Məhkəmə qərarları › İş №e-2(075)-494/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-494/2022

24.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-494/2022 24.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı "xxxx" ASC cavabdeh "xxxx" ASC-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nə artıq ödənilmiş 39,79 manatın bərpa edilməsi və "xxxx" ASC tərəfindən "xxxx" ASC-dən tələb edilən 527,55 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mülki işə Şəki rayon məhkəməsində deyil, Şəki kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İnternet Vergi İdarəsinin portalından çıxarışdan görünür ki, "xxxx" ASC vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyatdan keçmişdir. Həmçinin "xxxx" ASC (VÖEN **********) özü də hüquqi şəxsdir. Аzərbаycаn Respublikаsı 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsаsən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsаsən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi həm "xxxx" ASC həm də "xxxx" ASC sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərdir. Həmin Məcəllənin 153.2-ci maddəsinə görə hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Belə olan halda iddiaçı hazırkı iddiaya baxılması ilə bağlı Şəki kommersiya məhkəməsinə müraciət etməlidir. Bu səbəbdən də iddiaçı "xxxx" ASC-nin hazırkı tələbinə Şəki rayon məhkəməsində baxılması yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263.1, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar