Məhkəmə qərarları › İş №e-2(075)-650/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-650/2022

21.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-650/2022 21.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi oğlu ərizə ilə məhkəməyə müraciət edərək, 27 sentyabr 1973-cü il tarixdə Şəki rayonu, Birinci Biləcik kəndində anadan olmuş, Şəki rayonu, Birinci Biləcik kəndində pasport qeydiyyatında olan və həmin kənddə yaşayan X1nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, Şəki rayonu, Birinci Biləcik kəndində yaşayır. X5 onun bacısıdır. X1 anadangəlmə psixoloji xəstədir. Bildirmişdir ki, uzun müddətdir ki, bacısı yataq xəstəsidir. Həmin vaxtdan X1na özü baxmışdır. Hazırda psixi qüsurlu olduğuna görə bacısı öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. O, ən xırda məişət işlərini həyata keçirmək iqtidarında deyildir. Göründüyü kimi X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Buna görə də X1nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 20 aprel 1958-ci il tarixli, İ-ИЕ 531263 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxx 1958-ci il təvəllüdlü Ərizəçi anası X6r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 18 oktyabr 1973-cü il tarixli, İİ-ЖГ 373516 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27 sentyabr 1973-cü il təvəllüdlü X2 atası X7, anası X6r. İşdə olan Şəki Rayon Psixiatriya xəstəxanasının 14 yanvar 2022-ci il tarixli, 047 saylı məktubdan görünür ki, Şəki rayonu, İ Biləcik kəndində yaşayan 1973-cü il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə Şəki RPX-da HPK tərəfindən müayinə olunmuşdur. X4 ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən davranış pozuntusu F-72.1 diaqnozu qoyulmuşdur. İşdə olan 14 yanvar 2022-ci il tarixli Şəki Psixiatriya xəstəxanası tərəfindən verilmiş, Ambulator kitabçadan çıxarışdan görünür ki, X4 F72.1 ağır dərəcəli əqli gerilik müalicə və qulluq tələb edən davranış pozuntusu diaqnozu qoyulmuş, kənar şəxaslərin qulluğuna ehtiyyacının olması qeyd edilmişdir. İşdə olan 31 yanvar 2022-ci il tarixli, Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatlarından görünür ki, X4 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, psixopatabənzər davranış pozuntusu və özünə qulluğun olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacının olması diaqnozu qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər psixonevroloji Dispanser tərəfindən verilmiş 21 aprel 2022-ci il tarixli, 254 saylı rəyindən görünür ki, FİZİKİ VƏZİYYƏTİ: Orta boylu, astenik bədən quruluşludur. Dəri və görünən selikli qişaları quru və təmizdir. Səhhətindən şikayət təqdim etmir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. A/t 110/70 mm c. s.b., nəbzi dəqiqədə 62 vurğudur. NEVROLOJİ VƏZİYYƏTİ: Mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunmur. Göz bəbəkləri bərabərdir, fotoreaksiyası zəifdir. Əzələ-vətər refleksləri canlıdır. Romberq duruşunda davamsızdır, irəli uzadılmış əl barmaqlarında əsmə vardır. Patoloji reflekslər müəyyən olunmur. PSİXİ VƏZİYYƏTİ: Xarici görünüşü səliqəsizdir. Bələdliyi pozulub, yoxlanılan şəxs verilən suallara anlaşılmaz tərzdə cavab verdiyindən bütün anamnestik məlumatlar bacısı Ərizəçi toplanmışdır. Müayinə zamanı özünü bir qədər narahat və gərgin aparır, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını və şairəni söyləyə bilmir. Əhvalı davamsızdır. Yaddaşı kobud pozulmuşdur. Təfəkkürü parçalanmışdır. Oxumaq və yazmaq vərdişləri yoxdur, adi hesablama əməliyyatlarını belə apara bilmir. Hal-hazırki müayinə zamanı onda qavrama pozğunluğu, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Maraq dairəsi daralmışdır, fizioloji tələblərlə motivləşir. Abstrakt və məntiqi təfəkkürə malik deyil. Emosiyaları və affektiv reaksiyaları dayanıqsızdır. Düşdüyü vəziyyətə tənqidi zəifləmişdir. İntellekti xronoloji yaşından geri qalıb, şəxsiyyəti qüsurludur, İQ-38%. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X5 xroniki xəstəlik olan ORTA DƏRƏCƏLİ KƏMAĞİLLİQ, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirir. X5 uşaqlıqdan ORTA DƏRƏCƏLİ KƏMAĞİLLİQ, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X5 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X2 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X2 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan müvafiq rəy də vardır. Ərizəçi X2 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 27 sentyabr 1973-cü il tarixdə Şəki rayonu, Birinci Biləcik kəndində anadan olmuş, Şəki rayonu, Birinci Biləcik kəndində yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 27 sentyabr 1973-cü il tarixdə Şəki rayonu, Birinci Biləcik kəndində anadan olmuş, Şəki rayonu, Birinci Biləcik kəndində yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar