Məhkəmə qərarları › İş №e-2(075)-780/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-780/2025

27.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-780/2025 27.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə (Uşaq Hüquqlarının Müdafiəsi üzrə) Komissiyasının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə (Uşaq Hüquqlarının Müdafiəsi üzrə) Komissiyası olmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi Maraqlı şəxs yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə (Uşaq Hüquqlarının Müdafiəsi üzrə) Komissiyası olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il təvəllüdlü Məmmədov Elmaz Akif oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxx 1954-cü il tarixdə Şəki şəhərində anadan olmuşdur. 20 avqust 1980-ci il tarixdə X4 ilə Şəki şəhər VVAQ şöbəsində rəsmi qaydada ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.1992-ci il tarixdə Məmmədov Elmaz Akif oğlu anadan olmuşdur. xx.xx.1992-ci il təvəllüdlü Məmmədov Elmaz Akif oğluna ümumi xəstəlikdən müddətsiz birinci qrup əlillik təyin edilmişdir. Təyin edilmiş diaqnoz uşaq serebial iflici və kənar şəxsin qulluğuna ehtiyacı vardır. Bundan əlavə, xx.xx.2008-ci il tarixli 258209 nömrəli vəsiqədən göründüyü kimi Məmmədov Elmaz Akif oğlu sağlamlıq imkanları məhdud əlildir. xx.xx.1992-ci il təvəllüdlü Məmmədov Elmaz Akif oğluna doğulduğu vaxtdan tərəflərindən zəruri qulluq göstərilmiş və anadan olan müddətdən oğlunun başqasının qulluğuna ehtiyacı olmuşdur. Bu səbəbdən Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək xx.xx.1992-ci il təvəllüdlü Məmmədov Elmaz Akif oğlunun üzərində qəyyum təyin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, xx.xx.1992-ci il təvəllüdlü Məmmədov Elmaz Akif oğlunun üzərində qəyyum təyin edilməsi ilə bağlı müraciətə baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə qətnaməsi təqdim edildikdən sonra sizin Məmmədov Elmaz Akif oğlunun üzərində qəyyum təyin edilməyiniz məsələsinə baxılacaqdır. Odur ki, xx.xx.1992-ci il təvəllüdlü Məmmədov Elmaz Akif oğlunun fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X5 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Sübutların tədqiqi: İş materialarında olan: - Şəki şəhər 19 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasi tərəfindən verilmiş TSEK-də müayinə aktından çıxarışın kötüyündən görünür ki, Məmmədov Elmaz Akif oğlunun kənar şəxsin qulluğuna ehtiyacı var. - Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Məmmədov Elmaz Akif oğlunun fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə qətnaməsi təqdim edildikdən sonra onun xx.xx.1992-ci il təvəllüdlü Məmmədov Elmaz Akif oğlu üzərində qəyyum təyin edilməyi məsələsinə baxılacağı bildirilmiş, xx.xx.1992-ci il təvəllüdlü Məmmədov Elmaz Akif oğlu fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. - 20 avqust 1980-cı il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X6 arasında 20 avqust 1980-cı il tarixdə nikah bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 394 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir. - xx.xx.1992-ci il tarixli, ХVİİ--ЖГ 323896 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Məmmədov Elmaz Akif qızının atası Ərizəçi, anası isə X3r. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X11 X7 Şöbəsinin xx.xx.2025-ci il tarixli 258 saylı rəyindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Məmmədov Elmaz Akif oğlu öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. Məmmədov Elmaz Akif oğlunu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. - xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, ərizəçi hazırkı ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: -28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin: -317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.2-ci maddəsinə əasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi övladı xx.xx.1992-ci il təvəllüdlü Məmmədov Elmaz Akif oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsidir. Göründüyü kimi Məmmədov Elmaz Akif oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. Məmmədov Elmaz Akif oğlunun fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11in də müvafiq rəyi vardır. Ərizəçi Məmmədov Elmaz Akif oğlunun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1992-ci il təvəllüdlü Məmmədov Elmaz Akif oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, xx.xx.1992-ci il təvəllüdlü Məmmədov Elmaz Akif oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1992-ci il təvəllüdlü Məmmədov Elmaz Akif oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar