Məhkəmə qərarları › İş №e-2(075)-668/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-668/2022

12.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-668/2022 12.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçilər Əhmədova (İbrahimova) Nüşabə Cabir qızının, Ərizəçi2, Ərizəçi4, həmçinin ərizəçilər və Ərizəçi3 nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “dövlət aktının payına münasibətdə ona məxsus olması” hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, JN: 0026 kod 40400038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Əhmədova (İbrahimova) Nüşabə Cabir qızının paylarına münasibətdə (2, 3, 4 və 5-ci qrafalara münasibətdə) onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 nümayəndəsi Nümayəndə izahat verərək göstərmişdir ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 12 mart 1999-cu il tarixli 24 nömrəli qərarı ilə ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün 1,52 ha torpaq sahəsi verilmişdir. Bununla bağlı onlara 26 avqust 1999-cu il tarixli JN: 0026 kod 40400038 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin aktda mülkiyyətçi olaraq onun və ailə üzvləri Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və X5 adları qeyd olunmuşdur. Sözügedən 1,52 ha torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə də müraciət etmişlər. Sözügedən qurumun 06 yanvar 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, JN: 0026 kod 40400038 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında hüquq sahibləri olan Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və X1 “Cəbrayılov(a)” kimi səhv qeyd olunduğu müəyyən edilmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Bildirmişdir ki, həmin aktda onların soyadları səhv qeyd olunmuşdur. Belə ki, Ərizəçi4 əvəzinə X3, Ərizəçi3 əvəzinə X16, Ərizəçi2 əvəzinə X17, X5 əvəzinə isə X2 qeyd olunmuşdur. JN: 0026 kod 40400038 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilərkən tərəflərindən soyadlarının səhv yazıldığı müəyyən edilmiş və bu barədə kənd icra nümayəndəsinə bildirilmişdir. Kənd icra nümayəndəsi isə dövlət aktında soyadlarının üzərindən xətt çəkərək “İbrahimov” yazmış və “familiyalar İbrahimov oxunmalıdır” qeydini edərək imza çəkmişdir. Bununla da, onların problemlərinin həll olunduğunu bildirmişdir. Ona görə də həmin vaxt hər-hansı başqa bir tələb irəli sürməmişlər. Həmin düzəlişin kifayət etmədiyini Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 06 yanvar 2022-ci il tarixli məktubunu aldıqdan sonra bilmişlər. Həmçinin bildirmişdir ki, hazırki iş üzrə ərizəçilərdən X13 19 avqust 2014-cü ildə X20 ilə nikahlarını Azərbaycan Respublikası Şəki rayonu Baltalı kənd icra nümayəndəliyində rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş, ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. Halhazırda mövcud problemi başqa cür həll edə bilməyəcəkləri üçün JN: 0026 kod 40400038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilər Əhmədova (İbrahimova) Nüşabə Cabir qızı, Ərizəçi2 və Ərizəçi4 da Ərizəçi3 nümayəndəsi Nümayəndə ilə eyni məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 26 avqust 1999-cu il tarixli, JN-0026, KOD 40400038 nömrəli “torpağın mülkiyyət hüququna dair” dövlət aktın surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 12 mart 1999-cu il tarixli, 24 saylı qərarına əsasən Nümayəndə, X3, X16, X17 və X6 cizgidə göstərilən sərhəd daxilində 1,52 hektar torpaq sahəsi verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, 01 dekabr 1962-ci il tarixli, АЗ 284014 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1962-ci il təvəllüdlü Nümayəndə atası X18, anası isə X7r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, 28 iyun 1967-ci il tarixli, АЗ ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1967-ci il təvəllüdlü X8 atası X9, anası X11r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, 24 mart 1986-cı il tarixli, İV-ЖГ 290122 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X14 arasında 24 mart 1986-cı il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İbrahimova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, 15 mart 1987-ci il tarixli, Xİİ-ЖГ 306858 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1987-ci il təvəllüdlü Ərizəçi3 atası Nümayəndə, anası Ərizəçi4dır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 28 sentyabr 1988-ci il tarixli, Xİİİ-ЖГ 356386 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25 avqust 1988-ci il təvəllüdlü Ərizəçi2 atası Nümayəndə, anası Ərizəçi4dır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, 11 yanvar 1991-ci il tarixli, XV-ЖГ 378537 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1990-cı il təvəllüdlü X10 atası Nümayəndə, anası Ərizəçi4dır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, 19 avqust 2014-cü il tarixli, AZ-İ 966533 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X13 arasında 19 avqust 2014-cü il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 01 iyun 2020-ci il tarixdə ünvanlanmış 1547 saylı məktubdan görünür ki, ərizəçilərin 01 iyun 2020-ci il tarixli müraciətlərinə ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, ləğv edilmiş DTXK tərəfindən Nümayəndə, Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 adlarına Şəki rayonu, Baltalı kəndində 1,52 ha əkin (0.6879 ha, 0.8278 ha) torpaq sahəsinə JN-026, KOD 40400038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Sözügedən torpaq sahəsi hazırda Nümayəndə, Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 mülkiyyətindədir və notarial əməliyyat aşkar edilməmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 06 yanvar 2022-ci il tarixdə ünvanlanmış **********19 saylı məktubdan görünür ki, Şəki rayonu, Baltalı kəndində yerləşən 1,52 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 28 dekabr 2021-ci il tarixli müraciətlərinə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Müraciətləri ilə bağlı tərəflərindən aparılan araşdırma zamanı təqdim etdikləri JN- 0026, KOD 40400038 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktında göstərilən hüquq sahibi olan Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 soyadlarının səhv qeyd olunduğu müəyyən edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin Baltalı kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş, 03 fevral 2022-ci il tarixli, 56 nömrəli arayışdan görünür ki, Şəki rayonu, Baltalı kənd sakini Nümayəndə qeydiyyatda olduğu Şəki rayonu, Baltalı kəndində yaşayır. Onun ailə üzvləri həyat yoldaşı xx xxxx 1967-ci il təvəllüdlü X14, oğlu xx xxxx 1987-ci il təvəllüdlü Ərizəçi3, oğlu 25 avqust 1988-ci il təvəllüdlü Ərizəçi2 və qızı xx xxxxxx 1990-cı il təvəllüdlü Əhmədova (İbrahimova) Nüşabə Cabir qızıdır. İş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin Baltalı kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş, 03 fevral 2022-ci il tarixli, 55 nömrəli arayışdan görünür ki, JN-0026, KOD 40400038 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktında adı qeyd edilən X3 - Ərizəçi4 ilə, X16 - Ərizəçi3 ilə, X17 - Ərizəçi2 ilə, X12 - Əhmədova (İbrahimova) Nüşabə Cabir qızı ilə eyni şəxsdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 12 mart 1999-ci il tarixli 24 nömrəli qərarı ilə ərizəçilərə və onların ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün cizgidə göstərilən sərhəd daxilində 1.52 hektar torpaq sahəsi verilmişdir. Bununla bağlı onlara JN-0026, KOD 40400038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin müəyyən olundu ki, JN- 0026, KOD 40400038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktıda “Ərizəçi4” soyadı “Cəbrayılova” kimi, “Ərizəçi3” soyadı “Cəbrayılov” kimi, “Ərizəçi2” soyadı “Cəbrayılov” kimi, həmçinin “Əhmədova (İbrahimova) Nüşabə Cabir qızının” soyadı “Cəbrayılova” kimi göstərilmişdir. Əslində isə, JN-0026, KOD 40400038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında adı “X3” kimi yazılmış şəxs “Ərizəçi4” ilə, “X16” kimi yazılmış şəxs “Ərizəçi3” ilə “X17” kimi yazılmış şəxs “Ərizəçi2” ilə “X12” kimi yazılmış şəxs “Əhmədova (İbrahimova) Nüşabə Cabir qızı” ilə eyni şəxsdir və torpağa mülkiyyət hüququna dair dövlət aktı paylarına münasibətdə Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Əhmədova (İbrahimova) Nüşabə Cabir qızına məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayon Aqrar İslahat Komissiyasının 12 mart 1999-ci il tarixli, 24 nömrəli qərarına əsasən verilmiş JN-0026, KOD 40400038 saylı “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” paylarına münasibətdə Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Əhmədova (İbrahimova) Nüşabə Cabir qızına məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçilər Ərizəçi1, Nümayəndə, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 dövlət büdcəsinə ödədikləri 100,40 (bir yüz) manat 40 qəpik dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Şəki rayon Aqrar İslahat Komissiyasının 12 mart 1999-ci il tarixli, 24 nömrəli qərarına əsasən verilmiş JN-0026, KOD 40400038 saylı “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” paylarına münasibətdə Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Əhmədova (İbrahimova) Nüşabə Cabir qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 100,40 (bir yüz) manat 40 qəpik rüsum ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar