Məhkəmə qərarları › İş №e-2(075)-67/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-67/2023

07.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-67/2023 07.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi oğlu ərizə ilə məhkəməyə müraciət edərək, 27 avqust 2004-cü il tarixdə ünvan 1 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan qızım Həsənova Rübabə Kamran qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs Həsənova Rübabə Kamran qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, ünvan 3 ünvanında yaşayır. Həsənova Rübabə Kamran qızı onun qızıdır. Qızım uzun müddətdir ki, yataq xəstəsidir. Anadan olduğu gündən qızı Həsənova Rübabə Kamran qızına onun özü baxmışdır. Hazırda psixi qüsurlu olduğuna görə qızı öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. O, ən xırda məişət işlərini həyata keçirmək iqtidarında deyildir. Həsənova Rübabə Kamran qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilərək, qızı Həsənova Rübabə Kamran qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 izahat verərək, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 10 avqust 2014-cü il tarixli, AZ-İ 943879 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, 24 may 2002-ci il tarixli X7 ilə X5 arasında 24 may 2002-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 56 nömrə ilə qeyd olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 20 oktyabr 2004-cü il tarixli, AZ-İ 541062 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 27 avqust 2004-cü il təvəllüdlü Həsənova Rübabə Kamran qızının atası X7, anası Ərizəçidır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 25 fevral 2020-ci il tarixli, 040937 nömrəli vəsiqədən görünür ki, Həsənova Rübabə Kamran qızı sağlamlıq imkanları məhdud olan şəxs hesab edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 09 avqust 2022-ci il tarixli, 14869 nömrəli ambulator xəstənin tibbi vərəqindən görünür ki, Həsənova Rübabə Kamran qızına G 80.0 kvadroplegik spastik serebral iflic R 26 yerimə və tutma funksiyasının pozulması Z 74.1 diaqnozu qoyulmuş, həmçinin kənar şəxsin qulluğuna ehtiyacının olması qeyd olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 19 oktyabr 2015-ci il tarixli, 0453 nöməli epikriz xəstəlik tarixçəsindən görünür ki, Həsənova Rübabə Kamran qızına aşağı ətrafların üstünlüyü ilə tetraparetik forma görmə sinirinin hissəvi atrofiyası diaqnozu qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər psixonevroloji Dispanser tərəfindən verilmiş 24 noyabr 2022-ci il tarixli, 3110 saylı rəyindən görünür ki, Həsənova Rübabə Kamran qızında orta əqli gerilik uşaq serebral iflici nəticəsində (F71) aşkar olunur. Bunu anamnestik məlumatlar - körpəlikdən nevroloji əlamətlərin qeyd olunması, erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, yardımçı məktəb proqramı üzrə bir neçə sinif təhsil alsa da, elementar biliklərə yiyələnə bilməməsi, X4, akademiyası Mirqasımov adına "Respublika Klinik Xəstəxanası” PHŞ-də, X6 müayinə və müalicədə olması, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - zamana görə bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin zəifliyi, əhavli-ruhiyyəsinin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, davranışının və emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunlar nəzərə alınaraq belə nəticə çıxmışdır ki, Həsənova Rübabə Kamran qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Həsənova Rübabə Kamran qızında orta əqli gerilik uşaq serebral iflici nəticəsində aşkar olunur. Həsənova Rübabə Kamran qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Həsənova Rübabə Kamran qızı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi Həsənova Rübabə Kamran qızının xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. Həsənova Rübabə Kamran qızının fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan müvafiq rəy də vardır. Ərizəçi Həsənova Rübabə Kamran qızının psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 27 avqust 2004-cü il tarixdə ünvan 4 ünvanında yaşayan Həsənova Rübabə Kamran qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 27 avqust 2004-cü il tarixdə ünvan 4 ünvanında yaşayan Həsənova Rübabə Kamran qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar