Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-488/2025 17.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SM 75097 saylı xx.xx.2022-ci il tarixli Müddətli (nisyə) alqısatqımüqaviləsi üzrə yaranmış cəmi 1685.00 (min altı yüzsəksən beş) manat əsas borc, 250.50 manat (iki yüz əlli manat əlli qəpik) cərimə, ümumilikdə 1 935.50 (min doqquz yüz otuz beş manat 50 qəpik) manat borcun və 39,36 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış SM 75097 saylı, xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsinə əsasən 12 ay müddətinə hər ayın 08-dən gec olmamaqla 167.00 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilənin öhdəliklərini lazımınca icra etməyərək aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Cavabdehin qeydiyyat ünvanına məktub göndərilmişdir. Lakin cavabdehə məktubu çatdırmaq mümkün olmamışdır. Şəki Şəhər İcra Hakimiyyətinə ünvanladığımız sorğuya verilən xx.xx.2024-cü il tarixli cavab məktubunda və məktuba əlavə edilən 1 nömrəli Sahə İƏD üzrə nümayəndəliyinin arayışında cavabdehin faktiki yaşayış yerinin Türkiyə Respublikası olduğu bildirilmişdir. Belə ki xx.xx.2024-cü il tarixli borca dair arayış və çıxarışdan görünür ki: SM 75097 saylı xx.xx.2022-ci il tarixdə Müddətli (nisyə) alqı satqı müqaviləsi üzrə 400.00 ilkin ödəniş etmişdir və 2004.00 manat qalıq (əsas) borcdan 4 ay ərzində cəmi 319.00 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin 1685.00 manat əsas, 250.50 manat cərimə, ümumilikdə 1935.50 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçı təhvil-təslim aktında qeyd edilən malları cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya 1685.00 manat əsas, 250.50 manat cərimə, ümumilikdə 1935.50 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, müqaviləyə əsasən satılmış mallar üçün 1685.00 manat əsas borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə həmçinin Mülki Məcəllənin 467-ci maddəsinə əsasən hesab edir ki, cavabdehdən 50 manat cərimə borcu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 37.35 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli SM75097 müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1685 (bir min altı yüz səksən beş) manat əsas, 50 (əlli) manat cərimə, ümumilikdə 1735 (bir min yeddi yüz otuz beş) manat borc və 37.35 (otuz yeddi manat otuz beş qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-488/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-488/2025
17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver