Məhkəmə qərarları › İş №e-2(075)-707/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-707/2025

04.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-707/2025 04.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia tələbinin dəlilləri: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə tələbini onunla əsaslandırmışdır ki, X3 uşaq yaşlarından xəstəlik keçirib, fiziki və zehni cəhətdən yaşıdlarından daim geri qalmış, orta məktəbə getsə də, çətinliklə oxuyub, psixi pozuntusu olmuşdur. Xəstəliyi səbəbilə xx.xx.1995-ci il tarixdən Şəki rayon Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəki rayon Psixiatriya Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Müalicə və müayinənin nəticəsində “Ağır dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən ciddi davranış pozuntusu, özünə qulluq qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı var” diaqnozu təyin edilmişdir. X1 İİ dərəcəli əlillik dərəcəsi mövcuddur. İ dərəcəli əlillik dərəcəsinin verilməsi üçün aidiyyəti üzrə müraciət olunmuşdur. X2 xx.xx.2024-cü il tarixdə, anası X11 isə xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. X3 onunla bir evdə yaşayır və tamamilə onun himayəsindədir. X3 öz hərəkətlərinin mənasını anlaya bilmir, özünə qulluq qabiliyyətinin olmaması səbəbindən ona özü qulluq edir. Hazırki ərizənin verilməsində hüquqi marağı X3nun üzərində onun qəyyum təyin olunmağıdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məluatlandırılmasına baxmayaraq Maraqlı şəxs səlahiyyətli nümanyəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan; Şəki şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli İV-ЖГ № 332625 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1985-ci ildə Şəki rayonunda anadan olmuşdur, X2, anası X7r. Şəki şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli Xİ-ЖГ № 361801 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1977-ci ildə Şəki rayonunda anadan olmuşdur, X2, anası X7r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X8 oliqofreniya, orta dərəcəli debillik, şəxsiyyətin psixopatabənzər pozğunluğu diaqnozu qoyulmuş, ona müddətsiz ikinci qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025 il tarixli, 425 saylı rəyindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X5 ağır dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən ciddi davranış pozuntusu aşkar olunur. Bu səbəbdən o, öz hərəkətlərinin mənasını başa düşmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyil. Buna görə də X9 faaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Beləliklə, X4 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, X10 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1977-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyindən 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 06 may 1977-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar