Məhkəmə qərarları › İş №e-2(075)-55/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-55/2024

07.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-55/2024 07.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh4 və digər Cavabdeh3 nümayəndəsi Cavabdeh2 nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Şəki regional Cavabdeh1ndə notariat ofisinə qarşı miras qalmış evdən və toraq sahəsində payın müəyyən edilməsi, eyni zamanda iddiaçılar Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 cavabdehlər İddiaçı və Şəki regional Cavabdeh1ndə notariat ofisinə qarşı miras qalmış evdən və toraq sahəsində payın müəyyən edilməsi tələbinə dair iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 avqust 2022-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış əmlaklardan vərəsəlikdə üstünlük hüququ nəzərə alınmaqla payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, anası X10 03 fevral 2017-ci il tarixdə ölmüşdür. X6 isə 21 iyul 2018-ci il tarixdə ölmüş və onun oğlu İddiaçı, qızı X22, oğlu Cavabdeh4, oğlu Cavabdeh2, qızı Cavabdeh5 və qızı Cavabdeh3 ibarət vərəsələri qalmışdır. ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 01 fevral 2019-cu il tarixdə verilmiş **********40-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, ünvan 1 ünvanda yerləşən 0,04 ha torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 76,6 kv.m olan fərdi yaşayış evi mərhum X6na məxsus olmuş və ondan miras qalmışdır. Həmin miras əmlakla bağlı 2019cu ildə vərəsəlik işi açılmışdır. Vərəsəlik işi açılarkən vərəsələrdən Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və X8 Notariat Ofisinə ərizə ilə müraciət edərək atamız X11 və anamız X1 qalmış miras paylarından imtina etmişlər. Vərəsələrdən biri olan X2 isə doğulduğu gündən fiziki və əqli pozuntuları olduğu üçün (İ qrup əlil) iradə ifadəsini bildirmək qabiliyyətində olmamışdır. Bu hal 2019-cu ildə vərəsəlik işi açılarkən notarius tərəfindən də müəyyən edilmişdir. Bu səbəbdən də atasından miras qalmış evin 1/2 hissəsi onun adına, qalan 1/2 hissəsi isə xəstə X2nın payı kimi X6nun adında açıq saxlanılmışdır. Bundan başqa 24 avqust 2000-ci il tarixli kod 40401002, JN 448 nömrəli dövlət aktına əsasən İddiaçı, X22, X24 və X3 ümumi birgə mülkiyyətinə 2,32 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 2019-cu ildə vərəsəlik işi açılarkən digər vərəsələr X6 və anası X1 qalmış miras əmlakla bağlı paylarından imtina etdikləri üçün və bacı X22 fiziki və əqli pozuntuları olaraq (İ qrup) öz iradəsini ifadə edə bilmədiyi üçün atasının və anasının 1/8 hissə torpaq payı onun verilmiş, digər 1/8 hissə isə İ qrup əlil X2nın pavı kimi X14 və X3 adlarında açıq saxlanılmışdır. Bununla bağlı 08 fevral 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında 07 mart 2019-cu il tarixli və 25 noyabr 2021-ci il tarixli çıxarışlar alınmışdır. X2 08 avqust 2022-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra o və digər vərəsələr Şəki regional "ASAN xidmət" mərkəzinin notariat ofisinə qanunla müəyyən edilmiş müddətdə ərizə ilə müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin vərəsələr arasında miras payının bölüşdürülməsi ilə bağlı mübahisə olduğu üçün notarius tərəfindən 09 iyun 2023-cü il tarixli notariat hərəkətinin aparılmasından imtina haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, hazırkı isdə vərəsələr arasında miras pavı bərabər bölünməməli, vərəsəlikdə üstünlük hüququ olduğu üçün miras əmlakın çox hissəsi ona düşməlidir. Belə ki, valideynləri öldükdən sonra bacısı İ qrup uşaqlıqdan əlil, əqli qüsurlu X15 ölən gününədək o baxmış, onun qayğısına qalmış, müayinə və müalicəsi ilə məşğul olmuşdur. Hətta bacısı ölən gününədək onunla birlikdə yaşamışdır. 07 mart 2019-cu il tarixli və 25 noyabr 2021-ci il tarixli çıxarışlardan da göründüyü onun mərhum X2 ilə daşınmaz əmlaklara ümumi mülkiyyət hüququ olmuşdur. Ona görə də, X2ndan qalmış miras əmlakla bağlı paylar bölüşdürülərkən üstünlük hüququ nəzərə alınmalıdır. Cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı və Şəki regional Cavabdeh1ndə notariat ofisinə qarşı mirasınd qəbul edilmə faktının müyyən edilməsi tələbina qarşılıqlı iddia iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Şəki Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(075)-1606/2023 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(107)-1056/2023 saylı qərardad ilə Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(075)-1606/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçılar Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum bacıları X7 miras qalmış Şəki şəhəri, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və ünvan 3əsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras qalmış əmlaklardan vərəsəlikdə üstünlük hüququları nəzərə alınmaqla paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum X24 onların atasıdır. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, ünvan 4 ünvanda yerləşən 0.04 hektar torpaq sahəsi və onun üzərində tikilmiş ümumi sahəsi 76,6 kv.m olan fərdi yaşayış evi qalmışdır. Həmin miras əmlakla bağlı 2019cu ildə vərəsəlik işi açılmışdır. Vərəsəlik işi açılarkən onlar və Cavabdeh5 notariat ofisinə ərizə ilə müraciət edərək mərhum X6ndan qalmış miras paylarından imtina etmişlər. Buna də, 08 fevral 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə atalarında miras qalmış evin 1/2 hissəsi İddiaçı miras payı tanınmış, qalan 1/2 hissəsi isə xəstə bacıları X12 payı kimi X6nun adında açıq saxlanılmışdır. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 07 mart 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, ünvan 5 ünvanda yerləşən 0.04 hektar torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 76,6 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsi X20, 1/2 hissəsi isə X14 adına qeydiyyata alınmışdır. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən verilmiş 25 noyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3əsərrüfatı təyinatlı torpaq sahəsinin 2/8 hissəsi mərhum X2nın mülkiyyətindədir. Göründüyü kimi mərhum X2ndan iki ədəd daşınmaz əmlak, yəni Şəki şəhəri, ünvan 5 ünvanda yerləşən 0.04 hektar torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 76,6 kv.m olan fərdi yaşayış evinin 1/4 hissəsi və ünvan 3əsərrüfatı təyinatlı torpaq sahəsinin 2/8 hissəsi qalmışdır. Mərhum X2 08 avqust 2022-ci il tarixdə vəfat etmişdir. Bacısında miras qalmış əmlakları vərəsə olaraq onlar qəbul edərək sahiblik etməyə və əmlakı idarə etməyə başlamışlar. Bacılarının vəfatına qədər ona baxmışlar və onun vəfatından sonra da həmin evdə faktiki olaraq onlar yaşayırlar. Mərhum bacılarının yas mərasimi də onlar tərəfindən verilmiş, onun qəbirüstü abidəsi də onlar tərəfindən abadlaşdırılmışdır. Şəki Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(075)-2259/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Şəki regional Cavabdeh1ndə notariat ofisinə qarşı miras qalmış evdən və toraq sahəsində payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş ilə, iddiaçılar Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 cavabdehlər İddiaçı və Şəki regional Cavabdeh1ndə notariat ofisinə qarşı miras qalmış evdən və toraq sahəsində payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi mülki iş bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavavdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 məhkəmə iclasına gəlməmiş, Şəki regional Cavabdeh1ndə notariat ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2021-ci ilədək bacısı Libadəyə o baxmışdır. Həmin vaxtdan etibarən cavabdehlər Libadəni öz evlərinə apardılar və geri qaytarmadılar. Bundan 7 ay keçdikdən sonra Libadə vəfat etdi. Odur ki, iddia tələbinin təmin edilməsini və Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 və digər Cavabdeh3 nümayəndəsi Cavabdeh2 nümayəndəsi X16 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Libadə 2021-ci ilədək İddiaçı ilə birlikdə yaşasa da, həmin dövrdən sonra onlarla birlikdə yaşamış, Libadə vəfat etdikdən sonra onun yas mərasimini onlar təşkil etmişlər. Ona görə də, iddianın tələbinin təmin edilməsini və İddiaçı iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 03 fevral 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 21 iyul 2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 08 avqust 2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 15 saylı regional ərazi filialı tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli arayışın surətindən görünür ki, Şəki şəhəri, ünvan 6 ünvanda yaşayan X22 ömürlük İ qrup əlildir. İş materiallarına əlavə edilmiş kod 40401002, JN-448 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 25 mart 2000-ci il tarixli, 03 saylı qərarı ilə X19 və ailə üzvləri X5, İddiaçı və X15 cizgidə göstərilən sərhəd daxilində 2.32 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, ünvan 7 ünvanda 0.04 hektar torpaq sahəsində yerləşən 76.6 kvadratmetr fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X14 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 08 fevral 2019-cu il tarixli ərizələrdən görünür ki, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 03 fevral 2017-ci il tarixdə vəfat etmiş anası X1 və 21 iyul 2018-ci il tarixdə vəfat etmiş X6ndan miras qalmış əmlakdan onlara çatası payı qəbul etməmiş və qəbul etmək barədə fikirlərinin olmamasını bildirmişlər. İş materiallarına əlavə edilmiş 08 fevral 2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, 21 iyul 2018-ci il tarixdə vəfat etmiş X14 vərəsəsi İddiaçı miras əmlak olan Şəki rayonu, Öryət kəndində yerləşən 2.32 hektar ümumi birgə torpaq sahəsinin X19 məxsus pay hissəsindən ½ hissə və Şəki şəhəri, ünvan 7 ünvanda olan 0.04 hektar torpaq sahəsi və onun üzərində tikilmiş 76.6 kv.metr fərdi yaşayış evindən ½ hissə pay almalıdır. Həmin əmlakların ½ hissəsi isə X14 adında açıq saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 08 fevral 2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, 03 fevral 2017-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi İddiaçı miras əmlak olan Şəki rayonu, Öryət kəndində yerləşən 2.32 hektar ümumi birgə torpaq sahəsinin X5 məxsus pay hissəsindən ½ hissə pay almalıdır. Həmin torpaq sahəsinin ½ hissəsi isə X3 adında açıq saxlanılmışdır. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, ünvan 7 ünvanda 0.04 hektar torpaq sahəsində yerləşən 76.6 kvadratmetr fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, ½ hissəsi isə X14 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki rayonu, Öryət kəndində yerləşən 2.32 hektar torpaq sahəsinin 4/8 hissəsi İddiaçı, 2/8 hissəsi X12, 1/8 hissəsi X14, 1/8 hissəsi X3 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş notariat hərəkətlərinin aparılmasından imtina haqqında 23 sentyabr 2023-cü il tarixli 3696 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh4 nümayəndəsi X4 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş notariat hərəkətlərinin aparılmasından imtina haqqında 23 sentyabr 2023-cü il tarixli 3698 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh3 nümayəndəsi X4 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş notariat hərəkətlərinin aparılmasından imtina haqqında 23 sentyabr 2023-cü il tarixli 3699 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh2 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin valideynləri X10 03 fevral 2017-ci il tarixdə, X24 isə 21 iyul 2018-ci il tarixdə vəfat etmişdir. Onların vəfatından sonra vərəsələri hazırkı iş üzrə tərəflər İddiaçı, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 qalmışdır. Digər vərəsə X17r isə 08 avqust 2022-ci il tarixdə vəfat etmişdir. Tərəflərin valideynlərindən Şəki şəhəri, ünvan 7 ünvanda 0.04 hektar torpaq sahəsində yerləşən 76.6 kvadratmetr fərdi yaşayış evi və Şəki rayonu, Öryət kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 2.32 hektar torpaq sahəsindən payları miras qalmışdır. Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 miras əmlak olan Şəki şəhəri, Çingiz Mustafayev küçəsi, ev 37 ünvanda 0.04 hektar torpaq sahəsində yerləşən 76.6 kvadratmetr fərdi yaşayış evindən onlara çatası payı qəbul etməkdən imtina etmişlər və həmin əmlakın ½ hissəsinə İddiaçı adına çıxarış verilmişdir. Digər vərəsə X22 isə İ qrup əlil olduğundan ona münasibətdə sözügedən fərdi yaşayış evinin ½ hissəsi tərəflərin X6nun adına açıq saxlanılmışdır. Bundan başqa X14 və ailə üzvləri X3, İddiaçı və X12 ümumi birgə mülkiyyətində olan Şəki rayonu, Öryət kəndində yerləşən 2.32 hektar torpaq sahəsinə münasibətdə tərəflərin valideynlərindən miras qalmış (paylarına münasibətdə) torpaqdan Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 onlara çatası payı qəbul etməkdən imtina etmişlər və həmin torpaq sahəsinin 4/8 hissəsinə İddiaçı adına çıxarış verilmişdir. Həmin torpaq sahəsinin 2/8 hissəsi digər vərəsə X12, 1/8 hissəsi tərəflərin X6nun, 1/8 hissəsi isə tərəflərin anası X3 mülkiyyətində saxlanılmışdır. Hazırda İddiaçı mərhum X2ndan miras qalmış fərdi yaşayış evinin ½ hissəsindən və ondan miras qalmış torpaq sahəsinin 4/8 hissəsindən üstünlük hüququ nəzərə alınmaqla payının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 mərhum bacıları X7 miras qalmış fərdi yaşayış evindən və ondan miras qalmış torpaq sahəsindən üstünlük hüquqları nəzərə alınmaqla paylarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları ikinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsi Plenumunun həmin mövqeyindən göründüyü kimi əgər vərəsə miras əmlakdan rəsmi qaydada imtina etməmişsə, o zaman onun hüquqları gözlənilməli və onun miras əmlakdan pay tələb etmək hüququ itirilmiş hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir, eləcə də, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Məhkəmə iddia tələblərinə münasibətdə qeyd edir ki, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 valideynlərindən qalmış miras əmlakdan imtina etsələr də, onlar mərhum bacıları X12 vərəsələri olmaqla ondan miras qalmış əmlakdan pay almaq hüququna malikdirlər. Həmçinin İddiaçı da mərhum X2ndan miras qalmış əmlakdan pay almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Odur ki, X18 münasibətdə X14 adında açıq saxlanılmış Şəki şəhəri, Çingiz Mustafayev küçəsi, ev 37 ünvanda yerləşən 0.04 hektar torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 76.6 kv.metr daşınmaz əmlakın 1/2 hissəsində və X18 münasibətdə X14 adında açıq saxlanılmış Şəki rayonu Öryət kəndində yerləşən 2.32 hektar torpaq sahəsinin 1/8 hissəsi, X18 münasibətdə X3 adında açıq saxlanılmış Şəki rayonu Öryət kəndində yerləşən 2.32 hektar torpaq sahəsinin 1/8 hissəsi, eyni zamanda X9 miras qalmış həmin torpaq sahəsinin 2/8 hissəsi olmaqla ümumilikdə X9 miras qalmış Şəki rayonu Öryət kəndində yerləşən 2.32 hektar torpaq sahəsinin 4/8 hissəsindən İddiaçı, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 payları müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh5 digər iddiaçılar olan Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə İddiaçı və digər cavabdehlərə qarşı iddia qaldırmasa da, iş materiallarından görünür ki, o da X13 vərəsəsi olmaqla ondan qalan əmlakdan pay almaq hüququna malik olan şəxsdir. Eyni zamanda İddiaçı, iddia tələbində digər cavabdehlərlə yanaşı Cavabdeh5 da cavabdeh qismində göstərmişdir. Ona görə də, məhkəmə hazırkı iddia tələbləri üzrə işə baxarkən vərəsə olaraq Cavabdeh5 da payını müəyyən etməyi vacib bilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1302-ci maddəsinə əsasən miras qoyanla birlikdə əmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququ vardır. Həmin Məcəllənin 1303-cü maddəsinə əsasən miras açılanadək azı bir il miras qoyanla birlikdə yaşamış vərəsənin əmlak bölgüsü zamanı mirasdan yaşayış evini, mənzili və ya digər yaşayış otağını, habelə ev müxəlləfatı predmetlərini almaqda üstünlük hüququ vardır. Məhkəmə, iddia tələblərində tərəflərin üstünlük hüquqlarının nəzərə alınmasına münasibətdə qeyd edir ki, hazırkı iş üzrə miras qalmış əmlaklar paylı mülkiyyətdə olan əmlaklar olmaq tərəflər arasında bərabər bölünməlidir. Üstünlük hüquqlarının olması ilə bağlı tərəflər məhkəməyə heç bir sübut təqdim etməmişlər. Ona görə də, məhkəmə iddia tələblərini payların müəyyən edilməsi zamanı üstünlük hüququnun olması hissəsində əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, iddiaçılar Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 iddia tələbi qismən təmin edilməli, X18 münasibətdə X14 adında açıq saxlanılmış Şəki şəhəri, Çingiz Mustafayev küçəsi, ev 37 ünvanda yerləşən 0.04 hektar torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 76.6 kv.metr daşınmaz əmlakın 1/2 hissəsinin 1/5 hissəsində İddiaçı, 1/2 hissəsinin 1/5 hissəsində Cavabdeh4, 1/2 hissəsinin 1/5 hissəsində Cavabdeh2, 1/2 hissəsinin 1/5 hissəsində Cavabdeh5, 1/2 hissəsinin 1/5 hissəsində Cavabdeh3 payı müəyyən edilməli, X18 münasibətdə X14 adında açıq saxlanılmış Şəki rayonu Öryət kəndində yerləşən 2.32 hektar torpaq sahəsinin 1/8 hissəsi, X18 münasibətdə X3 adında açıq saxlanılmış Şəki rayonu Öryət kəndində yerləşən 2.32 hektar torpaq sahəsinin 1/8 hissəsi, eyni zamanda X9 miras qalmış Şəki rayonu Öryət kəndində yerləşən 2.32 hektar torpaq sahəsinin 2/8 hissəsi olmaqla ümumilikdə X9 miras qalmış Şəki rayonu Öryət kəndində yerləşən 2.32 hektar torpaq sahəsinin 4/8 hissəsinin 1/5 hissəsində İddiaçı, 4/8 hissəsinin 1/5 hissəsində Cavabdeh4, 4/8 hissəsinin 1/5 hissəsində Cavabdeh2, 4/8 hissəsinin 1/5 hissəsində Cavabdeh5, 4/8 hissəsinin 1/5 hissəsində Cavabdeh3 payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı iddia tələbi qismən təmin edilsin. İddiaçılar Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 iddia tələbi qismən təmin edilsin. X18 münasibətdə X14 adında açıq saxlanılmış Şəki şəhəri, Çingiz Mustafayev küçəsi, ev 37 ünvanda yerləşən 0.04 hektar torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 76.6 kv.metr daşınmaz əmlakın 1/2 hissəsinin 1/5 hissəsində İddiaçı, 1/2 hissəsinin 1/5 hissəsində Cavabdeh4, 1/2 hissəsinin 1/5 hissəsində Cavabdeh2, 1/2 hissəsinin 1/5 hissəsində Cavabdeh5, 1/2 hissəsinin 1/5 hissəsində Cavabdeh3 payı müəyyən edilsin. X18 münasibətdə X14 adında açıq saxlanılmış Şəki rayonu Öryət kəndində yerləşən 2.32 hektar torpaq sahəsinin 1/8 hissəsi, X18 münasibətdə X3 adında açıq saxlanılmış Şəki rayonu Öryət kəndində yerləşən 2.32 hektar torpaq sahəsinin 1/8 hissəsi, eyni zamanda X9 miras qalmış Şəki rayonu Öryət kəndində yerləşən 2.32 hektar torpaq sahəsinin 2/8 hissəsi olmaqla ümumilikdə X9 miras qalmış Şəki rayonu Öryət kəndində yerləşən 2.32 hektar torpaq sahəsinin 4/8 hissəsinin 1/5 hissəsində İddiaçı, 4/8 hissəsinin 1/5 hissəsində Cavabdeh4, 4/8 hissəsinin 1/5 hissəsində Cavabdeh2, 4/8 hissəsinin 1/5 hissəsində Cavabdeh5, 4/8 hissəsinin 1/5 hissəsində Cavabdeh3 payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar