Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-597/2023 19.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh2 ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh2 ASC-yə qarşı «akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası “Azərsu ASC” Şəki Sukanal TSC-nin onun barəsində göndərdiyi 589.75 manat məbləğində hesablanmış borcun yenilənərək 2 (iki) nəfər üçün aylıq istehlak normasına uyğunlaşması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh olan hüquqi şəxs “Azərsu ASC” Şəki Sukanal TSC əsl Cavabdeh2 ASC ilə əvəz edilmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı 17 aprel 2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq cavabdeh “Azərsu ASC” Şəki Sukanal TSC tərəfindən onun su sərfiyyatı üzrə hesabına əsassız olaraq hesablanmış 196.58 manat borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, həyat yoldaşı ilə ünvan 2 ünvanında özlərinə məxsus fərdi yaşayış evində yaşayırlar. Onların oğlu X8 16 avqust 2017-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant kimi qəbul olmuş və təhsilini əyani olaraq həmin Akademiyada 13 iyul 2021-ci il tarixədək davam etdirmişdir. Sonra isə aldığı təhsilin davamı olaraq 30 sentyabr 2021-ci il tarixdən hal-hazıradək dövlət hesabına əyani magistratura təhsilini davam etdirməkdədir. O, oğlu X3 əyani təhsili ilə əlaqədar 16 avqust 2017-ci ildən indiyə kimi yuxarıda qeyd etdiyi ünvanda həyat yoldaşı olmaqla iki nəfər yaşayırlar və faktiki olaraq ailə tərkibləri iki nəfərdən ibarətdir. Ailələrinin faktiki iki nəfərdən ibarət olması barədə həm “Azərsu ASC” Şəki Sukanal TSC-nə, həm də ərazi üzrə həmin Cəmiyyətin nümayəndəsinə məlumat verməsinə baxmayaraq ona indiyə kimi, yəni yaşadıqları ünvana ailə tərkibinin 3 (üç) nəfər kimi göstərilməklə, 3 (üç) nəfərə aid istehlak norması kimi borc gəlməkdədir. Ödənişləri hissə-hissə etməsinə baxmayaraq hazırda üzərində borc məbləği yüksəkdir və qeydiyyatda olmayan ailə üzvünə görə də əlavə borc məbləği hesablandığından borcu tam verə bilmir. Hesab edir ki, onun üzərinə hesablanan borc məbləği düzgün deyildir və o, qeydiyyatda olmayan ailə üzvünə görə əlavə borc məbləği ödəməməlidir. Əgər həmin artıq hesablanan borc məbləği üzərindən silinsə, yerdə qalan məbləği tezliklə ödəyib qurtarardı. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, onun sudan istifadəyə görə hesablanmış hesabında 600 manat borcu vardır. Hazırda o, özünə məxsus fərdi yaşayış evində həyat yoldaşı ilə birlikdə yaşayır. Onun oğlu Bakı şəhərində ali təhsil aldığından Bakı şəhərində kirayə tutduqları ünvanda yaşayır. Altı ildir ki, oğlu onlarla yaşamır. Onlar faktiki olaraq ailədə iki nəfərdilər. Lakin cavabdeh “Azərsu ASC” tərəfindən ona sudan istifadəyə görə artıq miqdarda pul hesablanmışdır. O, altı ildir ki, sudan istifadəyə görə üç manat artıq miqdarda komunal xərci ödəmişdir. Hesab edir ki, onun abonent koduna sudan istifadəyə görə artıq miqdarda hesablanmış komunal xərci onun hesabından silinməlidir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 ASC-nin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı tələb silinməsini tələb elədiyi məbləğ fərdi yaşayış evinə su sayğacı quraşdırılmamışdan qabaq olan dövrə düşür. İddaçı həmin müddətdə ailəsi ilə birlikdə sudan istifadə edib. Bu müddət ərzində onun oğlu Bakı şəhərində müvəqqəti qeydiyyatda olmaqla yaşasa da, o, hərdən bir Şəki şəhərinə gəlib getmiş, bu müddətdə içməli sudan istifadə etmişdir. İddiaçı Cavabdeh2 ASC-nə yaxınlaşıb oğlunun Bakıda müvəqqəti qeydiyyat olmaqla yaşadığını şifahi şəkildə bildirsə də, bununla bağlı yazılı rəsmi qaydada arayışı təşkilata təqdim etməmişdir. Buna görə də hesab edir ki, İddiaçı sudan istifadəyə görə üç ailə üzvü nəzərə alınmaqla düzgün hesablanmışdır. İddiaçı oğlu Şəki şəhərindənki evlərindən qeydiyyatdan çıxıb Bakıya getdiyi vaxt yazılı arayış təqdim olunsaydı, su sərfiyyatı iki nəfər ailə üzvünə münasibətdə hesablanacaqdı. İddaçını qızı ailə qurub qeydiyyatdan çıxıb getdiyi vaxt təşkilata məlumat verildiyi üçün, iddiaçının qızına münasibətdə su sərfiyyatı hesablanmamışdır. Lakin iddiaçı tərəfindən oğlu qeydiyyatdan çıxdığı vaxt məlumat verilməmişdir. Bildirmişdir ki, 2016-cı ilə kimi İddiaçı hesabında 155 manat borc olmuşdur. İddiaçı abonent kodundan görünür ki, onun illik hesabında 2017-ci ilin avqust ayından 18,30 manat, 2018-ci ildə 55,20 manat, 2019-cu ildə 55,80 manat, 2020-ci ildə 57,30 manat, 2021-ci ildə 99,53 manat, 2022-ci ildə 89,40 manat və 2023-cü ildə sayğac qoyulanadək 11,40 manat sudan istifadəyə görə borc hesablanmışdır. Bildirmişdir ki, iddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış müqaviləyə əsasən iddiaçı Cavabdeh2 ASC-nə olan borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Hesab edir ki, iddia əsassızdır. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan ətraflı abonent katından görünür ki, xx.xx.2011-ci il tarixli, 34001561 saylı müqaviləyə əsasən İddiaçı xx.xx.2023-cü il tarixinə 291,55 manat borcu vardır. İşdə olan abonent kartından görünür ki, xx.xx.2011-ci il tarixli, 34001561 saylı müqavilə üzrə İddiaçı hesabında sudan istifadəyə görə 2016-cı ildə 167,42 manat, 2017-ci ildə 55,5 manat, 2018-ci ildə 55,2 manat, 2019-cu ildə 55,8 manat, 2020-ci ildə 57,3 manat, 2021-ci ildə 99,53 manat və 2022-ci ildə 89,4 manat borc yığılmışdır. Həmçinin abonent kartında su sərfiyyatının 3 nəfər şəxsə münasibətdə hisablanması göstərilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 07 yanvar 2023-cü il tarixli, 005 saylı arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında yaşayır, onun ailə tərkibi hal-hazırda həyat yoldaşı X1 ibarətdir. Həmçinin qeyd edilmişdir ki, İddiaçı oğlu X8 16 avqust 2017-ci il tarixdən hal-hazıra kimi və hazırda da Fövqəladə Hallar Nazirliyinin Akademiyasında dövlət hesabına əyani təhsil alır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyinin Akademiyası tərəfindən verilmiş 28 dekabr 2022-ci il tarixli, xx/xx-0157 saylı arayışdan görünür ki, X8 xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında kursant qismində dövlət hesabına əyani təhsil alıb, xx.xx.2021-ci il tarixdən hal-hazıradək dövlət hesabına əyani magistratura təhsilini davam etdirir. İşdə olan DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 13 aprel 2023-cü il tarixli, 18/2-11584/23 saylı məktubundan görünür ki, ünvan 5 ünvanında İddiaçı xx.xx.2005-ci il tarixdən hazıradək, X7 xx.xx.2005-ci il tarixdən hazıradək, X8 xx.xx.2014cü il tarixdən hazıradək və X5 xx.xx.2014-cü il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 16 may 2023-cü il tarixli, 214 saylı arayışdan görünür ki, X5 xx.xx.2016-cı ildən ünvan 6 ünvanında yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «Sudan istifadə qaydaları»nın 1.6-cı maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qanunun 1.7-ci maddəsinə görə müqavilələr fiziki şəxslərlə qanunla müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Həmin Qanunun 2.1.6-cı maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qanunun 2.1.9-cu maddəsinə görə aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikası Qanununun 30.1ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na 4 nömrəli əlavəsinə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi olaraq ötən 1 (bir) il müddətində cədvələ əsasən hesablanır. Həmin əlavənin 3.1.1.-ci maddəsinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-nin hüququdur. Azərbaycan Respublikası Konstitusiyasına görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz (Maddə 73, İİ hissə). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən içməli su ilə təchiz edilmişdir. İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən evində içməli su xətti ilə sudan istifadə etmiş və nəticədə 591,55 manat borc yazılmışdır. İddiaçı onların evində iki nəfər ailə üzvi yaşamalarına baxmayaraq su sərfiyyatının üç nəfər şəxsə münasibətdə hesablandığını iddia edərək artıq hesablanmış 196.58 manat borcun silinməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə iddiaçının müqavilə üzrə yığılmış borc məbləğini ödəməsini öhdəsinə götürdüyünü əsas gətirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı abonent kartına vurulmuş 128,97 manat borc artıq miqdarda hesablanmışdır. Belə ki, İddiaçı adına olan ətraflı abonent kartından görünür ki, İddiaçı sudan istifadəsinə görə hesablanmış hesabat 3 nəfər şəxsə münasibətdə hesablanmışdır. Lakin İddiaçı övladı X3 xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında kursant qismində dövlət hesabına əyani təhsil aldığı, xx.xx.2021-ci il tarixdən hal-hazıradək dövlət hesabına əyani magistratura təhsilini davam etdirməsi barədə arayışı məhkəməyə təqdim etmişdir. Göründüyü kimi 16 avqust 2017-ci il tarixdən hal-hazıradək iddiaçının yaşadığı ünvanda faktiki olaraq iki nəfər ailə üzvü, yəni iddiaçının özü və həyat yoldaşı yaşamışlar. Buna görə də, 16 avqust 2017ci il tarixdən hazıradək sudan istifadəyə görə hesablanmış cəmi 128,97 manat borc İddiaçı hesabından silinməlidir. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunan ünvanda abonentdən tələb olunan 2017-ci ilin avqust ayından, sayğac quraşdırılan 2023-cü ilin aprel ayına dək (18,3+55,20+55,80+57,30+99,53+89,40+11,40 = 386,93:3 = 128,97) = 128,97 manat abonentdən əsassız tələb olunur və buna görə də həmin borc silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı X4 dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 ASC tərəfindən İddiaçı (kod **********130) su sərfiyyatına görə tələb olunan 128,97 manat borc silinsin. İddia qalan hissədə təmin olunmasın. Cavabdeh2 ASC-dən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-597/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-597/2023
19.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver