Məhkəmə qərarları › İş №e-2(075)-761/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-761/2022

09.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-761/2022 09.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı hüquqi varisi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “akt əsasında hesablanmış borcun hesabından silinməsi” tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində "xxxx" ASC-nin X8 Şəbəkəsi MMC-nin əməkdaşlarının tərtib etdikləri 28 dekabr 2021-ci il tarixli, 027587 saylı akt əsasında hesablanmış 1407,49 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmənin 01.04.2022-ci və 18.04.2022-ci il tarixlərində keçirilmiş məhkəmə hazırlıq iclaslarında iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. 18.04.2022-ci il tarixdə iddiaçının da razılığı ilə işin məhkəmə baxışına verilməsi mümkün hesab edilmiş və mülki işin baxış iclası 12.05.2022-ci il tarixində saat 11:00-a təyin edilmişdir. Lakin İddiaçı 19.04.2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə MPM-nin 261.07-ci maddəsinə əsasən X3 iddiaçının hüquqi varisi kimi qəbul etmişdir. Məhkəmə iclası zamanı İddiaçı hüquqi varisi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, onlar Laçın rayonundan məcburi köçkün olmaqla Şəki rayonu, Köbər Zəyzid kəndində yaşayırlar. Mərhum İddiaçı onun atasıdır. Atası 19 aprel 2022-ci il tarixdə vəfat etdiyi üçün, atasının iddiasını o müdafiə edir. Bildirmişdir ki, onlar evdə olmadığı günlərdən birində "xxxx" ASC Şimal-Qərb RETSİ-nin X4 nümayəndələri yaşadıqları evə gəlmiş baxış keçirərək xəbərləri olmadan ona akt tərtib etmiş və həmin akta əsasən 1407,49 manat cərimə hesablamışdır. Aktın hansı səbəbdən yazılmasından məlumatları olmamışdır. Bildirmişdir ki, barələrində yazılmış aktın onlara təqdim edilməsini şəbəkənin əməkdaşlarından tələb etsə də, onlara aktın hansı səbəbdən yazılması barədə heç bir məlumat verilməyərək sadəcə aktın surətini vermişlər. 1407,49 manat cərimə ona hansı əsasla yazıldığından xəbəri yoxdur. Çünki atası işi ilə bağlı çox vaxt evdə olmur. Anası və o özü də sayğaca müdaxilə etməmişlər. Belə bir aktın heç bir araşdırma aparılmadan və heç bir açıqlama verilmədən tərtib edilməsi onlar üçün qəbul edilməzdir. Bütün bunlara görə məcburiyyət qarşısında qalaraq akt əsasın hesablanmış cərimənin hesabından silinməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Barələrində yazılmış 1407,49 manat cərimənin hesabından silinməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmənin 01.04.2022-ci və 18.04.2022-ci il tarixlərində keçirilmiş məhkəmə hazırlıq iclaslarında iddianın məzmununa uyğun olan izahat vermişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçının Şəki rayonu, Köbər Zəyzid kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına **********00014 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 28.12.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları V.Lətifov, V.Cəlilov və X.Abdullayev tərəfindən Şəki rayonu, Köbər Zəyzid kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X1” qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının faza ardıcıllığının pozulduğu və abonentin sayğacdan kənar xəttdən bir başa qoşularaq X1 etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 qaydalarının 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 28.12.2021-ci il tarixli, NDM027587 saylı akt tərtib olunmuşdur. 28.12.2021-ci il tarixli, NDM027587 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən 07.02.2022-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə keçən yükə uyğun 180 gün üçün 0.07 manatla 1174 kvt.s (dəyəri 82.18 manat), 0.08 manatla 256 kvt.s (dəyəri 20.48 manat), 0.09 manatla 128 kvt.s (dəyəri 11.52 manat), 0.11 manatla 8856 kvt.s (dəyəri 974.16 manat) və 0.13 manatla 2455 kvt.s (dəyəri 319.15 manat) toplamda 1407.49 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. “EEİQ”-nın 8.32 bəndinin tələbinə görə “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) “məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 etdiyi nəzərə alınmaqla hesabat aparılır". Həmin qaydaların 7.11-ci bəndinin tələbinə görə “...Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”. Abonentin “abunə haqqında" məlumatına nəzər saldıqda 18.10.2021-ci il tarixdən 16.12.2021-ci il tarixə qədər 93 gün üçün sərfiyyatın toplamda 0 kvts olduğu, lakin qüsur bərpa edildikdən sonrakı dövr üzrə 82 gün üçün artaraq 08.03.2022-ci il tarixə 751 kvts olduğu açıq aydın görünür. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfiyyatı arasında fərq (751 kvt.s) olduqca böyükdür. Həmçinin bildirmək istəyirik ki, abonentin “abunə haqqında məlumatına nəzər saldıqda ümumi illər üzrə iddiaçının istifadə etdiyi aylıq elektrik enerjisindən sərfiyyatı daim çox olmuş, lakin 12 12.2020-ci il tarixdən qüsur aşkar olunan 28.12.2021-ci il tarixinə kimi sərfiyyat aşağı olmuşdur Bu da onu göstərir ki, iddiaçı sayğacdan kənar xəttdən bır başa qoşularaq X1 etmişdir. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus fərdi yaşayış evinə tərtib edilmiş 28.12.2021-ci il tarixli NDM027587 saylı akt “EEİQ"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerji təchizatı müəssisəsinə ödənilməlidir. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinlədikdən sonra məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İş materiallarında olan, abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********00014 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 28 dekabr 2021-ci il tarixli, NDM seriaylı 027587 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, yoxlama zamanı sayğacın faza ardıcıllığının pozulması və sayğacdan kənar xəttdən istifadə olunması məlum olmuşdur. “X1 qaydalarının” 8.15-ci bəndinə görə ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi 10 (on) gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Həmin “Qaydaların” 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 28 dekabr 2021-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları V.Lətifov, V.Cəlilov və X.Abdullayev tərəfindən Şəki rayonu, Köbər Zəyzid kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və elektrik enerjisinin istifadə qaydalarının pozulmasına dair akt tərtib etmişlər. Cavabdeh təşkilatın əməkdaşları aktın tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aktın məzmununda həmin bənddə nəzərdə tutulan pozuntulardan məhz hansının istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Sözügedən fərdi yaşayış evində yaşayan İddiaçı həmin aktın tərtibində iştirak etməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda cavabdeh təşkilatın əməkdaşları V.Lətifov, V.Cəlilov və X.Abdullayev 28 dekabr 2021-ci il tarixli, NDM 027587 saylı X1 qaydalarının pozulması barədə akt tərtib edilərkən həmin aktda hal şahidlərinin iştirakını təmin etməmişlər. Bundan başqa cavabdeh baxış zamanı istehlakçıya məxsus elektrik sayğacının fazivovka olunması müəyyən olunmuşdur. Ampermaşa vasitəsi ilə ölçü aparılması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yəni qeyd edilən müdaxilənin iddiaçı tərəfindən edilməsi hər hansı sübutla təsdiqlənmir. Həmçinin məhkəmə qeyd edir ki, həmin sayğac demək olar ki, hər ay cavabdeh təşkilatın nəzarətçisi tərəfindən yoxlanılır və nəzarətçi həmin müdaxiləni bundan əvvəl də aşkar edə bilərdi. Cavabdeh təşkilatın əməkdaşları X1 zamanı istehlakçı tərəfindən X1 qaydalarının müvafiq maddəsinin posulması səbəbindən akt tərtib edərkən özləri həmin qaydaların 8.33-cü maddəsinin tələblərini pozaraq hal şahidlərinin iştirakı olmadan akt tərtib etmişlər. Beləliklə də, cavabdeh təşkilatın əməkdaşları X1 qaydalarının tələblərini pozaraq qanunsuz əldə edilmiş sübutlara istinad edərək mübahisələndirilən aktı tərtib etmişlər və iddiaçıya əlavə məbləğdə borc hesablamışlar. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş 28 dekabr 2021-ci il tarixli, NDM 027587 saylı akt əsasında hesablanmış 1407,49 manat məbləğində saxlanılmış borc onun hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı MPM-nin 216-220 və 360-cı mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş 28 dekabr 2021-ci il tarixli, NDM 027587 saylı akt əsasında hesablanmış 1407,49 manat borc İddiaçı hesabından silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar