Məhkəmə qərarları › İş №e-2(075)-656/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-656/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-656/2022 06.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə üzrə xeyrinə 599.00 manat əsas borc, 60.00 manat cərimə, 30.00 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 689.00 manat borcun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı MMC məhkəməyə 05 iyun 2022-ci il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bаğlаnmış R0016882 saylı, 13 iyul 2021-ci il tarixli Nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh satış qiyməti 839.00 manat olan məhsul əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməklə öhdəsinə götürmüşdür. Lakin ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda Cavabdeh İddiaçı MMC-yə 599.00 manat əsas borc, 60.00 manat cərimə borcu vardır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada işə əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış R0016882 saylı, 13 iyul 2021-ci il tarixli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh satış qiyməti 839.00 manat olan məhsul əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməklə öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü məişət əşyalarının dəyərini hər ay hissə-hissə ödəməklə 12 ay müddətinə qaytarmalı olmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bаğlаnmış R0016882 saylı, 13 iyul 2021-ci il tarixli Nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh satış qiyməti 839.00 manat olan məhsul əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməklə öhdəsinə götürmüşdür. Lakin ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən də İddiaçı MMC qalıq qalmış borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin R0016882 saylı, 13 iyul 2021-ci il tarixli müqavilə üzrə 60.00 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək 599.00 manat əsas, 10.00 manat cərimə borcu olmaqla, cəmi 609.00 manat borc Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30.00 manat dövlət rüsumunun 2.40 manatı iddiaçının özünə aid edilməklə, 27.60 manatı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 599.00 manat əsas, 10.00 manat cərimə borcu olmaqla, cəmi 609.00 manat borc Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 30.00 manat dövlət rüsumunun 2.40 manatı iddiaçının özünə aid edilməklə, 27.60 manatı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar