Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-818/2025 30.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı “yoxlamanın nəticələrinin ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi öhdəliyinin qoyulması tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı “yoxlamanın nəticələrinin ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi öhdəliyinin qoyulması tələbinə dair” iddia ərizəsi ilə müracət edərək, xx.xx.2025-ci il tarixdə aparılmış yoxlama əsasında tərtib edilmiş 037710 NDM saylı aktı ləğv edilməsi, əsassız olaraq hesablanmış 642 manat elektrik enerjisi borcunun silinməsi və aktdan sonra ödənilən borcların əvvəlki artıq ödənişlərdən çıxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq, baxış iclasları keçirilmiş və növbəti baxış iclası bu günə, yəni 30 iyun 2024-cü il tarixə, saat 11:00-a təxirə salınmışdır. İddiaçı X3 və cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçı X3 məhkəmə iclasına gəlməmiş, cavabdeh "xxxx" ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə iş üzrə sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı və həmin tələblə bağlı yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 257, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı “yoxlamanın nəticələrinin ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi öhdəliyinin qoyulması tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. Həmin tələblə bağlı yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması iddiaçı X2 izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(075)-818/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-818/2025
30.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver