Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-652/2023 17.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçının İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin (hamam, tualet və naves) onun öz vəsaiti hesabına sökülərək götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi DƏDRX tərəfindən verilən çıxarışa əsasən ona məxsusdur. O 1-ci qrup əlildir və dövlət tərəfindən göndərişlə müalicə almaq üçün tibb müəssisəsinə göndərilmişdir. Qayıdandan sonra görmüşdür ki, qonşusu Cavabdeh ona məxsus evin bünövrəsinin altında hamam və tualet tikmiş, bundan əlavə evimə məxsus divarın üstünə naves (çıxıntılı ötrük) calaşdırmışdır. Həmin navesin üstündən də elektrik cərəyanı keçir. Bu onu narahat etdiyindən, həmçinin evinin bünövrəsi nəm olduğundan cavabdehə dəfələrlə xəbərdalıq etsə də buna əhəmiyyət verməmişdir. Bu məsələyə aydınlıq gətirilməsi və ona köməklik göstərilməsi üçün Maraqlı şəxs Başçısı cənab Elxan Usubova rəsmi qaydada müraciət etmişdir. Maraqlı şəxs Başçısı Aparatının xx.xx.2022-ci il tarixli 2/Q-71-129 saylı cavab məktubunda həmin məsələnin mülki xarakterli olduğu bildirilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Eyni zamanda Şəki ŞRPŞ-yə də bu barədə müraciət edərək köməklik olunmasını xahiş etmişdir. Şəki ŞRPŞ müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Sözügdən tikilililər qanunvericliyin tələblərini kobud surətdə pozulmaqla inşa edildiyindən, eyni zamanda mənim qanunla qorunan hüquqlarına və mənafeyinə xələl gətiridiyindən hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, həqiqətən də İddiaçı evinə bitişik sanitar qovşaq və talvar tikilisinin inşa etdirmişdir. Lakin həmin tikililər iddiaçıya heç bir maneə yaratmır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İşin halları; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 18 avqust 2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə daxil olmuş ərizəsinə əməkdaşlar tərəfindən araşdırılmışdır. Araşdırma zamanı müraciətində göstərdiyi xüsusatlar mülki xarakterli olmaqla araşdırılması polis orqanlarının səlahiyyətinə aid olmaması müəyyən edilmişdir. Odur ki, mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəki şəhəri, Gülarə Qədirbəyova küçəsi, ev 10 (AZ:5500, ünvan 3 ünvanında yerləşən 0.0622 ha torpaq sahəsi və onun üzərində yerləşən 51.6 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İddiaçı Maraqlı şəxs Başçısına ünvanladığı 09 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, o, 1-ci qrup əlildir və dövlət tərəfindən müalicə almağa getdiyinə görə evdə heç kim olmamışdır. Evə gələndə qonşusu Cavabdeh tərəfindən bünövrənin altında hamam və tualet tikərək navesi evinin kəmərinə calamışdır. Navesin üstündən isə elektrik kəməri gedir. Qonşusunun bunu etməsi onu narahat edir. Evinin zirzəmisi nəm olur və navesin üstündən gedən elektrik kəmərinin təhlükə yaradacağından çox qorxur. Bunu qonşusuna dəfələrlə desə də heçnəyə və heç kimə məhəl qoymur. Bu məsələdə ona köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış 19 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, Maraqlı şəxsnə ünvanladığı, həmsərhəd qonşusu tərəfindən fərdi yaşayış evinə bitişik hamam və tualet tikdiyini, örtükdən axan yağış sularının evin zirzəmisində nəmişlik yaratdığını bildirərək müvafiq tədbir görülməsi barədə müraciətinə baxılmışdır. Tərəfindən qaldırılmış məsələ mülki xarakterli olduğundan, məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. 2023-cü il tarixli, 10/2528 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Şəki şəhəri, Gülarə Qədirbəyova küçəsində yerləşən, iş üzrə cavabdeh tərəfindən inşa edilmiş sanitar qovşaq və talvar tikilisinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 N-li qərarı ilə təsdiq edilmiş "Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları"nın və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin müvafiq bəndlərinin tələblərinin pozulduğu müəyyən olunmuş və Şəki şəhəri, Gülarə Qədirbəyova küçəsində yerləşən, iş üzrə cavabdehə məxsus fərdi yaşayış evində tikinti üzrə hər hansı bir qüsur (divarlarda çatlar, aralanmalar, və.s) aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Hazırda iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evinə bitişik cavabdeh tərəfindən tikilmiş tikililərin (sanitar qovşaq (hamam, tualet) və talvar (naves)) sökülməsini tələb edir. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mülkiyyətində olan yaşayış evinə bitişik cavabdeh tərəfindən tikilmiş tikililərin (sanitar qovşaq (hamam, tualet) və talvar (naves)) sökülməsi tələbini irəli sürməkdə haqlıdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 11 avqust 2023-cü il tarixli, 10/2528 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Şəki şəhəri, Gülarə Qədirbəyova küçəsində yerləşən, iş üzrə cavabdeh tərəfindən inşa edilmiş sanitar qovşaq və talvar tikilisinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000ci il tarixli 160 N-li qərarı ilə təsdiq edilmiş "Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları"nın və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin müvafiq bəndlərinin tələblərinin pozulduğu müəyyən olunmuş və Şəki şəhəri, Gülarə Qədirbəyova küçəsində yerləşən, iş üzrə cavabdehə məxsus fərdi yaşayış evində tikinti üzrə hər hansı bir qüsur (divarlarda çatlar, aralanmalar, və.s) aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyindən göründüyü kimi cavabdeh tərəfindən tikilmiş inşa olunmuş tikililərin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqata təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, İddiaçı mülkiyyətində olan Şəki şəhəri, Gülarə Qədirbəyova küçəsi, ev 10 (Yeni qaydalarla: ünvan 3 ünvanına bitişik Cavabdeh tərəfindən inşa edilmiş tikililər (sanitar qovşaq və talvar) onun öz vəsaiti hesabına sökülməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Şəki şəhəri, Gülarə Qədirbəyova küçəsi, ev 10 (Yeni qaydalarla: ünvan 3 ünvanına bitişik Cavabdeh tərəfindən inşa edilmiş tikililər (sanitar qovşaq və talvar) onun öz vəsaiti hesabına sökülsün. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-652/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-652/2023
17.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver