Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-782/2024 11.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 450 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 480 manatın alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi sadələşdirilmiş icraat qaydasında məhkəməyə daxil olmuş, Şəki Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(075)-782/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş iddia icraatına keçirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “YAMAHA RAY ZR STREET RALLY 125 Fİ” markalı, 99-C-162 dövlət nömrə nişanlı motosikl xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il iyunun 28-də Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi “YAMAHA RAY ZR STREET RALLY 125 Fİ” markalı, 99-C-162 dövlət nömrə nişanlı motosikllə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “MERCEDES BENZ” markalı, 99–MB–224 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Abşeron RPİ-nin, TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən 01 iyul 2021-ci il tarxində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərara əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq olunması üçün qərar Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir. Abşeron DYPŞ-in xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci, 332.1-ci və 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddələri ilə təqsirli bilinmişdir. Başqa sözlə, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 1633 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “MERCEDES BENZ E320” markalı, **-MB-*** dövlət nömrə nişanlı avtomobilə 450 manat zərər dəymişdir. İddiaçı xx.xx.2021-ci ildə 450 manat sığorta ödənişi zərərçəkmiş şəxs X3 ödəmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: İddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, “Yamaha Ray ZR Street Rally 125 Fİ” markalı, 99-C-162 dövlət qeydiyyat nişanlı motosikl xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığortaçı "xxxx" ASC tərəfindən sığortalanmışdır. - PXA 88986 nömrəli sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 02:00 radələrində H.Əliyev prospekti ünvanında "xxxx" ASC tərəfindən sığortalanmış “Yamaha Ray ZR Street Rally 125 Fİ” markalı, 99-C-162 dövlət qeydiyyat nişanlı motosikllə “Mercedes Benz E220” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin toqquşması nəticəsində “Mercedes Benz E220” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəymiş ziyanla bağlı 450 manat sığorta ödənişi edilmişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 iyul 2021-ci il tarixli qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində, H.Əliyev prospekti ilə X2 etibarnamə ilə idarə etdiyi “Mercedes Benz E220” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin arxası ilə hərəkət edən motosikllə toqquşmasına dair X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində İXM-nin 327.1, 332.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq olunması üçün qərarın surətinin aidiyyəti üzrə Abşeron RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. - İnzibati tənbeh vermə haqqında 16 iyul 2021-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh İXM-nin 327.1, 332.1 və 332.2-ci maddələrinin tələblərini pozduğuna görə barəsində 100 manat məbləğdə inzibati cərimə tənbeh tətbiri tətbiq edilmişdir. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 02:00 radələrində Cavabdeh idarə etdiyi “Yamaha Ray ZR Street Rally 125 Fİ” markalı, 99-C-162 dövlət qeydiyyat nişanlı motosikllə nəqliyyat hadisəsi törətmişdir. - xx.xx.2021-ci il tarixli, 1633 nömrəli qiymətləndirmə aktından görünür ki, “Mercedes Benz E220” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə 450 manat məbləğdə maddi ziyan dəymişdir. - xx.xx.2021-ci il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhviltəslim aktından görünür ki, "xxxx" ASC-dən sığorta ödənişi almaq üçün 10000 və 19561 nömrəli plastik kartlar və ŞEN zərflər X3 təhvil verilmişdir. - "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, xx/xx-1443 saylı bildirişdən görünür ki, Cavabdeh 450 manat sığorta ödənişini 7 iş günü ərzində könüllü ödəməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2024-cü il tarixi **********26 saylı qəbzdən görünür ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “Yamaha Ray ZR Street Rally 125 Fİ” markalı, 99-C-162 dövlət qeydiyyat nişanlı "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sığortalanmış motosikllə X2 idarə etdiyi “Mercedes Benz E220” markalı, **-MB- *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində toqquşmuş, nəticədə sonuncuya 450 manat məbləğində maddi ziyan dəymişdir. İnzibati tənbeh vermə haqqında 16 iyul 2021-ci il tarixli, TP ******* nömrəli qərara əsasən Cavabdeh İXM-nin 327.1, 332.1 və 332.2-ci maddələrinin tələblərini pozduğuna görə barəsində 100 manat məbləğdə inzibati cərimə tənbeh tətbiri tətbiq edilmişdir. İddiaçı tərəfindən X3 450 manat məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı "xxxx" ASC ödədiyi məbləğin geri qaytarılmasını xahiş edir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh iddia tələbinə hər hansı münasibət bildirməmişdir. Subroqasiya hüququna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində leqal anlayış verilmişdir. Belə ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində zərərçəkmişə vurulmuş zərərin əvəzi 450 (dörd yüz əlli) manat həcmində pul vəsaiti "xxxx" ASC tərəfindən sığortalının avtomaşının təmiri üçün ödənildiyindən, cavabdeh sürücülük hüququ olmadan motosiklı idarə etdiyinedən, iddiaçı təşkilatın Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 450 manat məbləğində vurulmuş zərər tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 450 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 480 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-782/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-782/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver