Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-580/2024 01.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakdan vərəsələrin miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X11 adına açıq qalmış payın ¾ hissəsinə həmin daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik işi açılması və mərhum atası X11 adına açıq qalmış ¾ hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, mərhum atası X11 adına açıq qalmış ¾ hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Cavabdeh2, Şəki şəhər 2 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı Cavabdeh2 adına verilmiş 19 fevral 2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş 04 may 2010-cu il tarixli, MA ******* saylı, ********** nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki şəhəri, Şərbablar küçəsi, dalan 1 ünvanında yerləşən 5 nömrəli ev 23 may 1975-ci il tarixdə verilmiş torpaq qeydi sənədinə əsasən X11 mülkiyyətinə verilmişdir. X23 07 yanvar 2000-ci il tarixdə vəfat etmişdir. Onun valideyinləri olan X3 ilə X4 birgə yaşadıqları dövrdə Vüqar, İlqar, Zülfüqar, İftixar, Gülnaz və Gülxar adlı uşaqları olmuşdur. O və Cavabdeh2 X23 ilə X4 uşaqlarıdır. Beləliklə, X1 vəfatından sonra onun məlum olan uşaqlarından vərəsələri kimi Vüqar, İlqar, Zülfüqar, İftixar, Gülnaz və Gülxar adlı uşaqları qalmışdır. Həmin vərəsələrdən X5 12 fevral 2005-ci tarixdə, X6 24 avqust 2008-ci il tarixdə vəfat etmişlər. Eyni zamanda X14 02 avqust 2017-ci il tarixdə vəfat etmişdir. Şəki Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli, 2(075)-5695/2017 nömrəli qətnaməsi ilə iddiası təmin edilmişdir. Bundan sonra notariat ofisinə müraciət edərək, mərhum atası X7 qalmış miras əmlakdan özünə düşən ¼ hissəyə dair 2V-443 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə miras qalmış əmlaka dair Çıxarış verilmişdir. Bundan sonra mərhum atası X11 adında açıq saxlanılan ¾ hissəsinə də payının müəyyən edilməsi barədə müraciət etsə də, 08 iyun 2022-ci il tarixli qərarla notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. İmtinanı əsasız hesab etdiyindən hal-hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil izahat verərək göstərdi ki, X3 07 yanvar 2000-ci il tarixdə vəfat etmişdir. X23 vəfat etdikdən sonra Şəki şəhəri, Şərbablar küçəsi, dalan 1 ünvanında yerləşən 5 nömrəli ev ondan miras qalmışdır. Miras əmlakı iddiaçı və onun bacısı Gülxar yiyələnmişlər. X1 vərəsələrindən oğlu Vüqar, İlqar vəfat etmişlər, yoldaşı Mahirə və oğlu Xəyal miras əmlakdan rəsmi şəkildə notariat kontoruna ərizə təqdim edərək imtina etmişlər. Yerdə qalan digər vərəsələrdən İddiaçı miras qalmış fərdi yaşayış evinin təmir olunması üçün Gülxara müraciət etsə də, hər-hansı bir nəticə olmamışdır. Bundan sonra iddiaçı Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin 08 iyun 2022-ci il tarixli qərarla notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Buna görə də iddiaçı məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, bütün bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Cavabdeh2 izahat verərək bildirdi ki, atası vəfat etdikdən sonra ondan qalan miras əmlakdan istifadə edirlər. Mirası qəbul etməkdən imtina etməmişdir. Payının müəyyən olunmasına etirazı yoxdur. Onda olan məlumata görə qardaşı İlqar vəfat etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Şəki Regional “ASAN” xidmət mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılamsını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Şəki rayon Məhkəməsinin 2 (075)-5695/2017 saylı, 27 noyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiasının təmin edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, **********88-10301 reyestr və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 07 yanvar 2000-ci il tarixdə vəfat etmiş X11 mülkiyyətində olan Şək şəhəri, Şərbablar küçəsi, dalan 1 ünvanında 0,05 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 105,6 kvadrat metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evi ilə bağlı Şəki şəhəri 2 saylı notariat kontoru tərəfindən 19 fevral 2010-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Şəki şəhəri, Şərbablar küçəsi, dalan 1 ünvanında 0,05 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 105,6 kvadrat metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evi ilə bağlı Şək şəhəri 2 saylı notariat kontoru tərəfindən 19 fevral 2010-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli, **********88- 10301 reyestr və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət ödədiyi 10 manat Cavabdeh2 alınaraq iddiaşı İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 07 may 2018-ci il tarixli, 343 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında Bağbanlar məhəllə icra nümayəndəsi tərəfindən verilmiş 01 may 2018-ci il tarixli, 196 nömrəli arayışa əsasən X11 vərəsələri X15, X12, X18, X19, X20 və X21 adlı şəxslərdən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 03 avqust 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 105.6 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.05 ha torpaq sahəsi X23 və İddiaçı paylı mülkiyyətlərindədir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariat hərəkətinin aparılmasından imtina haqqında 08 iyun 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında əlavə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətinin aparılmasına imtina edilmişdir. Şəki rayonu 2 saylı notariat kontoru tərəfindən verilmiş 01 avqust 2018-ci il tarixli, 2V- 443 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu 2 saylı dövlət notariat kontorunun notariusu X22 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 07 yanvar 2000-ci il tarixdə vəfat etmiş- X11 vərəsəsi: İddiaçı olmaqla, miras əmlakdan ¼ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak- Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəki şəhər Ərazi İdarəsi tərəfindən 11 iyul 2018-ci il tarixdə X16 verilmiş **********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 105.6 kv.m olan daşınmaz əmlak fərdi yaşayış evindən ibarətdir. X17 Şəki rayonu 2 saylı notariat kontoruna təqdim etdiyi 31 iyul 2018-ci il tarixli ərizəsindən görünür ki, atası X23 07 yanvar 2000-ci il tarixdə vədat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Onun ölümündən sonra mirası qəbul etməmişdir və qəbul etmir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaqdır. X8 Şəki rayonu 2 saylı notariat kontoruna təqdim etdiyi 31 iyul 2018-ci il tarixli ərizəsindən görünür ki, əri X23 07 yanvar 2000-ci il tarixdə vədat etmişdir və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Onun ölümündən sonra mirası qəbul etməmişdir və qəbul etmir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaqdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki rayon qeydiyyat şöbəsinin 21 iyun 2024-cü il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 1963-cü il tarixdə vəfat etmiş X9 ikah haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 sentyabr 1963-cü il tarixli, 936 nömrıli doğum haqqında akt qeydinin surətindən görünür ki, X18 19 avqust 1963-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 yanvar 1964-cü il tarixli, 10 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, 22 dekabr 1963-cü il tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras, fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, onun ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Məhkəmənin mövqeyi; Məhkəmə işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları, bu münasibətləri nizama salan mülki qanunvericiliyinin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı atası X23 07 yanvar 2000-ci il tarixdə vəfat etmişdir. X7 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 105.6 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.05 ha torpaq sahəsi miras qalmışdır. Hazırda iddiaçı ünvan 2 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin atasından ona qalmış miras əmlak olduğunu qeyd edərək, həmin miras əmlakdan qanun üzrə vərəsə olaraq payının ayrılıb verilməsini tələb edir. İş materialları ilə müəyyən olunur ki, X23 07 yanvar 2000-ci il tarixdə ölmüşdür və onun öldüyü məqamda malik olduğu ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində tikili olan fərdi yaşayış evi onun miras əmlakı hesab olunur. X3 vəfat etdikdən sonra onun vərəsələri X15 (qızı), X12 (qızı), X18 (oğlu), X19 (oğlu), X20 (yoldaşı) və X21 (oğlu) olmuşdur. X2 və X21 vəfat etmişlər və onlar nikahda olmamaqla vərəsələri hazırki iş üzrə olan bacı və qardaşlarıdır. Digər vərəsələrdən X20 və X19 isə Şəki rayonu 2 saylı notariat kontoruna ərizə ilə müraciət edərək miras əmlakı qəbul etməkdən imtina etmişlər. Göstərilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Cavabdeh2 atalarının ölümündən sonra miras əmlaka yiyələnmələri tərəflər arasında işin mübahisəsiz halı olduğundan onlar, mirası faktiki olaraq qəbul etmiş sayılırlar. İşin bu halları onu deməyə əsas verir ki, miras qoyan X23 öldükdən sonra onun birinci növbə vərəsələri olan uşaqları - İddiaçı və Cavabdeh2 atalarından miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 105.6 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.05 ha torpaq sahəsinə faktiki surətdə yiyələndiklərindən, onlar bərabər paylarla mirası qəbul etmiş sayılırlar. Lakin iş materiallarından da aydın olur ki, X23 vəfat etdikdən sonra İddiaçı atasından qalan miras əmlakdan ¼ hissədə payı qəbul etmiş və həmin əmlaka dair 01 avqust 2018-ci il tarixli, 2V-443 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Cavabdeh2 isə mirası faktiki olaraq qəbul etsə də, rəsmi olaraq miras üzrə ¼ hissədə payını qeydiyyata aldırmamışdır. Bundan başqa yuxarıda qeyd olunan qanunvericiliyin normasından da göründüyü kimi, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin paylarına mütənasib surətdə bölüşdürülür. Belə olan halda digər vərəsələr tərəfindən qəbul edilməmiş 2/4 hissədə pay, mirası faktiki olaraq qəbul etmiş İddiaçı və Cavabdeh2 arasında bərabər şəkildə bölüşdürülməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X10 miras qalmış ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 105.6 kv.m olan fərdi yaşayış evindən İddiaçı 1/4 hissədə, Cavabdeh2 2/4 hissədə payları müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X10 miras qalmış ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 105.6 kv.m olan fərdi yaşayış evindən İddiaçı 1/4 hissədə, Cavabdeh2 2/4 hissədə payları müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-580/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-580/2024
01.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver