Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-741/2024 28.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Şəki regional “Asan xidmət" Mərkəzində Notariat Ofisinə qarşı açıq qalmış mirasda pay almaq hüququnun itirilmiş hesab edilməsi və həmin payın digər vərəsəyə keçməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ulu babası X5 açıq miras qalmış Şəki şəhəri, Şərbablar küç, dalan 2, ev 2/2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə üzrə digər qanun üzrə vərəsələrin pay almaq hüququnun itirilmiş hesab edilməsi və payın digər vərəsə İddiaçı keçməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 1/3 onun, 2/3 hissəsi isə mərhum ulu babası X7 paylı mülkiyyətindədir. Ulu babası X12 vəfat etdikdən sonra ondan miras qalmış əmlaka vərəsəliyi babası X10 qəbul etmiş, onun vəfatından sonra həmin miras əmlaka vərəsəliyi atası Orucov Aydın Əliyar oğlu qəbul etmiş, atası da vəfat etdikdən sonra həmin miras əmlaka o yiyələnmişdir. O, ulu babasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyindən ulu babası X12 və babası X4 ölüm haqqında şəhadətnamələrinin verilməsi ilə bağlı Şəki Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim edə bilmədiyindən 08 iyul 2020-ci il tarixli məktubla bundan imtina edilərək qohumluq münasibətlərinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Buna görə də o, ərizə ilə məhkəməyə müraciət edərək, X1 onun babası, X7 isə onun ulu babası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(075)-1115/2020 saylı qətnaməsi ilə ərizənin qismən təmin edilməsi, X14 (Meşədi Oruc) oğlunun onun babası olması hüquqi faktının müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. O, Şəki Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(075)-1115/2020 saylı qətnaməsindən narazı qalaraq apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-98/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(075)- 1115/2020 saylı qətnaməsi ərizəçi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. O, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-98/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsindən narazı qalaraq kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2(102)- 2131/2023 saylı qərarı ilə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-98/2023 nömrəli, 19 yanvar 2023cü il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1008/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 2(075)-1115/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, X7 onun ulu babası olması hüquqi faktı müəyyən edilməsi, Şəki Rayon Məhkəməsinin 2(075)-1115/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılılması qət edilmişdir. Bundan sonra o, Şəki Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə müraciət edərək ulu babası X7 adına açıq saxlanılmış miras əmlakın 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. X16 “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin 17 yanvar 2024-cü il tarixli, № 142 nömrəli məktubu ilə bundan imtina edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, 12 iyul 1932-ci il tarixdə ölmüş X6 qalmış miras əmlaka dair 21 sentyabr 2021-ci il tarixdə 2V-651 reyestr nömrəsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən ona düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və miras əmlakın 1/3 hissəsi X2 adına açıq saxlanılmışdır. X2 adına açıq saxlanılan digər vərəsəyə çatacaq miras paya dair ona təkrar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Odur ki, qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunur. Halbu ki, bu günədək digər vərəsələr onlara çatası miras payı qəbul etmək üçün vərəsəlik şəhadətnaməsi alması üçün notariat orqanına müraciət etməmiş və mirası qəbulla bağlı hər hansı bir hərəkət etməmişdir. Umumiyyətlə ulu babası X12 vəfat etdikdən sonra ondan miras qalmış əmlaka vərəsəliyi babası X10 qəbul etmiş, onun vəfatından sonra həmin miras əmlaka vərəsəliyi atası Orucov Aydın Əliyar oğlu qəbul etmiş, atası da vəfat etdikdən sonra həmin miras əmlaka o yiyələnmişdir. Bu günə kimi mirasa bütövlüklə o sahiblik edir. Hesab edir ki, digər vərəsələr mirası qəbul etməməklə, susmaqla pay hüququnu itirmişlər. Mərhum ulu babası X7 vəfatından sonra o, Şəki şəhəri, Şərbablar küç, dalan 2, ev 2/2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə faktiki sahiblik etsə də, ona həmin fərdi yaşayış evinə tam qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməməsi onun mülkiyyət hüququ üzrə sərəncam vermək hüququnu məhdudlaşdırır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mərhum X12 onun ulu babasıdır. Mübahisələndirilən ulu babasına məxsus olan fərdi yaşayış evinin və torpaq sahəsinin 2/3 hissəsi onun mülkiyyətindədir. Lakin həmin əmlakın qalan hissəsi mərhum X7 mülkiyyətində qalmışdır. Ondan başqa həmin əmlakdan pay almaq istəyən hər hansı vərəsə yoxdur. Atasının vəfatından sonra faktiki olaraq həmin əmlak tam olaraq onun mülkiyyətinə keçmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsnə baxmayaraq cavabdeh Şəki regional “Asan xidmət" Mərkəzində Notariat Ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; İş materiallarında olanvə məhkəmə baxışında tədqiqi edilmiş: 21 sentyabr 2021-ci il tarixli, 2V-651 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 12 iyul 1932-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi Orucov Aydın Əliyar oğlu olmuş, lakin onun 10 noyabr 2010-cu il tarixdə vəfat etməsi ilə əlaqədar miras onun təmsilçisi İddiaçı adına fərdi yaşayış evinin 2/3 hissəsinin 1/3 hissəsindən və 0.0704 ha torpaq sahəsinin 2/3 hissəsində irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən 0.0704 ha torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 263.5 kv/m olan daşınmaz əmlakın mərhuma məxsus 2/3 hissəsi olan fərdi yaşayış evindən və torpaq sahəsindən ibarətdir. X3 adında fərdi yaşayış evinin 2/3 hissəsinin 1/3 hissəsində və 0.0704 ha torpaq sahəsinin 1/3 hissəsi açıq saxlanılmışdır. Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 17 yanvar 2024-cü il tarixli, 142 saylı məktubundan görünür ki, xx.xx.1932-ci il tarixdə ölmüş X6 qalmış miras əmlaka dair xx.xx.2021-ci il tarixdə 2V-651 reyestr nömrəsi ilə İddiaçı düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və miras əmlakın 1/3 hissəsi X2 adına açıq saxlanılmışdır. X2 adına açıq saxlanılan digər vərəsəyə çatacaq miras paya dair təkrar qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Odur ki, qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. 27 sentyabr 2021-ci il tarixli, **********84-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, Şərbablar küçəsi, döngə-2, ev 2 (yeni qaydalarla: ünvan 3 ünvanında, 0.0704 ha torpaq sahəsində yerləşən 263.5 kv.metr fərdi yaşayış evinin 2/3 hissəsi, torpaq sahəsinin 2/3 hissəsi İddiaçı, fərdi yaşayış evinin 1/3 hissəsi, torpaq sahəsinin 1/3 hissəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində 87 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(075)-1115/2020 saylı qətnaməsindən görünür ki, ərizənin qismən təmin edilməsi, X14 (Meşədi Oruc) oğlunun xx xxxxxx 1968-ci il təvəllüdlü İddiaçı babası olması hüquqi faktı müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(107)-98/2023 qətnaməsindən görünür ki, ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-1115/2020 saylı qətnaməsi ərizəçi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissəyə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(102)- 2131/2023 saylı qərarından görünür ki, ərizəçi İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-98/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(107)-1008/2023 qətnaməsindən görünür ki, ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 2(075)-1115/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, X7 xx xxxxxx 1968-ci il təvəllüdlü İddiaçı ulu babası olması hüquqi faktı müəyyən edilməsi, Şəki Rayon Məhkəməsinin 2(075)-1115/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1133.1-ci mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qoyаnın) əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. 1133.2-ci mаddəsində göstərilir ki, qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) o, zаmаn qüvvədə olur ki, mirаs qoyаn vəsiyyətnаmə qoymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununlada özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə ) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz , bu şərtlə ki , həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. 1243.1-ci mаddəsində göstərilir ki, mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması nəticəsində müəyən olunmuşdur ki, Şəki şəhəri, Şərbablar küçəsi, döngə-2, ev 2 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 0.0704 hektar torpaq sahəsinin 1/3 hissəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin 1/3 hissəsi iddiaçının ulu babasının adına açıq saxlanılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 27 sentyabr 2021-ci il tarixli, **********84-10301 reyestr nömrəli çıxarışa əsasən 0.0704 ha torpaq sahəsində yerləşən 263.5 kv.metr fərdi yaşayış evinin 2/3 hissəsi, torpaq sahəsinin 2/3 hissəsi İddiaçı adına qeydə alınmış, fərdi yaşayış evinin 1/3 hissəsi, torpaq sahəsinin 1/3 hissəsi X7 adına açıq saxlanılmışdır. İddiaçı, daşınmaz əmlakın X7 adında açıq saxlanılmış 1/3 hissəsi üzrə digər vərəslərin miras qəbul etmə müddətini ötürdüyünü iddia edərək onun həmin miras əmlaka vərəsəlik hüququnun tanınmaması, onun mirası faktiki qəbul etdiyini və bu barədə vərəsəlik hüququ tanınaraq onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, hazırkı tələb üzrə işə baxarkən ilk növbədə iddiaçının miras qoyana münasibətdə vərəsəlik hüququnun mümkünlüyü məsələsi, həmin hüququn mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edib-etməməsi, iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması məsələsi, eləcə də tətbiq ediləcək qanunvericilik normaları araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması məsələsinə (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X12 12 iyul 1932-ci il tarixdə vəfat etmiş, lakin ondan miras qalmış əmlaka dair vərəsəlik 2021-ci ildə açılmış və miras əmlakın 2/3 hissəsi İddiaçı tərəfindən qəbul olunaraq, sonuncuya 21 sentyabr 2021-ci il tarixdə 2V-651 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə hesab edir ki, miras qoyan şəxs X12 1932-ci il tarixdə öldüyündən və notarius tərəfindən şəhadətnamənin rəsmiləşdirmə tarixindən asılı olmayaraq hazırkı vərəsəlik hüquq münasibəti barədə mübahisə hazırkı dövrdə qüvvədə olan Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Mülki qanunvericilikdə mirasın qəbulu qaydası və müddəti dəqiq tənzimlənmiş və bu müddət müəyyən vaxt dövrü ilə məhdudlaşdırılmışdır. Göründüyü kimi qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri formal) üsullarını müəyyən etmişdir. Mirasın qəbulunun faktik üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mübahisələndirdiyi daşınmaz əmlakın faktiki olaraq onun tərəfindən tam olaraq qəbul edildiyini, həmin əmlakın onun faktiki mülkiyyətində olduğunu, ondan başqa mərhumun digər vərəsələri olmadığını qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi həmin əmlakdan pay almaq istəyən hər hansı digər vərəsə müəyyən edilməmişdir. Lakin iddiaçı tələbində həmin əmlakdan hansı vərəsələrin pay almaq hüququnun itirilməsini göstərməmişdir. Məhkəmə iddiaçı tərəfin mübahisəli miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi və ya faktiki idarə olunması ilə bağlı bildirdiklərinə dair aşağıdakıları qeyd etməyi zəruru hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiysının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekab 2023-cü il tarixli qərarında göstərilir ki, Mülki Məcəllə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi qazdlığın və bazar iqtisadiyyastının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konsitutsiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konsuitutsiya məhkəməsi Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konsitutsiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konsitutsiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiysının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şəki regional “Asan xidmət" Mərkəzində Notariat Ofisinə qarşı mərhum ulu babası X5 açıq miras qalmış Şəki şəhəri, Şərbablar küç, dalan 2, ev 2/2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə üzrə digər qanun üzrə vərəsələrin pay almaq hüququnun itirilmiş hesab edilməsi və payın ona keçməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Şəki regional “Asan xidmət" Mərkəzində Notariat Ofisinə qarşı mərhum ulu babası X5 açıq miras qalmış Şəki şəhəri, Şərbablar küç, dalan 2, ev 2/2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə üzrə digər qanun üzrə vərəsələrin pay almaq hüququnun itirilmiş hesab edilməsi və payın ona keçməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-741/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-741/2024
28.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver