Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-82/2023 28.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Şəki “Asan xidmət" Mərkəzində Notariat Ofisinə, üçüncü şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı miras əmlakda payın müəyyən olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9ndan miras qalmış Şəki rayonu Qoxmuq kənd ərazisində Yerləşən 4 otaqlı 112.7 kv.metr tərdi yaşavış evi və həmin evin yerləşdıyi 0.17 hektar həyətyanı torpaq sahəsinə üzrə onun tərəfindən mirasın qəbul edilmə faktının müəyyən edilməsi, X9ndan miras qalmış Şəki rayonu Qoxmuq kəndi ərazisində yerləşən 4 otaqlı 112.7 kv.metr fərdi yaşayış evininə və həmin evin yerləşdiyi 0.17 hektar həyətanı torpaq sahəsinə ona düşən miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iş üzrə maraqlı şəxslər X12, X13, X17 və X18 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum atası X23 31 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. O, rəhmətə getdikdən sonra ondan Şəki rayonu Qoxmuq kəndi ərazisində 0.17 hektar torpaq sahəsində yerləşən 4 otaqlı 112.7 kv.metr fərdi yaşayış evi miras qalmışdır. Mərhum, rəhmətə getməmişdən əvvəl 27 fevral 2007-ci ildə notarial qaydada vəsiyyətnamə tərtib edərək fərdi yaşayış evini və əmlakını oğlu olaraq ona, həmin evin günbatan tərəfində yerləşən iki otağını isə bacıları Maraqlı şəxs2 və Maraqlı şəxs1 vəsiyyət etmişdir. Atası rəhmətə gedəndən sonra onun İddiaçı (vəsiyyət üzrə vərəsə), Maraqlı şəxs2 (vəsiyyət üzrə vərəsə), Maraqlı şəxs1 (vəsiyyət üzrə vərəsə), X12, X13, X14 və X10 ibarət vərəsələri qalmışdır. Atası rəhmətə getməmişdən əvvəl də atasına məxsus tərdi yaşayış evi ilə bağlı aralarında məhkəmə mübahisəsi olmuşdur. O, rəhmətə gedəndən sonra onun yas mərasimini Mingəçevir şəhərində yaşayan, kiçik X5 atasının öz həyətində təşkil etmiş və hər biri orda iştirak etmişlər. Yasdan sonra X5 özünə məxsus bir sıra əşyaları həmin evə yerləşdirmiş və gələcəkdə mübahisə başa çatandan sonra həmin evin onun adına rəsimləşdirməsinə razılaşmışdır. Hal-hazırda evin qapısı bağlıdır. Açarları da X5ndadır. Lakin mübahisə olduğu üçün bu günə kimi vərəsəlik açıla bilməmiş və iki bacısı ilə mübahisələri qalmaqdadır. Bacısı Maraqlı şəxs2 atasına məxsus həyətyanı sahənin baş hissəsində atasının sağlığında tikilmiş yeni evdə yaşamaqdadır. Bir müddət əvvəl o atasında qalmış evin qapısının qanunsuz sındıraraq içəri girdiyi üçün barəsində şikayət olunmuş və iş üzrə polisdə araşdırma aparılmışdır. O, atası öləndən sonra bir neçə dəfə vəsiyyətnaməni əldə etməyə çalışsa da, buna nail ola bilməmişdir. X5 evə məxsus sənədləri ona vermiş və vəsiyyət üzrə vərəsə kimi atasından qalmış mirası qəbul etmək üçün notariat kontoruna göndərmişdir. Notariat kontorunda mirasın qəbulu müddətini ötürdüyünü və buna görə də məhkəməyə müraciət etməsini bidirilmişdir. İs materiallarına əlavə edilmiş 27 fevral 2007-ci il tarixli vəsiyyətnamədən göründüyü kimi, mülkiyyətçi X26 öz fərdi yaşayış evini oğlu İddiaçı, qızları Maraqlı şəxs2 və Maraqlı şəxs1 vəsiyyət etmişdir. İşə əlavə edilmiş vəsiyyətnamədən göründüyü kimi, vəsiyyətnamə iki şahidin yanında tərtib edilmiş və vəsiyyət edənin özü tərəfindən imza atılmış və notarius tərəfindən təsdiq edilmişdir. O, mirasın qəbulu müddətini ötürməmişdir. Atası ölənə kimi həmin evin ona qalmasını istəyirdi. Məhz buna görə də vəsiyyətnamə vermişdir. O öləndən sonrada yası qardaşı ilə birlikdə vermişlər. İş materiallarından göründüyü kimi miras qoyanın 8 vərəsəsi var. Onlardan 3-ü həm də vəsiyyət üzrə vərəsə sayılır. Vəsiyyətnamənin məzmunundan asılı olmayaraq miras qovanın uşaqları, valideynləri və arvadı (əri) mirasdan məcburi pay almaq hüququna malikdirlər. Buna görə də miras əmlakı olan fərdi yaşayış evinin ½ hissəsinin 1/3 hissəsi, həyatyanı torpaq sahəsinin ½ hissəsinin 1/3 hissəsi vəsiyyət üzrə ona miras payı kimi verilməlidir. Eyni zamanda həmin fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin ½ hissəsinə də məcburi payının olması nəzərə alınaraq həmin hissədə də ona düşən miras payı müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, həmin evdə doğulub, böyüyüb, hərbi xidmətə getmişdir. Həmişə atasının qeydinə qalmış, ona maddi yardım etmişdir. 2014-cü ildə ailə həyatı qurmuş, 2018-ci ildə isə kirayədə yaşamağa başlamışdır. Atasının yasında iştirak etmişdir. Təxminən avqust ayında mübahisəli evə köçüb orada yaşamış, evdə təmir işləri aparmışdır. Vəsiyyətnamədən avqust ayında xəbəri olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Maraqlı şəxs2 bildirmişdir ki, mübahisəli ev atasından qalmışdır. Göndərdiyi etiraz ərizəsini nəzərə alınmamasını xahiş etmişdir. Bildirmişdir ki, qardaşının mirası qəbul etməsinə razıdır. Çünki vərəsə olaraq qardaşının da mirasda payı var. Həmin evin yerləşdiyi torpaqda olan başqa evdə yaşayır. İddiaçının payının müəyyən olunmasına razıdır. Atası vəfat edəndən sonra o, həmin evdə də, öz evində də yaşamış, evin bütün xərclərini o ödəmişdir. Atasının yasında qardaşı İddiaçı iştirak etmişdir, lakin həmin evdə qalmamışdır. Gedib-gəlmişdir. İddiaçı, avqust ayından bəri həmin evdə yaşayır. Vəsiyyətnamədən avqust ayında xəbəri olmuşdur. Vəsiyyətnamədə göstərilən otaqların ona və bacısına verilməsinə razıdır. Məhkəmə iclasında iştirak edən şahid X21 bildirmişdir ki, o, həmkarlar ittifaqının sədri olan zaman X9 ilə və digər şahidlə birlikdə notariusa gedərək vəsiyyətnamə tərtib edilmişdir. Digər şahid vəfat etmişdir. Hazırda o, bələdiyyə işçisidir. Evlə bağlı vərəsələr arasında mübahisə olduğunu bilir. Fəxrəddin atasının ölümündən qısa müddət sonra mübahisəli evə köçərək, orada yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər Maraqlı şəxs1, X12, X13, X17 və X18 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 16 sentyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, X23 31 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 27 fevral 2007-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X23, Şəki rayonu Qoxmuq kəndində yerləşən ona məxsus evini və əmlakını oğlu İddiaçı, həmin evin günbatan tərəfində yerləşən iki otağını qızları Maraqlı şəxs2 və Maraqlı şəxs1 vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş notariat hərəkətinin aparılmasından imtina haqqında 16 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında vsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Qoxmuq” kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16 sentyabr 2022-ci il tarixli, 880 nömrəli arayışdan görünür ki, X23 31 dekabr 2021-ci il tarixdə vəfat etmiş və onun X31 (arvadı-vəfat etmişdir), Maraqlı şəxs2 (qızı), Maraqlı şəxs1 (qızı), X12 (qız), X13 (qızı), X14 (qızı), İddiaçı (oğlu) və X10 (oğlu) ibarət vərəsələri qalmışdır. X18, İddiaçı və X1 qeydiyyatda deyillər və yaşamırlar. Cabbarova X6 qeydiyyatdadır və hazırda Bakı şəhərində yaşayır. Əhmədova X7 qeydiyyatda olmaqla Qoxmuq kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki rayonu, Qoxmuq kəndində 0.17 hektar torpaq sahəsində yerləşən 112.7 kv.metr fərdi yaşayış evi X15 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş **********54-10301 reyestr, 156 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, 0.17 hektar torpaq sahəsində yerləşən 112.7 kv.metr fərdi yaşayış evi X15 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Qoxmuq” kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16 noyabr 2022-ci il tarixli, 1091 nömrəli arayışın surətindən görünür ki, İddiaçı ailəsi ilə birlikdə Qoxmuq kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış 26 yanvar 2022-ci il tarixli, 8İ-1148 reyestr nömrəli ərizənin surətindən görünür ki, Maraqlı şəxs2, atası X11 qalmış miras əmlakdan ona düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının “Qoxmuq” kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06 iyul 2022-ci il tarixli, 657 nömrəli arayışın surətindən görünür ki, Maraqlı şəxs2 ailəsi ilə birlikdə atası X19 məxsus olmuş Qoxmuq kəndində yerləşən fərdi yaşayış evində yaşamış və hazırda da yaşamaqdadır. İş materiallarına əlavə edilmiş Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış 07 yanvar 2023-cü il tarixli, 8İ-175 reyestr nömrəli ərizənin surətindən görünür ki, X12, atası X15 ölümündən sonra mirasın qəbul edilməsi üçün müddəti ötürmüşdür. Ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir regional “Asan xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış 18 yanvar 2023-cü il tarixli, 8İ-1162 reyestr nömrəli ərizənin surətindən görünür ki, X18, atası X15 ölümündən sonra mirasın qəbul edilməsi üçün müddəti ötürmüşdür. Ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında müəyən olunmuşdur ki, iddiaçının atası X23 31 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. O, rəhmətə getdikdən sonra ondan Şəki rayonu Qoxmuq kəndi ərazisində 0.17 hektar torpaq sahəsində yerləşən 4 otaqlı 112.7 kv.metr fərdi yaşayış evi miras qalmışdır. X9, 27 fevral 2007-ci il tarixdə notarial qaydada vəsiyyətnamə tərtib edərək fərdi yaşayış evini iddiaçıya, həmin evin günbatan tərəfində yerləşən iki otağını isə qızları Maraqlı şəxs2 və Maraqlı şəxs1 vəsiyyət etmişdir. X23 vəfat etdikdən sonra iddiaçı onun tərəfindən mirasın faktiki qəbul edildiyini, ona düşən miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı tələb üzrə işə baxarkən ilk növbədə iddiaçının miras qoyana münasibətdə vərəsəlik hüququnun mümkünlüyü məsələsi, həmin hüququn mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edib-etməməsi, iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması məsələsi, eləcə də tətbiq ediləcək qanunvericilik normaları araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması məsələsinə (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X23 31 dekabr 2021-ci il tarixdə vəfat etmiş, lakin ondan miras qalmış əmlaka dair vərəsəlik 2022-ci ildə açılmışdır. Məhkəmə hesab edir ki, miras qoyan şəxs X23 2021-ci il tarixdə öldüyündən və notarius tərəfindən şəhadətnamənin rəsmiləşdirmə tarixindən asılı olmayaraq vərəsəlik hüquq münasibəti barədə mübahisə hazırkı dövrdə qüvvədə olan Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1133.1-ci mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qoyаnın) əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Həmin Məcəllənin 1133.2-ci mаddəsində göstərilir ki, qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) o, zаmаn qüvvədə olur ki, mirаs qoyаn vəsiyyətnаmə qoymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. Həmin Məcəllənin 1243.1-ci mаddəsində göstərilir ki, mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci mаddəsində göstərilir ki, vərəsə mirаsın аçıldığı yer üzrə notаriаt kontorunа mirаsı qəbul etdiyi bаrədə ərizə verdikdə və yа əmlаkа sаhiblik etməyə və yа əmlаkı idаrə etməyə fаktiki bаşlаdıqdа və bununlа dа mirаsı qəbul etdiyini şəksiz nümаyiş etdirdikdə mirаs vərəsə tərəfindən qəbul edilmiş sаyılır. Həmin Məcəllənin 1246-cı mаddəsində göstərilir ki, vərəsə vərəsəliyə çаğırıldığını bildiyi və yа bilməli olduğu gündən üç аy ərzində mirаsı qəbul edə bilər. Mirаs аçıldığı gündən аltı аy keçdikdən sonrа mirаsın qəbulunа yol verilmir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1273-1-ci mаddəsinə əsаsən vərəsə Mülki Məcəllə ilə müəyyən edilmiş müddətlər dаxilində mirаsı qəbul etmədikdə və yа ondаn imtinа etmədikdə müvаfiq olаrаq Mülki Məcəllənin 1262-ci və 1263-cü mаddələri tətbiq edilir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1262-ci mаddəsinə əsаsən əgər vərəsə mirаsı qəbul etməkdən imtinа etmişdirsə, lаkin kimin xeyrinə imtinа etdiyini bildirməmişdirsə, onun pаyı qаnun üzrə vərəsəliyə çаğırılmış vərəsələrin pаyınа, vəsiyyətnаmə ilə bütün əmlаkın bölüşdürüldüyü hаldа isə vəsiyyət üzrə vərəsələrin pаyınа əlаvə edilir və onlаrın аrаsındа pаylаrınа mütənаsib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnаmədə аyrı qаydа nəzərdə tutulmаsın. Beləliklə, məhkəmə hesab edir ki, miras qoyan X23 2021-ci il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır. Miras qoyan Şəki rayonunda yaşadığından mirasın açıldığı yer Şəki rayonudur. Miras əmlaka X15 öldüyü məqamadək malik olduğu Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evi daxildir. Məhkəmə tədqiqi zamanı həmçinin müəyyən edilmişdir ki, ölməmişdən əvvəl, yəni 2007-ci ildə notarial qaydada vəsiyyətnamə tərtib edərək fərdi yaşayış evini İddiaçı, həmin evin günbatan tərəfində yerləşən iki otağını isə qızları Maraqlı şəxs2 və Maraqlı şəxs1 vəsiyyət etmişdir. Eyni zamanda Miras qoyan X15 7 nəfər birinci növbə vərəsəsi vardır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, X23 2021-ci il tarixdə öldükdən sonra ondan miras qalmış Şəki rayonu, Qoxmuq kəndində yerləşən fərdi yaşayış evi vəsiyyət və qanun üzrə vərəsəsi qızı Maraqlı şəxs2 tərəfindən qəbul edilmiş və 26 yanvar 2022-ci il tarixdə Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisinə rəsmi qaydada müraciət etmişdir. X2 və X18 notariat ofisinə rəsmi qaydada ərizə ünvanlayaraq miras əmlakın qəbul edilməsi müddətini ötürdüklərini bəyan etmişlər. Həmçinin digər vərəsələrin, o cümlədən İddiaçı mirası qəbul etməsi faktı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə, tərəflərin və şahid ifadələri ilə iddiaçının mirasın açıldığı tarixdən 8-9 ay sonra, yəni avqust-sentyabr aylarında X11 miras qalmış Şəki rayon Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə köçərək yaşamağa başlamış, bununla da mirasın qəbulu üçün qanunla nəzərədə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə iddiaçı tərəfin mübahisəli miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi və ya faktiki idarə olunması ilə bağlı bildirdiklərinə dair aşağıdakıları qeyd etməyi zəruru hesab edir. Azərbaycan Respublikası Konstitusiysının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Məhz göstərilənlərə əsasən məhkəmə iş üzrə müəyyən edilmiş hallara, İddiaçı tərəfindən miras əmlaka sahiblik edilməməsinə, əmlakı idarə etməyə faktiki başlanmamasına və sair bu kimi iradə ifadələrinə hüquqi qiymət verərək qanunvericiliyin tətbiqi baxımından iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şəki “Asan xidmət" Mərkəzində Notariat Ofisinə, üçüncü şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı X9ndan miras qalmış Şəki rayonu Qoxmuq kənd ərazisində Yerləşən 4 otaqlı 112.7 kv.metr tərdi yaşavış evi və həmin evin yerləşdıyi 0.17 hektar həyətyanı torpaq sahəsinə üzrə onun tərəfindən mirasın qəbul edilmə faktının müəyyən edilməsi, X9ndan miras qalmış Şəki rayonu Qoxmuq kəndi ərazisində yerləşən 4 otaqlı 112.7 kv.metr fərdi yaşayış evininə və həmin evin yerləşdiyi 0.17 hektar həyətanı torpaq sahəsinə ona düşən miras payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Şəki “Asan xidmət" Mərkəzində Notariat Ofisinə qarşı X9ndan miras qalmış Şəki rayonu Qoxmuq kənd ərazisində Yerləşən 4 otaqlı 112.7 kv.metr tərdi yaşavış evi və həmin evin yerləşdıyi 0.17 hektar həyətyanı torpaq sahəsinə üzrə onun tərəfindən mirasın qəbul edilmə faktının müəyyən edilməsi, X9ndan miras qalmış Şəki rayonu Qoxmuq kəndi ərazisində yerləşən 4 otaqlı 112.7 kv.metr fərdi yaşayış evininə və həmin evin yerləşdiyi 0.17 hektar həyətanı torpaq sahəsinə ona düşən miras payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-82/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-82/2023
28.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver