Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-599/2023 22.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümyəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı mirasın qəbulu üzrə müddətinin bərpa olunması və payın müəyyən olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 03 may 2021-ci il tarixdə vəfat etmiş mərhum anası X6 qalmış və faktiki olaraq qəbul etdiyi Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evindən ibarət mirası qəbul etməsi hüquqi faktının təsdiq edilməsi, həmin mirası qəbul etməsi ilə bağlı ötürülmüş müddətin bərpa edilməsi və həmin miras əmlaka onun payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 03 may 2021-ci il tarixdə vəfat etmiş mərhum anası X6 qalmış və faktiki olaraq qəbul etdiyi miras əmlak olan Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evindən ibarət mirası qəbul etməsi ilə bağlı ötürülmüş müddətin bərpa edilməsi və həmin miras əmlaka onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin azaldılması barədə ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1958-ci il tarixdə Şəki rayonu, Orta Zəyzid kəndində anadan olmuşdur. Mərhum atası X13 09 iyun 1998-ci il tarixdə, mərhum anası X10 isə 03 may 2021-ci ildə vəfat etmişdir. Onun valideynlərindən miras qalmış Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin varisləri o, X5 və bacısı, iş üzrə Cavabdeh2dır. X5 31 oktyabr 2010-cu il tarixdə vəfat etdiyindən, həmin ev ona və bacısı Cavabdeh2 miras qalmışdır. O, hal-hazırda Bakı şəhərində yaşasa da, teztez Şəki şəhərinə gəlmiş, həmin evdə qalmış və valideynləridən qalmış mirası faktiki olaraq qəbul etmişdir. Bacısı 40 il bundan əvvəl ailə quraraq Şəki rayonu, Oraban kəndinə köçmüşdür. Onun mübahisəli evin paylı mülkiyyətçisi kimi gözlənilən mülkiyyət hüququ və vərəsəlik hüququ vardır. O, sağlığında X3 qulluğunda durmuş, anasına baxmış və vəfatından sonra onun dəfn və sonrakı yas mərasimlərində yaxından iştirak etmişdir. Beləliklə də, o, anasından qalmış miras əmlakı faktiki olaraq qəbul etməsini nümayiş etdirmişdir. X3 vəfat etdiyi günə, yəni 03 may 2021-ci il tarixə ondan Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin miras evdən payının müəyyən edilməsi üçün notariat kontoruna müraciət etsə də, notaris tərəfindən tələbinin icrasından imtina edilmiş və ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Buna səbəb kimi müddətin ötürülməsi göstərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, miras əmlakdan payın müəyyən edilməsi ilə bağlı notariart ofosinə müraciət etmiş, lakin müddətin ötməsi səbəbindən bundan imtina edilmişdir. O, Bakı şəhərində yaşasa da, 2020-ci il fevral ayından həmin ilin dekabr ayına kimi kənddə yaşayaraq anasına qulluq etmişdir. 28 dekabr 2020-ci il tarixdə vəziyyəti pisləşdiyindən müalicə olunması üçün onu Bakı şəhərinə aparmışlar. Həmin vaxtdan sonra anası Həbiybə ilə qalmış və may ayında Həbiybəgildə vəfat etmişdir. Anasının yas mərasimində iştirak etmiş və həmin gün Bakı şəhərinə qayıtmışdır. Yenidən anasının qırx mərasimində iştirak etmək üçün gəlmişdir. Anasının ölümündən sonra mübahisəli evin açarları onda qalmışdır. Mütəmadi olaraq evə gəlib-getmiş, nəzarət etmişdir. Ona məxsus şəxsi əşyaları da hazırdə həmin evdədir. Onlar iki qardaş bir bacı olublar. Qardaşı Şahin 2010-cu ildə vəfat etmişdir. Şahin 2 dəfə ailə qurmuşdur. Lakin onun övladı olmamışdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümyəndəsi X4 iddianı qismən qəbul edərək bildirmişdir ki, 1995-ci ildən 2017-ci ilə kimi iddiaçı mübahisəli evə gəlməmişdir. 2017-ci ildən 2019-cu ilə kimi iddiaçı gəlib-getmişdir. 2020-ci ilin fevral ayından isə iddiaçının anası xəstə olduğundan onların məcburiyyəti ilə gəlib anasına qulluq etmişdir. İddiaçı xəstələndiyi üçün Bakı şəhərinə aparmışlar. Nənəsi 2021-ci ilin may ayında vəfat etmişdir. İddiaçı yasda iştirak etmişdir. Lakin yası Həbiybə vermişdir. Digər vərəsə Şahin iki dəfə ailə qursa da, övladı olmamışdır. Şahin 2010-cu ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş “Elektron notariat” X1 çıxarışın surətindən ki, X10 03 may 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş “Elektron notariat” X1 çıxarışın surətindən ki, X13 18 avqust 1998-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş “Elektron notariat” X1 çıxarışın surətindən ki, X12 31 oktyabr 2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Orta Zəyzid kəndindəki nümayəndəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Şəki rayonu Orta Zəyzid kəndində qeydiyyatda olmuş və 1998-ci ildə vəfat etmiş X11 və 2021-ci ildə vəfat etmiş həyat yoldaşı X7 vəfatından sonra İddiaçı (oğlu), Cavabdeh2 (qızı) və X8 (vəfat etmiş oğlu) ibarət vərəsələri vardır. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış 27 iyul 2022-ci il tarixli ərizədən görünür ki, o, mərhum anası X6 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 23 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki rayonu Orta Zəyzid kəndində, 01613 hektar torpaq sahəsində yerləşən 69.7 kvadratmetr fərdi yaşayış evi X7 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş notariat hərəkətlərinin aparılmasından imtina barədə 25 yanvar 2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının valideynləri X13 09 iyun 1998-ci il tarixdə, X10 isə 03 may 2021-ci ildə vəfat etmişdir. Onların vəfatından sonra vərəsələri olaraq hazırkı iş üzrə İddiaçı və Cavabdeh2 qalmışdır. Digər vərəsə X12 isə 31 oktyabr 2010-cu il tarixdə vəfat etmişdir. Tərəflərin valideynlərindən Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evi miras qalmışdır. İddiaçı vərəsə olaraq anası X6 qalmış mirasın qəbul etmək üçün ötürülmüş müddətin bərpa edilməsi və həmin miras əmlaka onun ½ payının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə qeyd edir ki, İddiaçı anasının sağlığında ona qulluq etmiş, onun vəfatından sonra vərəsə olaraq miras qalmış əmlaka mütəmadi nəzarət etmişdir. Eyni zamanda miras əmlak olan Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin açarları da hazırda iddiaçıda olmaqla cavabdehin nümayəndəsi bu halı təkzib etməmişdir. Ona görə də, İddiaçı tərəfindən anasından miras qalmış əmlakın qəbul edilməsi üçün gecikdirilmiş müddət üzürlü sayılaraq, uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. İş materiallarından göründüyü kimi miras qoyan X7 ölümündən sonra onun İddiaçı və Cavabdeh2 sağ qalmışdır. Ona görə də, miras əmlak olan Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinə İddiaçı ½ hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 03 may 2021-ci il tarixdə vəfat etmiş X6 qalmış Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evindən ibarət mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddəti bərpa edilməli və həmin miras əmlaka onun ½ hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb etmədiyindən onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. 03 may 2021-ci il tarixdə vəfat etmiş X6 qalmış Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evindən ibarət mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddəti bərpa edilsin. Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka İddiaçı ½ hissədə payı müəyyən edilsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-599/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-599/2023
22.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver