Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-705/2022 17.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “dövlət aktının payına münasibətdə ona məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-0084, Kod 40405038 nömrəli Torpağa Mülkiyyət Hüququna X19 adı, soyadı və ata adı səhv olaraq qeyd olunan Ərizəçi həmin dövlət aktında olan torpaq sahəsinin paylara münasibətdə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək göstərmişdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün cizgidə göstərilən sərhəd daxilində 2.52 hektar torpaq sahəsi verilmişdir. Bununla bağlı JN-0084, Kod 40405038 nömrəli Torpağa Mülkiyyət Hüququna X20 tərtib olunmuşdur. Bildirmişdir ki, həmin JN-0084, Kod 40405038 nömrəli Torpağa Mülkiyyət X1 ata adının “Minnət” əvəzinə “Hikmət” kimi səhv qeyd olunduğu müəyyən edilmişdir. Qeyd edilən yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə 15 sentyabr 2021-ci il tarixdə müraciət etmiş və Şəki rayonu Şəki kəndində yerləşən 2.52 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi 15 sentyabr 2021-ci il tarixli, **********90 saylı məktubunda göstərilmişdir ki, müraciətlə bağlı tərəflərindən aparılan araşdırma zamanı təqdim edilmiş JN-0084, Kod 40405038 nömrəli Torpağa Mülkiyyət Hüququna X19 Ərizəçi ata adının səhv qeyd olunduğu müəyyən edilmişdir. Problemin aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Buna görə də, JN-0084, Kod 40405038 nömrəli Torpağa Mülkiyyət Hüququna X19 qeyd olunan adı, soyadı və ata adı səhv olaraq yazılmış şəxslərin həmin dövlət aktında olan torpaq sahəsinin paylarına münasibətdə onlara məxsus olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş KOD 40405038, JN-0084 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən X4, Ərizəçi Hikmət qızı, X8 və X5 cizgidə göstərilən sərhəd daxilində 2,52 hektar torpaq sahəsi verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 07 noyabr 1974-cü il tarixli, İİ-ЖГ 475305 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 13 avqust 1974-cü il təvəllüdlü X3 atası X10, anası X2r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 01 oktyabr 1992-ci il tarixli, Vİ-ЖГ 274656 seriya nömrəli nikahın bağlanmasl haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X6 arasında 01 oktyabr 1992-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Səfərova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş,15 sentyabr 2021-ci il tarixli, **********90 nömrəli məktubdan görünür ki, Şəki rayonu, İbrahimkənd kəndində yerləşən 2,52 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 30 avqust 2021-ci il tarixli müraciətlərinə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Müraciətləri ilə bağlı tərəflərindən aparılan araşdırma zamanı təqdim etdikləri JN- 0084 KOD 40405038 nömrəli torpağın mülkiyyət hüququna X19 hüquq sahibi olan Ərizəçi ata adının səhv qeyd olunduğu müəyyən edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, Şəki şəhər İHB-nin İbrahimkənd kəndindəki nümayəndəliyi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli, 04 nömrəli arayışdan görünür ki, Ərizəçi Şəki rayonu, İbrahimkən kəndində yaşayır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin İbrahimkənd kəndindəki nümayəndəliyi tərəfindən verilmiş, 07 yanvar 2022-ci il tarixli, 05 nömrəli arayışdan görünür ki, Ərizəçi Şəki rayonu, İbrahimkən kəndində yaşayır və onun ailə üzvləri əri X4, oğlu X7r. İşdə olan Şəki şəhər İHB-nin İbrahimkənd kəndindəki nümayəndəliyi tərəfindən verilmiş 11 may 2022-ci il tarixli, 119 nömrəli arayışdan görünür ki, Şəki rayonu, İbrahimkənd kənd sakini Ərizəçi və JN-0084 nömrəli Torpağa mülkiyyət hüququna X19 adı qeyd olunan Ərizəçi Hikmət qızı eyni şəxsdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən ərizəçiyə onların ailə üzvləri ilə birlikdə Şəki rayonu İbrahimkənd kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2,52 hektar torpaq sahələri ayrılmışdır. Bununla bağlı onlara KOD 40405038, JN- 0084 nömrəli torpağa mülkiyyət hüququna X20 verilmişdir. Həmçinin müəyyən olundu ki, KOD 40405038, JN-0084 nömrəli torpağa mülkiyyət hüququna X20 “Ərizəçi” ata adı “Minnət” əvəzinə səhvən “Hikmət” kimi göstərilmişdir. Əslində isə, KOD 40405038, JN- 0084 nömrəli torpağa mülkiyyət hüququna X19 adı “Ərizəçi Hikmət qızı” kimi yazılmış şəxs “Ərizəçi” ilə eyni şəxsdir və torpağa mülkiyyət hüququna X20 paylarına münasibətdə Ərizəçi məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən verilmiş KOD 40405038, JN-0084 nömrəli “torpağa mülkiyyət hüququna X20”nın paylarına münasibətdə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədiyii 100,40 (bir yüz) manat 40 qəpik dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən verilmiş KOD 40405038, JN-0084 nömrəli “torpağa mülkiyyət hüququna X20”nın payına münasibətdə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 100,40 (bir yüz) manat 40 qəpik rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-705/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-705/2022
17.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver