Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-806/2022 11.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 05.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 1097 (min doxsan yeddi) manat ödənilməmiş hissə, 109 (yüz doqquz) manat cərimə borcu, 10.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı soyuducu üçün 2101 (iki min yüz bir) manat ödənilməmiş hissə, 210 (iki yüz on) manat cərimə borcu olmaqla, ümumilikdə 3517 manat borc və 55,17 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə05.07.2019-cu il və 10.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor və Samsung markalı soyuducu almış və nəticədə 3517 (üç min beş yüz on yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1622 (min altı yüz iyirmi iki) manat (18 ay x 90 manat + 2 manat ilkin ödəniş) Samsung LED markalı televizor üçün ümumilikdə, 1206 (min iki yüz altı) manat olmaqla ondan, 1097 (min doxsan yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 109 (yüz doqquz) manat cərimə, 10.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2820 manat (iki min səkkiz yüz iyirmi) (12 ay x 185 manat + 600 manat ilkin ödəniş) Samsung markalı soyuducu üçün ümumilikdə, 2311 (iki min üç yüz on bir) manat olmaqla ondan, 2101 (iki min yüz bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 210 (iki yüz on) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1244 manat təşkil edir. Bildirmişdir ki, cavabdehlə aralarında bağlanılmış 05.07.2019-cu il və 10.08.2019-cu il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Digər tərəfdən, cavabdehlə aralarında olan telefon danışığı, həmçinin 08.01.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 05.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 1097 (min doxsan yeddi) manat ödənilməmiş hissə, 109 (yüz doqquz) manat cərimə borcu, 10.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı soyuducu üçün 2101 (iki min yüz bir) manat ödənilməmiş hissə, 210 (iki yüz on) manat cərimə borcu olmaqla, ümumilikdə 3517 manat borc və 55,17 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 05.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor üçün 1097 (min doxsan yeddi) manat ödənilməmiş hissə, 109 (yüz doqquz) manat cərimə borcu, 10.08.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung markalı soyuducu üçün 2101 (iki min yüz bir) manat ödənilməmiş hissə, 210 (iki yüz on) manat cərimə borcu olmaqla, ümumilikdə 3517 manat borc və 55,17 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-806/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-806/2022
11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver