Məhkəmə qərarları › İş №e-2(075)-518/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-518/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-518/2024 22.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi iştirakı ilə, İddiaçı "xxxx" MMC-nın Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC- iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********44593 Samsung Galaxy A12 markalı telefon üçün 25.2 (iyirmi beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 2.8 (iki manat, səksən qəpik) manat cərimə pulu yaranmışdır. Ümumilikdə, 28 (iyirmi səkkiz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi 26 dekabr 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclası bu günə, yəni 22 may 2024-cü il tarixə, saat 14:20-ə təyin edilmişdir. Lakin 13 may 2024-cü il tarixdə iddiaçı "xxxx" MMC məhkəməyə elektron qaydada ərizə göndərərək, iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İddiaçı "xxxx" MMC-nın ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" MMC-nın Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" MMC-yə qaytarılsın. İddiaçı "xxxx" MMC-na yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar