Məhkəmə qərarları › İş №e-2(075)-832/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-832/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-832/2022 11.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-yə 31.07.2020-ci il tarixində ******* №-li alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 273 (iki yüz yetmiş üç) manat əsas borc, 18 (on səkkiz) manat dəbbə pulu, 27.08.2020-ci il tarixində ******* №-li alqı-satqı müqaviləsi üzrə isə 357 (üç yüz əlli yeddi) manat əsas borc, 23 (iyirmi üç) manat dəbbə pulu, hər iki müqavilə üzrə cəmi 630 (altı yüz otuz) manat əsas borc, 41 (qırx bir) manat dəbbə pulu və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 701 (yeddi yüz bir) manat məbləğində pul vəsaitinin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 31.07.2020-ci il tarixində ******* №-li alqı-satqı müqaviləsi və həmin müqaviləni tərkib hissəsi olan 1 saylı əlavə, sonradan isə 27.08.2020-ci il tarixində ******* №-li alqı-satqı müqaviləsi və həmin müqaviləni tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. 31.07.2020-ci il tarixində ******* №-li alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 384 (üç yüz səksən dörd) manat olan 1 (bir) ədəd mal almışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh 12 (on iki) ay ərzində ödəmək şərti ilə, alınan məhsulun dəyərini ödəməli idi, ancaq müəyyən ödənişləri etdikdən sonra cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdehin cəmiyyətə 17.12.2021-ci il tarixə olan borcu 273 (iki yüz yetmiş üç) manat təşkil edir. Müqavilənin 5.4 bəndinə əsasən alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% faizi miqdarında dəbbə pulu ödəməlidir. 2021-ci il dekabr ayının 17-nə dəbbə pulu 18 (on səkkiz) manat təşkil edir. 27.08.2020-ci il tarixində ******* №-li alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 534 (beş yüz otuz dörd) manat olan 1 (bir) ədəd mal almışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh 12 (on iki) ay ərzində ödəmək şərti ilə, alınan məhsulun dəyərini ödəməli idi, ancaq müəyyən ödənişləri etdikdən sonra cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdehin cəmiyyətə 16.12.2021-ci il tarixə olan borcu 357 (üç yüz əlli yeddi) manat təşkil edir. Müqavilənin 5.4 bəndinə əsasən alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% faizi miqdarında dəbbə pulu ödəməlidir. 2021-ci il dekabr ayının 21-nə dəbbə pulu 23 (iyirmi üç) manat təşkil edir. Mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədi ilə, cavabdehə pretenziya məktubu göndərilmiş, lakin təyin edilən müddətdə cavabdeh öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilməli, 31.07.2020-ci il tarixində ******* №-li alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 273 (iki yüz yetmiş üç) manat əsas borc, 18 (on səkkiz) manat dəbbə pulu, 27.08.2020-ci il tarixində ******* №-li alqı-satqı müqaviləsi üzrə isə 357 (üç yüz əlli yeddi) manat əsas borc, 23 (iyirmi üç) manat dəbbə pulu, hər iki müqavilə üzrə cəmi 630 (altı yüz otuz) manat əsas borc, 41 (qırx bir) manat dəbbə pulu və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 701 (yeddi yüz bir) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 31.07.2020-ci il tarixində ******* №-li alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 273 (iki yüz yetmiş üç) manat əsas borc, 18 (on səkkiz) manat dəbbə pulu, 27.08.2020-ci il tarixində ******* №-li alqı-satqı müqaviləsi üzrə isə 357 (üç yüz əlli yeddi) manat əsas borc, 23 (iyirmi üç) manat dəbbə pulu, hər iki müqavilə üzrə cəmi 630 (altı yüz otuz) manat əsas borc, 41 (qırx bir) manat dəbbə pulu və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 701 (yeddi yüz bir) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar