Məhkəmə qərarları › İş №e-2(075)-838/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-838/2025

22.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-838/2025 22.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirov Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçının cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə aparılmış yoxlama əsasında tərtib edilmiş 001689 saylı aktın ləğv edilməsi, əsassız olaraq hesablanmış 2639,39 manat elektrik enerjisi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 tərəfindən təqdim olunmuş bildiriş üzrə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəmişdir. Azərişıq ASC X4 tərəfindən gələn xx.xx.2025-ci il tarixli rəsmi xəbərdarlığa əsasən 2639,39 manat borcu olduğu bildirilmiş, borc ödənilmədiyi halda “07 2020-ci il tarixdə 12:00-da” elektrik enerjisinin verilişinin dayandırılacağı bildirilmişdir. Sözügedən xəbərdarlıqların müxtəlif tarixləri əsk etdirməsi ilə yanaşı, borcun necə yaranması barədə hər hansı açıqlama və enerji təchizatının dayandırılacağı tarix dəqiq göstərilməmişdir. Hesablanmış borcun necə yaranması aydın olmadığı üçün X2 müraciət etmişdir. Oradan bildirilmişdir ki, borc məbləği xx.xx.2025-ci il tarixdə aparılmış yoxlamanın nəticəsi əsasında tərtib edilmiş 001689 saylı akta əsasən hesablanmışdır. Sözügedən aktda hər hansı bir borc hesablanması qeyd olunmamış, həmçinin akt əsasında hansı qərar qəbul edilməsindən xəbəri olmamışdır. Buna baxmayaraq elektrik enerjisinin verilməsinin dayandırılmışdır. Ona görə də hüquqlarının məhkəmədə müdafiəsi üçün hazırkı tələblə müraciət edir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı cavabdeh tərəfindən yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki şəhərində yaşadığı fərdi yaşayış evi “Azərişıq" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********60225 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2025-ci il tarixində ‘Azərişıq” ASC-nin əməkdaşları F.Oruclu, S.Mehdizadə və H.Kazımov tərəfindən Şəki şəhərində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının nümayəndəsi Telman Abdulkərimovun iştirakı ilə “X1 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacına şəbəkədən sıfır xəttinin gəlmədiyi, sıfır xəttinin zavod nömrəsi **********1 olan digər sayğacdan gəldiyi aşkar edilmişdir. Sıfır xətti sayğacın çıxışına verilmiş, üzərində xüsusi hərəkət sensoru quraşdırılmış və bu yolla sayğac kənardan idarə olunaraq dövriyyədən kənaşdırılmışdır. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları’nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2025-ci il tarixli, NİM001689 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş aktı iddiaçının nümayəndəsi (atası) Telman Abdulkərimov öz imzasıyla təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli, NİM001689 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 300 gün üçün 0.13 manatla 20303 kvt.s. dəyəri 2639.39 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ ıstehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. Bundan sonra İddiaçı aşkar olunmuş qüsurla razılaşaraq hesablanmış məbləğin 500.00 manatını ödəmişdir, iddiaçının xx.xx.2025-ci il tarixinə X1yə görə 2130.71 manat borcu vardır. “EEİQ”-nın 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndlən nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla. elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat'müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İddiaçı iddia ərizəsində “X1 Qaydaları”nın 8.33-cü bəndinə istinad etmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, “X1 Qatdaları”nın 8.33-cü bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki İddiaçı məxsus Şəki şəhərində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş 18 01,2025-ci il tarixli NİM001689 saylı akt “EelQ”-nın tələblərinə uyğun olaraq tərtib edilmişdir. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Ona görə də, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “18 yanvar 2025-cı il tarixli NİM001689 saylı akt əsasında əsassız olaraq yazılmış 2639.39 manat borcunun hesabından silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh tərəfindən elektron ərizə ünvanlanaraq iştirakları olmadan məhkəmə iclasının keçirilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarına əlavə edilmiş: - 18 yanvar 2025-ci il tarixli, NİM001689 nömrəli aktın surətindən görünür ki, EEİQ-na uyğun abonentə məxsus elektrik sayğacına baxış keçirilən zaman sayğacına şəbəkədən sıfır xəttinin gəlmədiyi, sıfır xəttinin zavod nömrəsi **********1 olan digər sayğacdan gəldiyi, sıfır xəttinin sayğacın çıxışına verilməsi, üzərində xüsusi hərəkət sensoru quraşdırılaraq sayğacın kənardan idarə olunaraq dövriyyədən kənaşdırılması aşkar edilmişdir. - Abonet haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********60225 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2025-ci il tarixə 2639.39 manat borc hesablanmışdır. - xx.xx.2025-ci il tarixli Əhali istehlakçılar qrupuna aid olan abonetlərin uçot komplektlərinə dair Satış sahələri üzrə Texniki sahələr üzrə tələblərdən görünür ki, İddiaçı məxsus evə baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacı dövrədən kənarlaşdırılmışdır. Cəmi 29639,39 manat ziyan hesablanmışdır. - İnzibati təndeh vermə haqqında 02 aprel 2025-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, İddiaçı 18 yanvar 2025-ci il tarixdə Şəki şəhəri, 119-cu kvartalda yerləşən fərdi yaşayış evində elektrik sayğacının birləşmə sxeminə müdaxilə etməklə elektrik enerjisini talaması nəticəsində 2639,36 manat ziyan vurduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat cərimə edilmişdir. Tətbiq edilən hüquq: “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.17-2. bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.17-2. bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 18 yanvar 2025-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən Şəki şəhəri, 119-cu kvartalda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və elektrik enerjisinin istifadə qaydalarının pozulmasına dair akt tərtib etmişlər. xx.xx.2025-ci il tarixli, NİM001689 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 300 gün üçün 0.13 manatla 20303 kvt.s. dəyəri 2639.39 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. İnzibati təndeh vermə haqqında 02 aprel 2025-ci il tarixli, MN ******* nömrəli qərardan müəyyən edilmişdir ki, İddiaçı 18 yanvar 2025-ci il tarixdə Şəki şəhəri, 119-cu kvartalda yerləşən fərdi yaşayış evində elektrik sayğacının birləşmə sxeminə müdaxilə etməklə elektrik enerjisini talaması nəticəsində 2639,36 manat ziyan vurduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat cərimə edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, İddiaçı qısa müddət ərzində sayğacdan kənar xətt 20303 kvt.s. miqdarında, yəni 2639.39 manat dəyərində X1 etməsi və ya həmin miqdarda elektrik enerjisinin sərf olunması ağlabatan deyildir. Belə ki, İddiaçı 2025-ci ilin yanvar ayında təbii qazdan qanunsuz olaraq istifadə etdiyi müəyyən olunsa da, "xxxx" ASC-nin iddiaçının təbii qazdan 300 gün müddətinə qanunsuz istifadə etdiyini iddia edərək ona 2639,39 manat cərimə hesablamışdır. İddiaçının elektrik enerjisindən qanunsuz olaraq 300 gün ərzində istifadə etməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Ona görə də İddiaçı fərdi yaşayış evində olan elektrik enerjisindən 1 ay ərzində qanunsuz olaraq istifadə etməsi əsas götürülməli və dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, NİM001689 saylı akta əsasən İddiaçı hesablanmış 2375.46 manat cərimə məbləği azaldılaraq 263.93 manat müəyyən edilməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan, iddia tələbi isə qismən təmin edildiyindən, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 2375.46 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 43.75 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən akt əsasında hesablanmış 2375.46 manat borc İddiaçı abonent hesabından silinsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 43.75 (qırx üç manat yetmiş beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar