Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-789/2024 06.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Alyans-Kamod Verona, Alyans-Masa Verona, Alyans-Tv-Alti Verona, Alyans-1 X1, Alyans-2 X1, 6 X2-5, şəbəkə yumsaq - kunc üçün 925.8 manat ödənilməmiş hissə, 92.2 manat cərimə, ümumilikdə, 1018 manat borc və 30.18 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Alyans-Kamod Verona, Alyans-Masa Verona, Alyans-Tv-Alti Verona, Alyans-1 X1, Alyans-2 X1, 6 X2-5, Şəbəkə - Yumsaq - Kunc almış və nəticədə 1018 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3134.4 manat (yəni 24 ay x 130.6 manat + 0 manat ilkin ödəniş) olan Alyans-Kamod Verona, Alyans-Masa Verona, Alyans-Tv-Alti Verona, Alyans- 1 X1, Alyans-2 X1, 6 X2-5, şəbəkə yumsaq – Kunc üçün ümumilikdə, 1018 manat olmaqla ondan 925.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 92.2 (doxsan iki manat iyirmi qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 2208.6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralrında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı Alyans-Kamod Verona, Alyans-Masa Verona, Alyans-Tv- Alti Verona, Alyans-1 X1, Alyans-2 X1, 6 X2-5, şəbəkə yumsaq - kunc cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya 925.8 manat əsas borcu, müqavilənin 2.6-cı bəndinə əsasən 92.2 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilənin 4.1ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 462.1, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Alyans-Kamod Verona, Alyans-Masa Verona, Alyans-Tv-Alti Verona, Alyans-1 X1, Alyans-2 X1, 6 X2-5, şəbəkə yumsaq - kunc üçün 925.8 manat əsas, 92.2 manat cərimə borcu olmaqla, cəmi 1018 manat borc Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30.18 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Alyans-Kamod Verona, Alyans-Masa Verona, Alyans-Tv-Alti Verona, Alyans-1 X1, Alyans-2 X1, 6 X2-5, şəbəkə yumsaq - kunc üçün 925.8 (doqquz yüz iyirmi beş manat səksən qəpik) manat ödənilməmiş hissə, 92.2 (doxsan iki manat iyirmi qəpik) manat cərimə, ümumilikdə, 1018 (bir min on səkkiz) manat borc və 30.18 (otuz manat on səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-789/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-789/2024
06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver