Məhkəmə qərarları › İş №e-2(075)-727/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-727/2025

18.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-727/2025 18.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi, onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə nümayəndəsi X10 iştirakları ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs xx.xx.2009-cı il təvəllüdlü X6 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi ərizəsində tələbini belə əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə Şəki rayonunda anadan olmuşdur. X4 isə xx.xx.1981-ci il tarixdə Şəki rayonunda andan olmuşdur. xx.xx.2006-cı il tarixdə X11 ilə rəsmi qaydada ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X12 anadan olmuşdur. X3 doğulduğu vaxtdan ağır dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən davranış pozuntusu xəstəliyindən əziyyət çəkir və hərəkətlərinin mənasını dərk edə bilmir. Doğulduğu vaxtdan ona tərəflərindən zəruri qulluq göstərilmişdir. Uzun illərdir ki, X3 ağır dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən davranış pozuntusu xəstəliyindən əziyyət çəkir və xəstəliyinə görə hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışda qeyd edilmişdir ki, xx.xx.2009-cu il tarixdə doğulmuş X8 müddətsiz ümumi xəstəlikdən birinci dərəcəli əlillik təyin edilmişdir. Bundan əlavə, Şəki rayon psixiatriya xəsətəxanasının xx.xx.2025-ci il tarixli 033 nömrəli arayışında qeyd edilmişdir ki, X8 ağır dərəcəli əqli gerilik qulluq, müalicə və qulluq tələb edən ciddi davranış pozuntusu dioqnozu təyin edilmiş, özünə qulluq qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Bu səbəbdən Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək xx.xx.2009-cu il təvəllüdlü X3nun üzərində qəyyum təyin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasınını xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, xx.xx.2009-cu il təvəllüdlü X6 üzərində qəyyum təyin edilməsi ilə bağlı müraciətə baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə qətnaməsi təqdim edildikdən sonra sizin X1 üzərində qəyyum təyin edilməyiniz məsələsinə baxılacaqdır. Odur ki, xx.xx.2009-cu il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi izahat verərək göstərdi ki, X12 onun oğludur. X12 xəstə olduğundan ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçinin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil izahat verərək göstərdi ki, X8 ağır dərəcəli əqli gerilik qulluq, müalicə və qulluq tələb edən ciddi davranış pozuntusu dioqnozu təyin edilmişdir, onun özünə qulluq qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Bu səbəbdəb də ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X10 məhkəmə iclası zamanı verdiyi izahatında ərizə ilə tanış olduğunu və ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. İşin halları: İş materiallarında olan: Şəki rayonu Kiçik Dəhnə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İİ №418484 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2009-cu ildə Şəki rayonunun Kiçik Dəhnə kəndində anadan olmuşdur. X2, anası Ərizəçidır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki rayon Psixatriya xəstəxanası tərəfindən Şəki rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsinə ünvanlanmış xx.xx.2023cü il tarixli 1182 saylı məktubdan görünür ki, müayinə zamanı 2009-cu il təvəllüdlü X7 ağır dərəcəli əqli müalicə və qulluq tələb edən ciddi davarnış pozuntusu F-72.1 İQ əmsalı 29% resseptiv nitq pozuntusu F-80.2 müəyyən edilir. Özünə qulluq qabiliyyəti yoxdur, kənar şəxslərin qulluğuna ehtiyacı var. Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxs X16 publik hüquqi şəxs Uşaq Nevroloji xəstəxanasının xx.xx.2023-cü il tarixli ********** saylı müayinə aktında qeyd edilmişdir ki, xx.xx.2009-cu il təvəllüdlü X6 anlama, qavrama, diqqət səviyyəsi çox aşağıdır, oxu, yazı, hesab, özbaxım bacarıqları yaşından aşağıdır, icra edə bilmir, uşağın özəl təhsil və təlim alması məsləhət görülür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi sosial ekspert komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışda qeyd edilmişdir ki, xx.xx.2009-cu il təvəllüdlü X8 ağır dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən davranış pozuntusu diaqnozu ilə müddətsi birinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 1349 saylı rəyindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X7 ağır dərəcəli əqli gerilik davranış pozuntuları müəyyən edilir. X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Yoxlanılan şəxs X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Tətbiq edilən hüquq : Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, Ərizəçi xx.xx.2009-cu il təvəllüdlü X6 anası olmaqla ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. İş üzrə keçirilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X12 əqli inkişafdan qaldığından öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək iqtidarında deyildir. Buna görə də X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233.1, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. xx.xx.2009-cı il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar