Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-770/2025 05.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X16 qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, bacısı 1961-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, bacısı 1961-ci il təvəllüdlü X7 ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusundan əziyyət çəkir. Bu barədə Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı da var (Həmin qərar ərizəyə əlavə olunur). Bu diaqnoz vasitəsi ilə bacısı X5 İ qrup əlillik dərəcəsi verilmişdir və hal-hazırda da İ qrup əlildir. O, 1961-ci il təvəllüdlü bacısı X2 üzərində qəyyum təyin olunmaqla əlaqədar Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının sədri cənab Ziyad Əliəkbərlinin imzası ilə xx.xx.2024-cü il tarixli 5-7-7/2-M-/-099 saylı cavab məktubunda göstərilir ki, bacısı, xx.xx.1961-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə iddiaərizəsi ilə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Sübutların tədqiqi: İş materialarında olan: - 30 oktyabr 2025-ci il tarixində Şəki şəhər İHB-nin Oxud kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1961-ci ildə doğulmuş X2 atası X9, anası isə X8r. - 24 oktyabr 2025-ci il tarixində Şəki şəhər İHB-nin Oxud kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1963-cü ildə doğulmuş X1 atası X9, anası isə X8r. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 1557 saylı rəyindən görünür ki, X3 Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyil. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X3 müəyyən edilən Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. - Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 08309.1961-ci il təvəllüdlü X2 tələblərinə uyğun olaraq xx.xx.1961-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. - xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, ərizəçi hazırkı ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: -28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin: -317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.2-ci maddəsinə əasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi bacısı xx.xx.1961-ci ildə doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsidir. Göründüyü kimi X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X2 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin də müvafiq rəyi vardır. Ərizəçi X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1961-ci ildə doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, xx.xx.1961-ci ildə doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1961-ci ildə doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-770/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-770/2025
05.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver