Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-754/2022 04.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu Ərizəçilər Ərizəçi3, Həsrətli (Qocayeva) Xanım Elman qızı və Ərizəçi1 hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizələrini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçilər Ərizəçi3, Həsrətli (Qocayeva) Xanım Elman qızı və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayon Aqrar islahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 46 saylı qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş Şəki rayonu Oxud kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində 1.07 ha torpaq sahəsinin ayrılması ilə bağlı kod 40400058, JN-422 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının və 7394 kv.m pay torpaq sahəsinin ayrılması ilə bağlı 10 oktyabr 2011-ci il tarixdə 8933 nömrə ilə uçota alınmış A 334048 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin paylarına münasibətdə onlara məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilir. Elektron iddia ərizəsindən göründüyü kimi ərizə yalnız Ərizəçi3 tərəfindən elektron imza ilə imzalanaraq məhkəməyə təqdim edilmişdir. Lakin iş materiallarına Ərizəçi3 digər ərizəçilər Həsrətli (Qocayeva) Xanım Elman qızı və Ərizəçi1 adından elektron ərizəni imzalamaq səlahiyyətinin olmasını təsdiq edən etibarnamə iş materiallarına əlavə edilməmişdir. Ona görə də ərizə geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçilərə yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçilər Ərizəçi3, Həsrətli (Qocayeva) Xanım Elman qızı və Ərizəçi1 hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizələri və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçilərə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-754/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-754/2022
04.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver