Məhkəmə qərarları › İş №e-2(075)-633/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-633/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-633/2023 17.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşayan Cavabdeh 1243 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, fərdi sahibkardır. Şəki şəhərində “Eurolux Elektronika” mağazasında elektrik mallarının satışı ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə Şəki şəhər sakini Cavabdeh mağazaya gəlmiş və nisyə, ümumi dəyəri 1716 manat olan bir TV və bir soyuducu almışdır. Razılaşmaya əsasən, Cavabdeh şəxsiyyət vəsiqəsinin surətini təqdim etmiş (saxlamışdır), 1716 manat məbləğdən 200 manat ödəmiş, qalan hissəni isə hər ay 217 manat ödəməklə 7 ay ərzində ödəməyi öz üzərində götürmüşdür (sənəd əlavə olunur). Bundan sonra, Cavabdeh üç dəfə (73, 100, 100) ödəniş etmişdir. Beləliklə, cavabdeh ümumi məbləğin 473 manatını ödəmişdir. Əfsuslar olsun ki, bu günə kimi Cavabdeh qalan 1243 manatın ödənilməsi ilə bağlı heç bir hərəkət etməmişlər. Ödənişlə bağlı onun tərəfindən onlara bir neçə dəfə zəng edilmişdir. Ona zəhg etdikdə, bir neçə halda zənglərə cavab verməmiş, cavab verdikləri halda isə “gələgəm”, “ödəyəcəm” kimi ifadələrlə ödəniş etməkdən boyun qaçırmışdır. Məhkəmə İddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, onunla İddiaçı arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən o, “Eurolux Elektronika” mağazasından bir ədəd TV və bir ədəd soyuducu almışdır. Bildirmişdir ki, o, 2015-ci ildə həbsdən çıxdıqdan sonra özünə şəxsi sex açmışdır. Pandimeya dövründə karantin rejimi ilə əlaqəli sex dağılmışdır. Sex bağlandıqdan sonra o, işsiz qalmışdır. O, işlə bağlı məşğulluq mərkəzinə müraciət etsə də, orada da, münasib iş tapılmamışdır. İşsiz qaldığı üçün o, 6 ay fəhləlik etmişdir. Lakin qəzaya düşüb təxminən 1 ay müddətinə evdə qalıb işləyə bilmədiyi üçün işdən çıxarlanmışdır. Bu müddət ərzində onun maddi imkanı aşağı olmuşdur. Bundan sonra o, İddiaçı məxsus olan “Eurolux Elektronika” mağazasından bir ədəd TV və bir ədəd soyuducu alaraq ucuz qiymətə satmışdır. Göstərmişdir ki, hal-hazırda heç yerdə işləmir. Məşğulluq Mərkəzində qeydiyyatdadır. İşləmədiyi üçün iddiaçıya olan borcunu ödəməyə maddi imkanı yoxdur. Himayəsində iki azyaşlı qızı vardır. İddianı qəbul edir. İşləməyə başlayan kimi borcunu ödəyəcəkdir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 aprel 2020-ci il tarixli, 34 saylı nisyə satış müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh aldığı ümumi dəyəri 1716 manat olan 43 TV JVS-smart və soyuducu 133 k üçün 200 manat ilkin ödəniş etmiş, qalan məbləği 07 ay ödəniş cədvəli üzrə hər ay 217 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin 13 aprel 2020-ci il tarixli, 34 saylı nisyə satış müqaviləsində olan ödəniş qrafikindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə 73 manat, xx.xx.2021-ci il tarixdə 100 manat və xx.xx.2021-ci il tarixdə 100 manat ödəniş etmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 aprel 2020-ci il tarixli, 34 saylı nisyə satış müqaviləsinə əsasən, sonuncu, aldığı bir ədəd TV və soyuducu üçün 200 manat ilkin ödəniş etmiş, qalan məbləği 07 ay ödəniş cədvəli üzrə hər ay 217 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı tərəfindən Cavabdeh nisyə satış müqaviləsi üzrə bir ədəd TV və soyuducu verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı qalıq qalmış borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 1243 manat pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1243 manat pul vəsaiti tutulsun. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar