Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-707/2022 14.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi “dövlət aktının payına münasibətdə ona məxsus olması” hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Aqrar İslahat Komissiyasının 07.05.1998-ci il tarili il tarixli, 94 saylı qərarı ilə Şəki rayonu Cumakənd kəndində ailə üzvlərinə verilən 2000 kv/m həyətyanı torpaq sahəsinə Dövlət Torpaq və Xəritəcəmə Komitəsinin Dövlət Torpaq Kadastrı kitabındada qeydiyyatda olan AN-134287 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin paya münasibətdə X17 məxsus olması hüquqi faktının müəyyən edilməsi, həmçinin həmin qərar əsasında Şəki rayon Cumakənd kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2000 kv/m həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı hazırladığı hissədə adlı siyahı fayılın X17, məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və nümayəndəsi Nümayəndə izahat verərək göstərmişdir ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 07.05.1998-ci il tarixli, 49 saylı qərarı ilə Şəki rayonu Cumakənd kəndində atası Ərizəçi, X7, bacısı X10, qardaşı X11, qardaşının arvadı X12, qardaşı qızı X19, qardaşı oğlu X8 2000 kv/m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq atası Ərizəçi adına X25 qeydiyyata alınmaqla AN-134287 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədi işlənib verilmişdir. Bildirmişdir ki, atası ilə anası əvvəlcə qeyri rəsmi ailə qurmuşlar. Daha sonra 1966-cı ildə nikahlarını Nuxa şəhər Baş Göynük kənd sovetliyində qeyd etdirmişlər. Onlara, yəni övladlara nikahdan kənar olmuş uşaqlar kimi doğum şəhadətnaməsi verilmişdir. X7 22.09.2010-cu il tarixdə vəfat etmişdir. Bildirmişdir ki, hazırda ataları Mənəfin adına verilən Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinə DƏDRX-dən çıxarış almaq istəyirlər. ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi bu torpağı qeydiyyata alıb DƏDR-dən çıxarış verməkdən imtina edir. Onlara bildirilmişdir ki, Şəki Rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib olunmuş adlı siyahıda hüquq sahibi olan X3 səhv qeyd edilmişdir. Bildirmişdir ki, anası ilə atası 1966-cı ildə nikahlarını rəsmiləşdirsələrdə anası atasının soyadını qəbul etməmiş öz Yusibova soyadında qalmışdır. X31 aparan şəxslər isə anasının şəxsiyyətini müəyyən edən sənədə baxmadan onun soyadını bu adlı siyahıda Yusibova əvəzinə atasının soyadı ilə Mustafayeva kimi qeyd etmişdir. Anasının soyadındakı bu uyğunsuzluğa görə də bu həyətyanı torpaq sahəsinin hüquq sahiblərin adına qeydiyata alamaq mümkün olmamışdır. Anasının AZ-İ seriyalı, 412564 nömrəli Şəki şəhər İHB nin Cuma kənd kəndindəki nümayəndəliyi tərəfindən verilmiş olüm haqqında şəhadətnaməyə əsasən anasının soyadı Mustafayeva yox Yusibova kimi qeyd edilmişdir. Hal-hazırda mövcud problemi başqa cür həll edə bilməyəcəkləri üçün AN-134287 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin paya münasibətdə X17 məxsus olması, həmçinin həmin qərar əsasında Şəki rayon, Cumakənd kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2000 kv/m həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı hazırladığı hissədə adlı siyahı fayılın X17, məxsus olması hüquqi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi da nümayəndəsi və qızı Nümayəndə ilə eyni məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X21 izahat verərək götərmişdir ki, 10 mart 1960-cı il tarixdə Şəki rayonu, Cumakənd kəndində anadan olmuşdur. Atası Ərizəçi, anası isə X18r. Bildirmişdir ki, o, anadan olan zaman atası ilə anasının rəsmi nikahları olmadığı üçün onun doğum haqqında şəhadətnaməsində anasının soyadı qeyd edilmişdir. Daha sonra atası ilə anası 1966-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra anadan olan uşaqlara atasının soyadı verilmişdir. Həmçinin bildirmişdir ki, atası ilə anası nikaha daxil olan zaman anası atası Ərizəçi soyadını götürməmişdir. Məhkəmə iclasında şahid X22 izahat verərək götərmişdir ki, Ərizəçi onun qayınatasıdır. X6 onun qayınanası olmuşdur. Qayınanasının soyadı Yusibova olmuşdur. Hal-hazırda Şəki rayonu, Cumakənd kəndində Ərizəçi qonşuluğunda yaşayırlar. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş A 134287 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətindən, həmçinin ona əlavə edilmiş adlı siyahıdan görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998ci il tarixli, 49 saylı qərarına əsasən Şəki Rayonu Cumakənd kəndində Ərizəçi, X14, X10, X11, X12, X19 və X8 cizgidə göstərilən sərhəd daxilində 2000 kv/m torpaq sahəsi verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, 01 fevral 1962-ci il tarixli, AЗ 084469 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1962-ci il təvəllüdlü X9 X7dır. İşdə olan Şəki şəhər İHB-nin Cumakən kəndi nümayəndəliyi tərəfindən verilmiş, 20 sentyabr 2021-ci il tarixli, 456 nömrəli arayışdan görünür ki, Şəki rayonu, Cumakənd kənd ərazi nümayəndəliyinin 01 təsərrüfat başına kitabın 121 səhifəsində onun adına 1965-ci ildə tikilmiş, 80 kv.m ümumi, 40 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evin və 0,20 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Qeyd edilmiş daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisə yoxdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, 24 sentyabr 2010-cu il tarixli, AZ-İ 412564 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 24 sentyabr 2010-cu il tarixdə Şəki rayonu, Cumakənd kəndində ölməsi, ölüm haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 13 oktyabr 2021-ci il tarixdə ünvanlanmış **********85 saylı məktubdan görünür ki, Şəki rayonu, Cumakənd kəndində yerləşən 0,2 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 11 oktyabr 2021-ci il tarixli müraciətlərinə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Müraciətləri ilə bağlı tərəflərindən aparılan araşdırma zamanı təqdim etdikləri Şəki rayon AİK-nın fəaliyyəti dövründə tərtib olunmuş adlı siyahıda hüquq sahibi olan X1 səhv qeyd olunduğu müəyyən edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 25 yanvar 2022-ci il tarixdə verilmiş, 05/Q-101/70 nömrəli arayışdan görünür ki, Ərizəçi ilə X20 arasında 09 may 1966-cı il tarixdə 35 nömrəli nikah haqqında akt tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Yusibova soyadı verilmişdir. İşdə olan Şəki şəhər İHB-nin Cumakən kəndi nümayəndəliyi tərəfindən verilmiş, 13 aprel 2022-ci il tarixli, 131 nömrəli arayışdan görünür ki, Şəki rayonu, Cumakənd kənd sakini X2 Qurban Mənəf oğlunun həyat yoldaşı olub və həyətyanı torpaq sahəsində adı X5 qeyd olunmuş şəxslə eyni adamdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 saylı qərarına əsasən ərizəçiyə və onların ailə üzvlərinə kənd fərdi yaşayış evi tikmək üçün üçün cizgidə göstərilən sərhəd daxilində 2000 kv.m torpaq sahəsi verilmişdir. Bununla bağlı onlara AN-134287 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədi və həmin qərar əsasında 2000 kv.m həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı hazırlanmış hissədə adlı siyahı fayılı verilmişdir. Həmçinin müəyyən olundu ki, AN-134287 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədi və 2000 kv.m həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı adlı siyahı fayılında “X15” soyadı “Mustafayeva” kimi göstərilmişdir. Belə ki, X6 ilə Ərizəçi 09 may 1966-cı il tarixdə nikah bağlayan zaman X4 dəyişilməmişdir. Ancaq AN-134287 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədi və 2000 kv.m həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı hazırlanmış adlı siyahı fayılında “X15” soyadı “Mustafayeva” kimi, yəni həyat yoldaşının soyadı ilə göstərilmişdir. Əslində isə, AN-134287 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədi və 2000 kv.m həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı adlı siyahı fayılında adı “X14” kimi yazılmış şəxs “X20” ilə, eyni şəxsdir və torpağa mülkiyyət hüququna dair dövlət aktı paylarına münasibətdə X17 məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 saylı qərarına əsasən verilmiş 2000 kv.m həyətyanı torpaq sahəsinə Dövlət Torpaq və Xəritəcəmə Komitəsinin Dövlət Torpaq Kadastrı kitabındada qeydiyyatda olan AN-134287 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün, həmin qərar əsasında Şəki rayon Cumakənd kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2000 kv.m həyətyanı torpaq sahəsi payına münasibətdə X17 məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi nümayəndəsi Nümayəndə dövlət büdcəsinə ödədiyi 100,40 (bir yüz) manat 40 qəpik dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 saylı qərarına əsasən Ərizəçi adına 2000 kv.m həyətyanı torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəcəmə Komitəsinin Dövlət Torpaq Kadastrı tərəfindən verilmiş AN-134287 nömrəli Torpaq sahəsinin planı və ölçü sənədi və həmin qərar əsasında Şəki rayon Cumakənd kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2000 kv.m həyətyanı torpaq sahəsi payına münasibətdə X17 məxsus olması hüquqi faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 100,40 (bir yüz) manat 40 qəpik rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-707/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-707/2022
14.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver