-476/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-476/2025 17.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 1205.00 manat məbləğində pul vəsaitinin və 33 manat dövlət rüsumu, ümumilikdə 1238 manat məbləğin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il saat 22:10 radələrində Şəki rayonu, Şəki-Qazax yolunun 16-cı kilometrliyində Cavabdeh2 məxsus, Cavabdeh1 idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Ford Transit” markalı, **-BP- *** dövlət qeydiyyat nişanlı avtomobil “X1” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuşdur. Şəki rayon Məhkəməsinin 3(075)-197/2022 saylı qərarına əsasən, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4, 327.6, 327.1-ci maddələri (sürücülük hüququ olmamış və yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki, “X1” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1205,00 (bir min iki yüz beş) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA107590/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə ümumilikdə 1205,00 (bir min iki yüz beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehlərə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 məxsus, Cavabdeh1 idarə etdiyi və "xxxx" ASC-də sığortalanmış **-BP-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobillə, “Mercedes-Benz Vito” markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Şəki Rayon Məhkəməsinin 3(075)-197/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh1 inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İddiaçı tərəfindən zərərçəkənə 1205 manat vurulmuş ziyanın əvəzi ödənilmişdir. Hazırda iddiaçı həmin məbləği həm nəqliyyat vasitəsinin mülkiyyətçisindən, həm də sürücüdən tələb edir. Məhkəmə, “İcbari sığortalar haqqında” qanunun 23.1.6, 25.1.8, 25.2, 63.1-ci, Mülki Məcəllənin 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 1205.00 manat məbləğində zərər məbləği tutularaq iddiaçıya ödənilməli, digər cavabdehə münasibətdə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 33 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1205.00 (bir min iki yüz beş) manat zərər məbləği və 33 (otuz üç) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar