Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-81/2023 15.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mənə məxsus olan Şəki şəhəri, M.F,Axundov prospektində yerləşən 0,0395 ha torpaq sahəsindən Cavabdeh tərəfindən çəkilmiş su və kanalizasiya xətlərinin cavabdehin öz hesabına çıxarılması və həmin torpaq sahəsindən istifadə etməyi ilə bağlı gələcəkdə cavabdeh tərəfindən yaradıla biləcək hər hansı maneələrin qadağan edilməs barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası 24 oktyabr 2022-ci il tarixdə keçirilmiş, mülki işin növbəti məhkəmə hazırlıq iclası 03 noyabr 2022-ci il tarixə təyin edilmiş, 03 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Şəki Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(075)-2108/2022 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mülki işin icraatının ekspert rəyi alınana kimi dayandırılması qərara alınmışdır. Ekspert rəyi 26 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuş, Şəki Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(075)-81/2023 saylı qərardadı ilə mülki işin icraatı təzələnmiş və mülki işin məhkəmə iclası 29 avqust 2023-cü il tarixə saat 10:00-a təyin olunmuşdur. Mülki iş üzrə məhkəmə hazırlıq iclası 29 avqust 2023-cü il tarixdə keçirilmiş, mülki işin məhkəmə baxışı iclası 06 sentyabr 2023-cü il tarixə təyin edilmiş, iş üzrə məhkəmə baxışı iclası 06 sentyabr 2023-cü il tarixdə keçirilmiş, mülki işin növbəti məhkəmə baxışı iclası bu günə, yəni 15 sentyabr 2023-cü il tarixə saat 14:00-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin 15 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasına mülki proses tərəfləri gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi işə onların iştirakı olmadan baxılmasını tələb etməmiş mülki proses tərəfləri məhkəməyə gəlməmişlər. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı izah edilməli, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Həmçinin, keçirilmiş 50 manat ekspertiza xərcinin 25 manatı İddiaçı və 25 manatı Cavabdeh alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Keçirilmiş 50 manat ekspertiza xərcinin 25 manatı İddiaçı və 25 manatı Cavabdeh alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-81/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-81/2023
15.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver