Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-670/2024 03.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən İddiaçı adına olan **********00774 saylı abonent koduna 10 yanvar 2024-cü il tarixli 034818 saylı akt əsasında hesablanmış 1811.24 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, fərdi yaşayış evi elektrik enerjisi ilə təmin edilməsi üçün təlimata uyğun şəkildə "xxxx" ASC-yə müraciət edərək lazımi sənədlər hazırlanmış və elektrik enerjisinin verilişi təmin edilmişdir. Fərdi yaşayış evinə elektrik enerjisinin verilməsi üçün müvafiq alqı-satqı müqaviləsi üzrə hüquqi münasibətlər onunla (İddiaçı) "xxxx" ASC arasında yaranmış və **********00774 saylı enerji hesabı onun adına rəsmiləşdirilmişdir. Eyni zamanda istehlak edilmiş elektrik enerjisinin uçotunun aparılması üçün sonuncu dəfə 21434733 saylı sayğac quraşdırılmışdır. Sözügedən sayğac üzrə istifadə edilmiş elektrik enerjisinin dəyərini isə hər ay aidiyyatı sahə nəzarətçisinin təqdim etdiyi hesab bildiriş üzrə tərəfindən poçt və ya onlayn rejimdə ödənişlər edilmiş və hər hansı borcu mövcud olmamışdır. Sonuncu dəfə internet resursları üzərindən onlayn rejimdə **********00774 saylı enerji hesabına baxış keçirərkən hesabında cavabdeh "xxxx" ASC-nin və ya onun yerli struktur bölməsi tərəfindən 1811.24 manat borc qeydiyyata alındığı məlum olmuşdur. Bununla əlaqədar olaraq cavabdeh təşkilat ilə əlaqə saxlayaraq sözügedən borcun yaranma mənbəyi ilə maraqlanarkən bildirilmişdir ki, cavabdehin əməkdaşları 10 yanvar 2024-cü il tarixdə mübahisəli ünvanda xüsusi texniki vasitə ilə sayğaca baxış keçirərkən guya sayğac dövriyyədən kənarlaşdırılaraq uçotsuz enerjidən istifadə edilməsi halı aşkar edilmişdir. Belə ki, cavabdeh təşkilatdan əldə etdiyi xx.xx.2024cü il tarixli 034818 saylı aktda (Cəlilov V., Hacıbabayev X.) qeyd edilmişdir ki, EEİQ-na uyğun olaraq abonentə məxsus elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, abonent sayğacı dövriyyədən kənarlaşdıraraq enerjidən birbaşa istifadə edir, tərəflərindən ölçü aparıldı (L = 18, P = 3.96 kvt, P = 0.17 kvt), sayğac çölə çıxarılsın, kənar xətt ləğv edilsin. Lakin tərəfin bildirdiyi fikirlər tamamilə yalandır və belə bir hal mövcud olmamışdır. Onun adına rəsmiləşdirilmiş elektrik sayğacının enerji ilə qidalandırdığı fərdi yaşayış evində yaşayan oğlu və ailə üzvləri əmək fəaliyyətləri ilə əlaqədar gündüz vaxtları iş yerlərində olduğundan evdə yaşayış olmur. Təqdim edilən 034818 saylı aktdan göründüyü kimi sayğaca baxış cavabdehin iddia etdiyi xx.xx.2024-cü il tarixdə saat 14:34də keçirilmişdir. Göründüyü kimi mənzil sakinlərinin evdə olmadıqları vaxtda cavabdeh təşkilatın nümayəndələri sayğaca baxış keçirmişdir. Cavabdeh təşkilata məxsus elektrik dirəyi qeyri-qanuni olaraq xüsusi mülkiyyətlərində olan fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşdirilmiş və sayğac da həmin dirəyə bərkidilmişdir. Bu səbəbdən sayğaca baxış keçirilməsi iki halda mümkündür: birincisi "xxxx" ASC-nin nümayəndəsi sayğaca baxış keçirilməsi üçün həyətyanı sahənin qapısını açılmalı, ikinci halda isə həmin nümayəndə həyətyanı sahənin divarı üzərinə çıxaraq həyətyanı sahəyə atlaması lazımdır. Yuxarıda qeyd etdiyi kimi fərdi yaşayış evinin sakinləri əmək fəaliyyəti ilə əlaqədar olaraq gündüz saatlarında evdə olmadığından "xxxx" ASC-nin nümayəndəsinə tərəflərindən həyətyanı sahəsinin qapısının açılaraq içəri daxil olması qeyri-mümkündür. Bütün bunlar isə onu deməyə əsas verir ki, "xxxx" ASC-nin nümayəndələri xx.xx.2024-cü il tarixdə özbaşına olaraq xüsusi mülkiyyətində olan həyətyanı sahənin divarına çıxaraq qanunsuz şəkildə içəri daxil olmuşlar. Digər bir tərəfdən bildirir ki, cavabdeh tərəfdən əldə etdiyi video görüntüdən mülkiyyətçinin razılığı olmadan çəkilişi tələskənliklə və mülkiyyətçinin razılığı olmadan qanunsuz olaraq daşınmaz əmlakının görüntülərini aldığı müəyyən edilir. Həmin çəkilişdən də göründüyü kimi ərazidə nə istehlakçı, nə də digər mənzil sakinləri olmamış və hər hansı aktın tərtibatında iştirak etməmişdir. Xüsusilə qeyd edir ki, cavabdeh "xxxx" ASC-nin aktda adları göstərilən əməkdaşlarda Azərbaycan Respublikası Konstitusiyası və qanunverciliyi ilə dövlət təminatı verilən xüsusi mülkiyyətin toxunulmazlığı, mülkiyyətçinin razılığı olmadan ona məxsus əmlakla bağlı gizli görüntü və çəkilişlərinin aparılmasının yolverilməziyi fikrinin formalaşdırılması və qanunsuz tendensiyasının qarşısının alınması məqsədilə qanunsuz və özbaşına həyətyanı sahəyə daxil olaraq mülkiyyəti ilə bağlı çəkiliş aparan şəxslərin məsuliyyətə cəlb edilmələrinə və cəza tədbirlərinin görülməsinə dair xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilməsi üçün materiallar hazırlanır. Sözügedən materiallar isə məhkəmə icraatı zamanı təqdim ediləcəkdir. Mülki işin faktiki hallarından göründüyü kimi özbaşına olaraq həyətyanı sahəyə daxil olmuş cavabdehin nümayəndəsi yanında bizimtərəfimizdən heç kimolmamışdır və iddia edildiyi kimi hər hansı kənarlaşma var isə belə onu cavabdehin əməkdaşı mənzil sakinlərinin evdə olmamasından istifadə edərək qanunsuz hərəktlər edərək gizli çəkiliş aparmışdır. Bundan əlavə cavabdeh "xxxx" ASC-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli 034818 saylı aktdan göründüyü kimi həmin akt birtərəfli qaydada tərtib edilmiş, istehlakçının və ya hər hansı nümayəndəsinin iştirakı təmin edilməmiş və ya onlardan kiminsə olması ümumiyyətlə qeyri müəyyəndir. Bu qeyri-müəyyənlik tərtib etdikləri aktda istehlakçı və ya nümayəndəsi ilə bağlı qrafalarda müvafiq qeydiyyatın aparılmamasından doğur. Cavabdehin nümayəndələri tərəfindən onun yaşadığı ev üçün quraşdırılmış elektrik sayğacına ayda iki dəfə baxış keçirilir, sərfiyyat barədə bildiriş ona təqdim edilir. Əgər cavabdehin iddia etdiyi kimi hər hansı bir qüsur olsaydı, bunun olmasını dərhal aşkar edərdi. İstifadə etdiyi enerjinin dəyərini göstəricilərə uyğun və tam şəkildə mütamadi olaraq tərəfindən ödənilmişdir. Cavabdehin aktında göstərilən “EEİQ-na uyğun olaraq abonentə məxsus elektrik sayğacına baxış keçirən zaman məlum olduki abonent sayğacı dövriyyədən kənarlaşdıraraq enerjidən birbaşa istifadə edir” qeydləri də qətiyyən həmin əməllərin bilavasitə iddiaçı tərəfindən törədilməsi, eləcə də enerji sərfinin sayğac tərəfindən qeydə alınmaması anlamına gələ bilməz. Bunun doğruluğunu sübut etmək vəzifəsi isə inhisarçı təşkilat olan "xxxx" ASC-nin üzərinə düşür. Mübahisəli aktyalnız cavabdehin əməkdaşları tərəfindən imzalandığı üçün mənim hər hansı təqsirli hərəkətimi təsdiq edən şübhədənkənar sübut hesab edilə bilməz, tərəfimdən həqiqətən də qanun pozuntusuna yol verlməsinə dair sübutlar mübahisəli aktda göstərilməmişdir. Eyni zamanda cavadehin əməkdaşları tərəfindən tərtib edilmiş aktda heç bir qanun normasına istinad edilməmişdir. Mübahisəli aktda mənim tərəfimdən pozuntuya yol verilməsi göstərilməsinə baxmayaraq həmin akt qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edildiyindən, qanunu pozmaqla əldə edilmiş sübut kimi iş üzrə hər hansı bir halın təsdiq və ya təkzib edilməsində istifadə edilə bilməz və qanun bunu qadağan edir. Aktda istehlakçını aktı imza etməkdən imtina etməsi ilə bağlı imza qeydiyyatı aparılmasına baxmayaraq istehlakçının həmin aktı həqiqətən də imzalamaqdan imtina etməsi (mənzil sakinləri evdə olmamışdır) mübahisənin həllində maraqlı olan cavabdehin əməkdaşlarının imzasından başqa heç bir sübutla təsdiqlənməmişdir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC 01 dekabr 2023-cü il tarixdə məhkəməyə elektron etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “10 yanvar 2024cü il tarixli 034818 saylı akt əsasında hesablanmış 1811.24 manat borcun hesabından silinməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçıya məxsus Şəki rayonu Orta zəyzid kəndində yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00774 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2024cü il tarixində "xxxx" ASC-nin əməkdaşları V.Cəlilov və X.Hacıbabayev tərəfindən Şəki rayonu Orta Zəyzid kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X1 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin elektrik sayğacını dövriyyədən kənarlaşdıraraq birbaşa qoşulmaqla kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2024-cü il tarixli, NDM034818 saylı akt tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli, NDM034818 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 216 gün üçün 0.08 manatla 557 kvt.s (dəyəri 44.56 manat), 0.09 manatla 720 kvt.s (dəyəri 64.80 manat) və 0.13 manatla 13093 kvt.s (dəyəri 1702.09 manat) toplamda 1811.45 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. İşdə iştirak edən şəxslərin mövqeyi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarına əlavə edilmiş: - 10 yanvar 2024-cü il tarixli, 034818 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, EEİQ-na uyğun abonentə məxsus elektrik sayğacına baxış keçirilən zaman abonentin sayğacı dövriyyədən çıxararaq enerjidən birbaşa istifadə etməsi aşkar edilmişdir. - Abonet haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********00774 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə X1 qaydalarının pozulması nəticəsində ona 1811,45 manat borc hesablanmışdır. Tətbiq edilən hüquq; “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.17-2. bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.17-2. bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 10 yanvar 2024-cü il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və elektrik enerjisinin istifadə qaydalarının pozulmasına dair akt tərtib etmişlər. Cavabdeh təşkilatın əməkdaşları aktın tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aktın məzmununda həmin bənddə nəzərdə tutulan pozuntulardan məhz hansının istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Sözügedən fərdi yaşayış evində yaşayan İddiaçı həmin aktın tərtibində iştirak etməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda cavabdeh təşkilatın əməkdaşları 10 yanvar 2024-cü il tarixli, NDM 034818 saylı X1 qaydalarının pozulması barədə akt tərtib edilərkən həmin aktda hal şahidlərinin iştirakını təmin etməmişlər. Qeyd edilən müdaxilənin iddiaçı tərəfindən edilməsi hər hansı sübutla təsdiqlənmir. Cavabdeh təşkilatın əməkdaşları X1 zamanı istehlakçı tərəfindən X1 qaydalarının müvafiq maddəsinin pozulması səbəbindən akt tərtib edərkən özləri həmin qaydaların 8.33-cü maddəsinin tələblərini pozaraq hal şahidlərinin iştirakı olmadan akt tərtib etmişlər. Beləliklə də, cavabdeh təşkilatın əməkdaşları qanunvericiliyin tələblərini pozaraq qanunsuz əldə edilmiş sübutlara istinad edərək mübahisələndirilən aktı tərtib etmişlər və iddiaçıya əlavə məbləğdə borc hesablamışlar. Məhkəmə həmçinin qeyd edir ki, "xxxx" ASC tərəfindən iddia etdikləri kimi müdaxilə halı aşkar olunduqdan sonra materiallar “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə baxılması üçün göndərilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş 10 yanvar 2024-cü il tarixli, NDM 034818 saylı akt əsasında hesablanmış 1811,24 manat məbləğində hesablanmış borc onun hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı hazırkı iddia tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdeh tərəfindən 38,11 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı adına olan **********00774 saylı abonent koduna 10 yanvar 2024-cü il tarixli, 034818 saylı akt əsasında hesablanmış 1811,24 manat məbləğində borc silinsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 38,11 (otuz səkkiz manat on bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-670/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-670/2024
03.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver