Məhkəmə qərarları › İş №e-2(075)-68/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-68/2023

10.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-68/2023 10.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi X3, Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X1 iştirakı ilə Ərizəçi X3 Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Orqanına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə müraciət edərək 17 yanvar 1964-cü il tarixdə Şəki rayonu, Qumux kəndində anadan olmuş, həmin kənddə pasport qeydiyyatında olan və həmin kənddə yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Ərizəçi məhkəməyə ərizə təqdim edərək, X4 yaxın qohumu olmadığından, onun X6 ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən ərizəçi əsl ərizəçi ilə əvəz edilmişdir. Ərizəçi X6 məhkəmə iclasında göstərmişdir ki, X8, onun bacısıdır və uzun müddətdir ki, psixoloji çətinlikləri olmaqla, yataq xəstəsidir. Hazırda psixi qüsurlu olduğuna görə X8 öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. Ən xırda məişət işlərini həyata keçirmək iqtidarında deyildir. X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Buna görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir ki, X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X2 ərizəyə etirazının olmadığını bildirərək, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 27 yanvar 1964-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 17 yanvar 1964-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 15 aprel 1957-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 12 yanvar 1951-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş əlillik haqqında 151 nömrəli vəsiqənin surətindən görünür ki, X8 ömürlük əlildir. İş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(075)-1981/2022 saylı qərardadi ilə ambulator məhkəməpsixiatrik ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 hüquqi şəxsinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 hüquqi şəxsin 07 dekabr 2022-ci il tarixli, 4424 nömrəli ekspert rəyindən görünür ki, X5 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X8 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X8 onda müəyyən edilən ağır dərəcəli əqli gerilik ilə, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki iş üzrə məhkəmə baxışında iştirakına yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 27 yanvar 1964-cü il tarixdə anadan olmuşdur. Anadan gəlmə ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müşayiət olunan xəstəliyi vardır. Vəziyyəti olduqca ağır olduğu üçün hərəkətlərini başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Kənar şəxsin qulluğuna və yardımına daima ehtiyacı var. Onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün Maraqlı şəxsnə müraciət edilsə də, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göründüyü kimi, şəxsin psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə tərəfindən iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. İş üzrə verilmiş ekspert rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X9rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Beləliklə, məhkəmə hesаb edir ki, iş üzrə məhkəmə-psixiаtriyа ekspertizаsının rəyinə əsаsən аşkаr edilmiş xəstəlik X4 fəаliyyət qаbiliyyəti olmаyаn hesаb edilməsi üçün əsаsdır. Onun qeyd olunan xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk edə və onları idarə edə bilməməsi öz təsdiqini tаpmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutlara məcmu halda hüquqi qiymət verərək və şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X5 müşayiət olunan ağır dərəcəli əqli gerilik, davranış pozuntuları, xəstəliyi ilə əlaqədar ömürlük əlil olması, əqli geriliklə əlaqədar hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsinə əsasən onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Beləliklə, ərizə təmin edilməli, 17 yanvar 1964-cü il təvəllüdlü anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 17 yanvar 1964-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar