Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-503/2024 01.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbi”nə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********25909 SAMSUNG GALAXY A13 markalı telefon üçün 189.96 manat ödənilməmiş hissə, 18.04 manat cərimə,xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********98172 SAMSUNG GALAXY A53 markalı telefon, SAMSUNG CHARGER üçün, 1079.1 manat ödənilməmiş hissə, 107.9 manat cərimə, ümumilikdə 1395 manat borc, 33.95 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********25909 SAMSUNG GALAXY A13 markalı telefon, İmei kodu **********98172 SAMSUNG GALAXY A53 markalı telefon, SAMSUNG CHARGER almış və nəticədə 1395 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 459.96 manat (12 ay x 38.33 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********25909 SAMSUNG GALAXY A13 markalı telefonüçün ümumilikdə, 208 manat olmaqla ondan, 189.96 manat ödənilməmiş hissə, güzəşt olunaraq 18.04 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1079.1 manat (18 ay x 59.95 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********98172 SAMSUNG GALAXY A53 markalı telefon, SAMSUNG CHARGER üçün ümumilikdə, 1187 manat olmaqla ondan, 1079.1 manat ödənilməmiş hissə, güzəşt olunaraq 107.9 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 270 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2023-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçı imei kodu **********25909 SAMSUNG GALAXY A13 markalı telefonu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən isə SAMSUNG GALAXY A53 markalı telefon, SAMSUNG CHARGER cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malların dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli müqavilə üzrə 189.96 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 18.04 manat cərimə borcu, xx.xx.2023-ci il tarixli müqavilə üzrə isə 1079.1 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 107.9 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilələrin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıqlar göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 465, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, **********25909 SAMSUNG GALAXY A13 markalı telefon üçün 189.96 manat əsas, 18.04 manat cərimə borcu, **********98172 SAMSUNG GALAXY A53 markalı telefon, SAMSUNG CHARGER üçün isə 1079.1 manat əsas, 107.9 manat cərimə borcu olmaqla, cəmi 1395 manat borc Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 33.95 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********25909 SAMSUNG GALAXY A13 markalı telefon üçün 189.96 (yüz səksən doqquz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 18.04 (on səkkiz manat dörd qəpik) manat cərimə, xx.xx.2023cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********98172 SAMSUNG GALAXY A53 markalı telefon, SAMSUNG CHARGER üçün, 1079.1 (bir min yetmiş doqquz manat on qəpik) manat ödənilməmiş hissə, 107.9 (yüz yeddi manat doxsan qəpik) manat cərimə, ümumilikdə 1395 (bir min üç yüz doxsan beş) manat borc, 33.95 (otuz üç manat doxsan beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-503/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-503/2024
01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver