Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-635/2023 31.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəyəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, maraqlı şəxs X14 etibarnamə üzrə nümyəndəsi (vəkili) X35 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X55 Xidmət Mərkəzində AR ƏN-nin X33 işi V-19 Reystrində 2-v 1010 və 2-v1011 nömrə ilə qeyd edilən informasiya sisteminə 17 dekabr 2022 ci il tarixdə daxil edilmiş 17 dekabr 2022 ci il tarixli vərəsəlik hüququ hqaqında şəhadətnamələrin ləgv edilməsi və informasiya sistemindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 22 İyul 1961 ci il tarixli 9917\5515 № li Torpaq Qeydinə əsasən kecmiş Micurin indiki Ziya Bünyadov kücəsi döngə 2 ev 1 Yeni qaydalarla 67 ünvanda yerləşən ev mərhum əri Azərin atası X26 oglunun adına olmuşdur. Bu evin sahibi Məmmədhəsənov Allahyar 21 may 1991-ci ildə vəfat etmiş və vərəsəlik açılmışdır. Mərhumun 5 vərəsəsi: arvadı Məmmədhəsənova Barat, Şəhriyar, Azər, Əliyyə, Oktay vərəsələri olmuşdur. Göstərilən şəxslərdən Barat qaynanası Azər isə əri ölmüşdür. Ev sahibi Məmmədhəsənov Allahyar xx.xx.1991-ci ildə vəfat etdikdən sonra əri Azərdən və qayınanası Baratdan başqa hec kim mirasa yiyələnib sahiblik edib mirası idarə edən olmayıb. Digər vərəsələr mirasa yiyələnməsini təsdiq edən hec bir sübutu məhkəməyə təqdim edə bilməzlər. xx.xx.2008 ci ildə qayınanası Barat, 18.09 2022 ci il tarixdə isə mirasa yiyələnib sahiblik edən əri Azər vəfat etmişdir. Bundan sonra o mirasa yiyələnib bu günə qədər sahiblik edib idarə etmişdir. Bütun kommunal xərcləri miras açılandan əri Azərlə o ödəmişdir. Atasından qalmış mirasdan rəsmi ərizə imtina edən vərəsə X23 atasının ölümündən 22 il sonra qanunsuz mərhum atası X49 oglunun adına DƏDRX-nin 12 saylı Ərazi İdarəsindən xx.xx.2022-ci il tarixdə Reyуstr nömrəsi **********28-10301 nömrəli qeydiyyat nömrəsi ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşımaz əmlakın dövlət reystrindən cıxarış alaraq miras qoyan Allahyarın nəvələri Emil Şəhliyar oglu və Samir Oktay oglundan payın bagışlanılması barədə qanunsuz müqaviləni Asan Xidmət Mərkəzinin Notarius ofisində təsdiq etdirərək qeyd etdiyi Qanunsuz vərəsəlik hüququ haqqında şəhadətnamələri təsdiq etdirmişdir. Notariat əməliyyatı aparılarkən qanunun tələbləri pozulmuşdur. Vərəsəlik işi mübahisəli hüquq münasibətin yarandıgı dövrün qanununa uygun həll edilməli idi. AR MM-nin 552 ci maddəsinə əsasən mirası əldə etmək ücün vərəsə ounu qəbul etməlidir. Mirasın şərtlə və müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə eləcə də mirasın acıldıgı yerdə mirası qəbul etmək barədə ərizə verdikdə miras qəbul edilmiş sayılır. Əliyyə xanım bu hərəkətlərin hansı birini edib məhkəməyə sübut təqdim etməlidir. Qanunda göstərilən bu hərəkətlərin yalınız əri Azər tərəfindən edilməsini bütün məhəllə təsdiq edir. Bu Maddənin 2-ci bəndində konkret göstərilib ki bu hərəkətlər 6 ay ərzində edilməlidir. Miras qoyanın qanun üzrə vərəsələri öz paylarından anaları Baratın xeyrinə imtina ediblər. Anaları Barat mirası faktiki qəbul edən olsa da miras qoyan deyil. Bu qanunsuz əməliyyatdan xəbər tutan kimi dərhal Notairat ofisinin natariusu Nadir Zeynalova vərəsəlik acılması ücün əsas olmuş sənədləri dəfələrlə şifahi tələb etsə də verməmidir. Sonunda xx.xx.2023-cü il tarixdə ərizə yazıb sənədləri tələb etməklə vərəsəlik şəhadətnamələrin ləgvini xahiş etmişdir. Ona 18.01 2023-cü il tarixli nömrəsi olmayan təsdiqlənməyən məktubla miras qoyanın həyət yoldaşı X7 vərəsə kimi tanındığı, onun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığı və 29.08 2008 ci ildə o vəfat etdiyi üçün MM-nin 1159 cu maddəsinə əsasən mirasın 4 nəfər vərəsələr arasında bərabər bölündüyü bildirilmişdir. Barat vərəsəlik şəhadətnaməsi alsa da ev onun adına kecməyib. Bütün vərəslik şəhadətnamələrdə miras qoyandan irs bütöv yaxud necə hissə pay almaları vərəsəlik şəhadətnamələrdə göstərilir. Şəhadətnamə mirası qəbul etdiyini təsdiq edən sənəddir və DƏDRX-dən payın alınması ücün olan sənəddir miras qoydugunu tədiq edən sənəd deyil. Bu şəhadətnamə əsasında payını DƏDRX-də qeyd etdirməklə daşınmaz əmlaka mülkiyyət sənədi almayıb . Ana vərəsə kimi tanınıbsa vərəsəlik şəhadətnaməsini o alıbsa miras paydan imtina edən şəxsin adına hansı qanuna əsasən vərəsəlik şəhadətnaməsi verilib. Mirasdan imtina edən Əliyənin 22 ildən sonra məhkəmənin mirası qəbul etmə faktını müəyyən etməsi barədə qərarı olmadan mirası qəbul etməsi barədə sübutlar təqdim etmədiyi halda vərəsəlik şəhadətamələr hansı maddəyə əsasən yazılmışdır. Atasına məxsus miras əmlakdan Əliyyə imtina etmişdir. O imtinaya görə də anasına vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras 1991-ci ildə açıldıgı halda 2022-ci ildə vərəsəlik şəhadətnaməsi verilə bilərmi axı köhnə vərəsəlik şəhadətnaməsi qanunla qüvvədədir. Notarius AR MM-nin 1159 cu maddəsinə əsasən vərəsəlik şəhadətnaməsini verildiyini qeyd edir AR MM-nin 1159.1.3 maddəsinə əsasən nəvə nəticələr o halda qanun üzrə vərəsə sayılırlar ki Mirasın acıldıgı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sag olmasın 1159.1.4 maddəsinə əsasən konkret göstərilib ki Nəvə, nəticələr və uşaqları əgər onların valideynləri mirasın qəbulundan imtina ediblərsə vərəsə ola bilməzlər. O cümlədən Əliyyə xanım da vərəsə ola bilməz, o mirasdan imtina etmişdir. AR MM-nin 1252-ci maddəsinə əsasən Əgər vərəsə mkiras açılandan sonra lakin mirası qəbul edənədək ölərsə mirasdan pay almaq hüququ onun vərəsələrinə kecir. Ölmüş vərəsənin vərəsəsi mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidir müddət 3 aydan az olduqda 3 ay uzadılmalıdır. Notarius bu iş üzrə qanunun 40-cı maddəsinə əsasən natariat hərəkətlərini aparmaqdan imtina etməli idi. 42 ci maddəsinə əsasən qanun pozuntusu aşkar edildidə prokurora xəbər verməli idi .58 ci maddəsinə görə mirası Qəbul etmiş vərəsəyə Vərəsəlik hüququ haqqıda şəhadətnamə verməli idi. Mülki qanunvericijiyin Natariat daqqında Qanunun tələblərinə uygun natariat əməliyyatları aparılmalı idi. Məhkəmə iclasında İddiaçı və etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil hər biri ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında maraqlı şəxs X14 etibarnamə üzrə nümayəndəsi (vəkili) X47 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, nümayəndəsi olduğu Aliyə Xəlilova və digər vərəsələr iddiaçı ilə birlikdə notariat ofisinə müraciət etmiş, heç bir mübahisə və anlaşılmazlıq olmadan miras əmlaka dair vərəsəlik şəhadətnaməsi almışlar. Həmçinin iddiaçı şəhadətnamənin onun iradəsindən kənar aldığını bildirsə də, notariat ofisində ona hüquq və vəzifələri izah olunduğu öz ərizəsilə də təsdiqini tapmışdır. Cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzinnin notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X36 ilə İddiaçı 02 may 2007ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 115 nömrə ilə qeyd edilmişdir. 01 sentyabr 1992-ci il tarixli ərizənin surətindən görünür ki, X31 atası X3 miras qalmış əmlakın anası X7 adına keçməsinə etiraz etməmişdir. 03 oktyabr 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X36 18 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. 03 iyul 1991-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 03 may 1991-ci il tarixdə vəfat etmişdir. 19 sentyabr 2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 19 sentyabr 2008-ci il tarixdə vəfat etmişdir. 26 yanvar 1993-cü il tarixli, 367 nömrəli arayışdan görünür ki, X8 əri X9 21 may 1991-ci il tarixdə vəfat etmiş və X16 (oğlu), Azər, Əliyə, Məmmədhəsənov Oqtay adlı ailə üzvləri vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən 18 yanvar 2023-cü il tarixdə İddiaçı ünvanlanmış məktubdan görünür ki, 21 may 1991-ci ildə ölmüş X4 vərəsəlik işi xx.xx.1992-ci ildə açılmış, mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddətdə vərəsə qismində onun yoldaşı X15 tanınmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. xx.xx.2008-ci il tarixdə X15 vəfat etdiyi üçün Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən, miras birinci növbəli vərəsələr olan 4 nəfər arasında bərabər şəkildə bölünmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********28-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 (AZ-5500, ünvan 1 ünvanında 0,071 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 100.2 kvadrtat metr olan fərdi yaşayış evi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. 17 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 21 may 1991-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi X10 idi, lakin onun xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar miras onun arvadı İddiaçı iras əmlakdan 1/4 hissədə irs almalıdır. ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********28-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 100.2 kv/m olan fərdi yaşayış evindən və 0.071 ha torpaq sahəsindən evdən ibarətdir. 17 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 21 may 1991-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi X19r və o miras əmlakdan 3/4 hissədə irs almalıdır. ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********28-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 100.2 kv/m olan fərdi yaşayış evindən və 0.071 ha torpaq sahəsindən evdən ibarətdir. “Elektron notariat” X1 vasitəsilə əldə edilmiş “X22” AQİS-dən 10 noyabr 2022-ci il tarixli çıxarışdan görünür ki, X9 21 may 1991-ci il tarixdə vəfat etmiş və son yaşayış yeri Şəki rayonu, 21 Miçurin, ev 45 olmuşdur. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti “Əşirlər” Məhəllə Nümayəndəliyi tərəfindən verilmiş 04 dekabr 2022-ci il tarixli, 468 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, X9 21 may 1991-ci il tarixdə vəfat etmiş və X15 (arvadı), X17 (oğlu), X36 (oğlu), Xəlilova (Məmmədova) Aliyə Allahyar qızı (qızı) və X11 (oğlu) adlı vərəsələri qalmışdır. “Elektron notariat” X1 vasitəsilə əldə edilmiş “X22” AQİS-dən 27 noyabr 2022-ci il tarixli çıxarışdan görünür ki, X15 01 yanvar 1926-cı il tarixdə anadan olmuş və 29 avqust 2008-ci il tarixdə vəfat etmişdir. Son yaşayış yeri Şəki şəhəri, Z.Bünyadov küçəsi, 45 olmuşdur. “Elektron notariat” X1 vasitəsilə əldə edilmiş “X22” AQİS-dən 27 noyabr 2022-ci il tarixli çıxarışdan görünür ki, X31 25 aprel 1958-ci il tarixdə anadan olmuşdur. ünvan 3 ünvanında yaşayır. “Elektron notariat” X1 vasitəsilə əldə edilmiş “X22” AQİS-dən 27 noyabr 2022-ci il tarixli çıxarışdan görünür ki, X36 13 yanvar 1956-cı il tarixdə anadan olmuşdur. ünvan 4 ünvanında yaşayır. “Elektron notariat” X1 vasitəsilə əldə edilmiş “X22” AQİS-dən 27 noyabr 2022-ci il tarixli çıxarışdan görünür ki, X17 03 avqust 1948-ci il tarixdə anadan olmuş və 01 fevral 2019-cu il vəfat etmişdir. Son yaşayış yeri ünvan 5 ünvanı olmuşdur. “Elektron notariat” X1 vasitəsilə əldə edilmiş “X22” AQİS-dən 27 noyabr 2022-ci il tarixli çıxarışdan görünür ki, X37 24 sentyabr 1956-cı il tarixdə anadan olmuşdur. Son yaşayış yeri ünvan 5 ünvanı olmuşdur. “Elektron notariat” X1 vasitəsilə əldə edilmiş “X22” AQİS-dən 27 noyabr 2022-ci il tarixli çıxarışdan görünür ki, X24 28 mart 1979-cu il tarixdə anadan olmudur. ünvan 5 ünvanında yaşayır. “Elektron notariat” X1 vasitəsilə əldə edilmiş “X22” AQİS-dən 27 noyabr 2022-ci il tarixli çıxarışdan görünür ki, X32 18 oktyabr 1961-ci il tarixdə anadan olmuş və 31 may 2022-ci il tarixdə vəfat etmişdir. Son yaşayış yeri Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 26, mənzil 4 olmuşdur. “Elektron notariat” X1 vasitəsilə əldə edilmiş “X22” AQİS-dən 27 noyabr 2022-ci il tarixli çıxarışdan görünür ki, X5 doğum tarixi və doğum yeri müəyyən edilməmişdir. 17 dekabr 2022-ci il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, X38 və X20 xx.xx.1991-ci il tarixdə ölmüş X3 miras qalmış bütün əmlaklardan onlara düşən miras paylarını X21 bağışlamışlar. X36 tərəfindən Şəki şəhər 2 nömrəli notarius kontoruna ünvanlanmış 11 fevral 1992ci il tarixli ərizədən görünür ki, o, atası X4 .....ci il 21 may vəfatından sonra miras qalmış payı qəbul etməmiş və iddia ..... buraxılmış müddətin bərpası ilə bağlı xalq məhkəməsinə şikayət etməyəcəkdir. 10 noyabr 2022-ci il tarixli, **********770 nömrəli ərizədən görünür ki, X31 mərhum atası X3 qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. 12 dekabr 2022-ci il tarixli, **********047 nömrəli ərizədən görünür ki, İddiaçı mərhum qayınatası X3 qalmış xx.xx.2022-ci il tarixdə ölmüş əri X25 çatası miras paydan ona düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. İş materiallarında olan X13 Bakı şəhəri 32 saylı notariat ofisinə müraciət etdiyi 18 noyabr 2022-ci il tarixli, **********838 nömrəli ərizədən görünür ki, o, mərhum X3 irs qalmış yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsini qəbul etməmişdir. Gələcəkdə pay tələbi ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyəcəkdir. 17 dekabr 2022-ci il tarixli, **********809 nömrəli ərizədən görünür ki, X38 mərhum babası X3 qalmış xx.xx.2019-cu il tarixdə ölmüş atası X12 çatası miras paydan ona düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. X2 7 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etdiyi 18 noyabr 2022-ci il tarixli, **********652 nömrəli ərizədən görünür ki, o, mərhum qayınatası X3 ona çatan mirası nə notariat ofisinə ərizə verməklə, nə də miras əmlaka faktiki sahibliyi həyata keçirməklə qəbul etməmiş və qəbul etmək niyyətində deyildir. X6 7 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etdiyi 18 noyabr 2022-ci il tarixli, **********651 nömrəli ərizədən görünür ki, mərhum babası X3 ona çatan mirası nə notariat ofisinə ərizə verməklə, nə də miras əmlaka faktiki sahibliyi həyata keçirməklə qəbul etməmiş və qəbul etmək niyyətində deyildir. 17 dekabr 2022-ci il tarixli, **********808 nömrəli ərizədən görünür ki, X20 mərhum atası X3 qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Şəki Regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin təsdiq etdiyi 17 dekab 2022-ci il tarixli “Miras Payın bağışlanması” müqaviləsindən görünür ki, X38 və X20 21 may 1991-ci il tarixdə ölmüş X3 qalmış bütün əmlaklardan onlara düşən miras paylarını X21 bağışlamışlar. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan ünvan 2 ünvanında olan fərdi yaşayış evi tərəflərin atası mərhum Allahyar Məmmədhəsənova məxsus olmuşdur. Allahyar Məmmədhəsənov 21 may 1992-ci il tarixdə öldükdən sonra ondan miras qalmış qeyd olunan miras əmlakı qanun üzrə vərəsələrindən yalnız X15 xx.xx.1992-ci il tarixdə qəbul etmiş, bu barədə qanun üzrə vərəsəlik şəhadətnamə tərtib edilmiş və sonuncu 29 avqust 2008-ci il tarixdə vəfat etmişdir. Barat Məmmədhəsənova öldükdən sonra qeyd olunan miras əmlakı qanun üzrə vərəsələrindən hər biri qəbul etmiş, bu barədə qanun üzrə vərəsəlik şəhadətnaməsi tərtib edilmişdir. Həmin şəhadətnaməyə əsasən mülkə dair vərəsələrin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçı digər vərəsə Aliyə Xəlilovanın mirasdan imtina etdiyindən və qanunvericiliyə uyğun olaraq mirasın qəbulu üçün müddət ötdüyündən X55 xidməti tərəfindən verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsin etibarsız sayılmasını, çıxarış ləğv edilməsini tələb edir. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1253.1-cı maddəsinə əsasən, Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1257-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1267-ci maddəsinə əsasən, Vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. 1321-ci maddəsinə əsasən, Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1322-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, miras qoyan Allahyar Məmmədhəsənov xx.xx.1991-ci il tarixdə ölmüşdür. Mirasın açıldığı iddiaçının vərəsəlik hüququ yarandığı andan ona bəlli olmuşdur. İddiaçı tərəflər arasında mübahisə olduğundan notariusun mirası qəbul etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürdüyündən imtina etməli və mirasın qəbul edilməsilə bağlı şəhadətnamə verməməli olduğunu bildirsə də, bununla bağlı məhkəmə qeyd edir ki, bu hal notariusun mirası qəbul etməkdən imtinası üçün əsas ola bilməz. Belə ki, yuxarıda göstərilən qanunvericilik normasından da aydın olduğu kimi iddiaçı mirası faktiki olaraq qəbul etdiyini şəksiz nümayiş etdirib bu barədə digər vərəsələrlə birlikdə notariat ofisinə müraciət edərək miras paydan ona düşən paya vərəsəlik haqqında şəhadətnamə verməyi xaiş etmiş və həmin vaxt qanunvericiliyin bütün normaları ona izah edildiyini ərizəsində öz imzası ilə təsdiq etmişdir. Belə ki, iddiaçı notariat ofisində miras əmlakla bağlı şəhadətnamə verilərkən vərəsələr arasında mübahisə olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd olunan miras əmlaka dair Aliyə Xəlilovanın miras əmlakdan imtina etdiyini və bu səbəbdən də ona vərəsəlik şəhadətnaməsi verilməməli olduğunu bildirmişdir. Lakin iş materiallarında olan Aliyə Xəlilovanın 01 sentyabr 1992-cı il tarixli ərizəsindən də görünür ki, o, atası Allahyar Məmmədhəsənovdan miras qalmış əmlakın anası Barat Məmmədhəsənovanın adına keçməsinə etiraz etməmişdir. Göründüyü kimi Aliyə Xəlilovanın ərizəsində mirasdan imtina etməsi yox, əmlakın anasının adına keçməsinə etirazının olmadığı bildirilmişdir. Həmin hal gələcəkdə anası vəfat etdikdən sonra da onun anasına münasibətdə də, vərəsə olması səbəbindən vərəsəlikdən imtinası kimi qəbul edilə bilməz. İddiaçı qeyd edilən qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi üçün başqa heç bir əsas gətirməmiş, şəhadətnamənin ləğv edilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləgv edilməsi və informasiya sistemindən silinməsi tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Regional “ASAN xidmət” mərkəzində notarius ofisinə qarşı Regional Asan Xidmət Mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X33 işi V-19 Reystrində 2-v 1010 və 2- v 1011 nömrə ilə qeyd edilən informasiya sisteminə 17 dekabr 2022 ci il tarixdə daxil edilmiş və həmin tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləgv edilməsi və informasiya sistemindən silinməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-635/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-635/2023
31.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver