Məhkəmə qərarları › İş №e-2(075)-548/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-548/2023

13.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-548/2023 13.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi X16 ərizə ilə məhkəməyə müraciət edərək, 22 may 1965-ci il tarixdə ünvan 1 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 22 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı ərizəçi X16 məhkəməyə ərizə təqdim edərək onu əsl Ərizəçi ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş və məhkəmə MPM-nin 54-cü maddəsinə əsasən ərizəçi X13 əsl Ərizəçi oğlu ilə əvəz etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X12 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Şəki şəhəri, F.Sadıqov küçəsi ev 20 ünvanında yaşayır. X19 uzun müddətdir ki, psixoloji çətinlikləri olmaqla, yataq xəstəsidir. X15 o, özü baxır. Hazırda psixi qüsurlu olduğuna görə X19 öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. O, ən xırda məişət işlərini həyata keçirmək iqtidarında deyildir. X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 izahat verərək, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 20 aprel 1965-ci il tarixli, AЗ 360299 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 22 mart 1965-ci il təvəllüdlü X12 atası X7, anası X5r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 27 avqust 1958-ci il tarixli, İ-ИЕ 665467 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1958-ci il təvəllüdlü Ərizəçi atası X7, anası X5r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 20 noyabr 1987-ci il tarixli, Xİİ-ЖГ 437591 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 15 oktyabr 1987-ci il təvəllüdlü X9 atası Ərizəçi, anası X6r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 22 yanvar 2023-cü il tarixli, 40 saylı arayışdan görünür ki, X3 şəhəri, Topqarağac məhəlləsi, F.Sadıqov küçəsi ünvanında yaşayır, onunailə tərkibi atası Ərizəçi, anası X10, həyat yoldaşı X8, oğlu X20 və əmisi X11 ibarətdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş Maraqlı şəxs Aparatının 19 yanvar 2023-cü il tarixli, 5-7/2-Y-9-099/2023 saylı məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X25 tərəfindən verilmiş 22 iyun 2023-cü il tarixli, 373 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X14 hal-hazırda ŞİZOFRENİYA, PARANOİD FORMA, QÜSUR VƏZİYYƏTİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı - 10-cu baxış) E20.0 xəstəliyi müəyyən edilir. Anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı özünü narahat və gərgin aparması, bəzən çox və yersiz danışması, ekspetizanın nəticəsinə heç bir maraq göstərməməsi, təfəkküründə autistiklik və paralogiklik aşkar olunması, mülahizə və mühakimələrinin səthi olması, maraq dairəsinin daralması, emosiya və affektiv reaksiyalarının sönük olması, düşdüyü vəziyyətə tənqidinin olmaması və s. ) sübut edir. xx.xx.1965-ci il tarixdə Şəki şəhərində anadan olmuş X19 ŞİZOFRENİYA, PARANOİD FORMA, QÜSUR VƏZİYYƏTİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı - 10-cu baxış) F20.0 xəstəliyi keçirir. X19 ŞİZOFRENİYA, PARANOİD FORMA, QÜSUR VƏZİYYOTİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı - 10-cu baxış) F'20.0 keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasım başa düşmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. X19 ŞİZOFRENİYA, PARANOİD FORMA, QÜSUR VƏZİYYƏTİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı - 10-cu baxış) F20.0 xəstəliyi keçirməsi səbəbindən FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN şəxs sayıla bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X12 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X12 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan müvafiq rəy də vardır. Ərizəçi X12 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 22 mart 1965-ci il tarixdə ünvan 4 ünvanında yaşayan X19 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 22 mart 1965-ci il tarixdə ünvan 4 ünvanında yaşayan X19 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar