Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-610/2022 07.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, Ərizəçi oğlunun “sənədin ona məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Şəki Rayon Aqrar İsalahat Komissiyasının 07.05.1998-ci il tarixli 94 saylı qərarı ilə Şəki rayonu, Cumakənd kəndində ailə üzvlərinə verilən 2000 kv/m həyətyanı torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı kitabında da qeydiyyatda olan AN-134287 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin paya münasibətdə X1 məxsus olması hüquqi faktının müəyyən edilməsi, həmçinin həmin qərar əsasında Şəki rayonu, Cumakənd kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində 2000 kv/m həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı hazırladığı hissədə adlı siyahı faylın anaları X1 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materialını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Şəki Rayon Aqrar İsalahat Komissiyasının 07.05.1998-ci il tarixli 94 saylı qərarı ilə Şəki rayonu, Cumakənd kəndində ailə üzvlərinə verilən 2000 kv/m həyətyanı torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı kitabında da qeydiyyatda olan AN-134287 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin paya münasibətdə X1 məxsus olması hüquqi faktının müəyyən edilməsi, həmçinin həmin qərar əsasında Şəki rayonu, Cumakənd kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində 2000 kv/m həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı hazırladığı hissədə adlı siyahı fayılın anaları X1 məxsus olması hüquqi faktının müəyyən edilməsini xahiş etsə də, ərizə Ərizəçi tərəfindən yox, onun etibarnamə üzrə nümayəndəsi hesab edilən Nümayəndə tərəfindən imzalanmışdır. Lakin iş materialına əlavə edilmiş etibarnamədən görünür ki, Ərizəçi tərəfindən Nümayəndə iddia ərizəsini imzalamaq və məhkəmədə iştirak etmək səlahiyyətləri verilsə də, iş materialına əlavə edilmiş Nümayəndə məxsus olan АЗ 084469 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətində ata adı qrafasından Ərizəçi Nümayəndə atası olması müəyyən edilmir. Belə ki, MPM-nin 69.1-1-ci maddəsinə əsasən Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Belə olduğu halda yuxarıda qeyd edilən doğum şəhadətnaməsi ilə Nümayəndə Ərizəçi övladı və ya hər hansı yaxın qohumu olması müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, ərizə başqa şəxs tərəfindən imza edilmişdir. Bu isə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Ona görə də Ərizəçi ərizəsi geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Buna görə də ərizə Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 266- 268ci maddələrini rəhbər tutaraq Qərara aldım: Ərizəçi oğlunun “sənədin ona məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-610/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-610/2022
07.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver