Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-530/2023 18.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 900 manat pulun və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 930 (doqquz yüz otuz) manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun uzaq tanışıdır. Cavabdeh səmimiyyət yaradaraq etibarlı şəxs kimi özünü ona tanıtdıqdan sonra zərgərlik fəaliyyəti ilə məşğul olduğunu və ona gözəl qızıl-zinət əşyaları düzəldə biləcəyini bildirmiş və o da cavabdehə yoldaşına qızıl komplekt istədiyini və bunun neçəyə başa gələcəyini bildirdikdə cavabdeh ona təxminən 3000 manata başa gələcəyini bildirmiş və ödənişdə narahat olmamasını, ilkin ödəniş verdikdən sonra qalıq məbləğin hissə-hissə ödəməsonə şərait yaradacağını bildirdikdə o, şərtlərin daha sərfəli olduğunu görərək cavabdehlə razılaşmışdır. Təxminən 2020-ci ilin yanvar ayında iş yerinin qarşısında Caspian Plazanın qabağında görüşərək ilkin olaraq 900 manat pul vermiş və həmin vaxt söhbət zamanı cavabdeh ona sifarişin təxminən 1-2 aya hazır olacağını bildirmişdir. Söz verdiyi müddət başa çatdıqdan sonra Cavabdeh ilə əlaqə qurduğu zaman hər dəfəsində müxtəlif bəhanələr ilə boyun qaçırmış, daha sonra başqa şəxslərə borcunun olduğunu qısa zamanda həll edəcəyini bildirsə də, sonra 1 ay ərzində etdiyi zənglər zamanı isə ümumiyyətlə onunla görüşdən, söhbətdən boyun qaçırmağa başlamışdır. Davamlı olaraq onun istifadəsində olan 070 *** ** ** mobil nömrə ilə əlaqə saxlamış və onu aldatdığını düşündüyü üçün səsini qeyd etmişdir, cavabdehlə telefon danışıqları zamanı ondan pulu aldığını və onu aldatdığını aşkar şəkildə etiraf etmişdir. Daha sonra Cavabdeh işlədiyi Moskva prospekti 246 ünvanında yerləşən zərgərlik məmulatları və istehsalı adlı dükana gedərək orada cavabdehi tapmağa çalışsa da, oradakı işçilər o cümlədən İlqar adlı orta yaşlı şəxs məsələni qısa müddətdə həll edəcəklərini bildirmiş lakin sonra onlar da edə biləcəkləri bir şeyin olmadığını bildirmişlər. Daha sonra bununla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci PB-nə şikayət etmişdir. Bir daha cavabdeh orada törətdiyi əməli etiraf etmiş və aldığı 900 manatı bir ay müddətində qaytaracağını bildirmişdir, bundan sonra 31 avqust 2021-ci il tarixdə cinayət işinin başlanmasının rəddi barədə qərar çıxarılmışdır. Həmin müddətdən 2 ay keçməsinə baxmayaraq cavabdeh yenə də aldığı pulu geri qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərmişdir ki, o, dəfələrlə cavabdehdən ona olan borcunu qaytarmasını bildirsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu qaytarmamışdır. Cavabdehin ona olan borcunuqısa zamanda tam şəkildə qaytarmasını istəyir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, o, iddiaçının qohumudur. İddiaçının bacısı ilə onun qızı eltidilər. İddiaçı nişan üzüyünü də o düzəltmişdir. Bidirmişdir ki, o, zərgərliklər məşğul olur. İddiaçı ona yaxınlaşaraq qarnitur düzəltməyini xahiş etmişdir. İddiaçı 5000 manat dəyərində olan qarnitur seçmişdir. O, iddiaçıya seçdiyi qızılın dəyərini bildirdikdə, iddiaçı ona 2500 manat dəyərində qızıl-zinət əşyası istədiyini bildirmişdir. O, nisbətə qızılların ölçüsünü naziltmişdir ki, məbləğ iddiaçının istədiyi kimi olsun. İlkin olaraq iddiaçıdan 900 manat məbləğində pul almışdır. Qalan pulu isə iddiaçı hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. O, İddiaçı aldığı 900 manatın üzərinə özü də 700 manat məbləğində pul qoyaraq iddiaçı komplekt üzük, sırğa dəsti düzəltmişdir. Həmin düzəltdiyi qızıl-zinət əşyasını rəngə salınması üçün Moskva Unvermağına vermişdir. Bir müddət sonra pandimeya dövrü ilə əlaqəli Moskva Unvermağı bağlanmışdır. Göstərmişdir ki, o, iddiaçı üçün düzəltdiyi qızıl-zinət əşyalarını X1 adlı şəxsə vermişdir. Ehtibar onu aldadıb qızılları da götürüb qaçıb getmişdir. Bildirmişdir ki, iddiaçıya olan 900 manat borcunu qəbul edir. Məhkəmə qətnamə çıxarıldıqdan sonra hissə-hissə ödəyəcəkdir. Qanuna müvafiq qətnamə çıxarılmasına etiraz etməmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 avqust 2021-ci il tarixli qərardan görünür ki, İddiaçı Cavabdeh şikayəti üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin həmin qərarın məzmunundan görünür ki, Cavabdeh Bakı şəhər Yasamal RPİ-nin 27-ci PB-də izahatında İddiaçın sonuncunun həyat yoldaşı üçün 3000 manat məbləğində qızıl-zinət əşyası düzəltmək üçün ilkin olaraq 900 manat məbləğində pul aldığını göstərmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 900 manat məbləğində pul vəsaiti, 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 900 manat məbləğində pul vəsaiti, 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-530/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-530/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver