Məhkəmə qərarları › İş №e-2(075)-680/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-680/2022

05.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-680/2022 05.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN:0042 kod 40405018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Ərizəçi payına münasibətdə (1-ci qrafaya münasibətdə) ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən onların ailələrinə 1.35 ha pay torpaq sahəsi verilmiş, JN-0042 saylı, kod 40405018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” işlənib hazırlanmışdır. O, həmin torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Lakin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi mülkiyyət sənədində hüquq sahibinin ata adının səhv qeyd olunduğu müəyyən etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Belə ki, həmin mülkiyyət sənədində ata adı “Məmmədəli” kimi göstərilmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X3 göstərdi ki, Ərizəçi onun həyat yoldaşıdır. Qayınatasının adı Məmməd Əsgərov, qayınanasının adı isə Həlmə Əsgərovadır. Qayınatası hələ Tağı uşaq olarkən rəhmətə getmişdir. Lakin qayınanasını görmüş, ondan Məmməd Əsgərov barəsində eşitmişdir. Belə ki, elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: JN:0042 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayonu Aşağı Küngüt kənd sakinləri Ərizəçili oğlu və X1 1.35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, 09 avqust 1944-cü il təvəllüdlü Ərizəçi atası X4, anası isə X2r. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 17 noyabr 2021-ci il tarixli, **********63 nömrəli məktubdan görünür ki, təqdim edilmiş sənədlərdə yol verilmiş yanlışlığın düzəldilməsi ilə müraciətə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayonu Aşağı Küngüt kənd sakinlərinə 1.35 ha pay torpaq sahəsinin verilməsi barədə JN- 0042 saylı, kod 40405018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın payına münasibətdə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlət büdcəsinə ödədiyi rüsumunu tələb etmədiyindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.5, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayonu Aşağı Küngüt kənd sakinlərinə 1.35 ha pay torpaq sahəsinin verilməsi barədə JN-0042 saylı, kod 40405018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın payına münasibətdə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar