Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-85/2022 30.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, (Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı: İddiaçı İB-nin nümayəndəsi X6), Cavabdeh, həmçinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi Cavabdeh1 (əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh5) iştirakları ilə, İddiaçı İB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 oğlu tərəfindən tərəfindən Şəki şəhəri, N.Nərimanov prospektindən keçən d-76 mm diametri olan aşağı təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdikləri tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı İB-nin nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərini pozaraq ”Azəriqaz” X1 istismarı İdarəsinin balansında və istismarında olan Şəki şəhəri N.Nərimanov prospektindən keçən d-76 mm diametrli aşağı təzyiqli yerüstü qaz kəmərinin 18 (on səkkiz) p/m. hissəsində qaz xəttinin mühafizə zonası pozaraq üzərində tikili inşa edilmişdir. ”Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” təsdiq edilmişdir. “Qaydalar”ın 2 nömrəli əlavəsinə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 5 (beş) metr müəyyən edilmişdir. Göstərilən məsafədə hər hansı bir tikintinin inşa olunması qəti qadağandır. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə 30 avqust 2022-ci il tarixdə məhkəməyə göndərdiyi ərizəsində işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi, həmçinin Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki şəhəri, Nəriman Nərimanov küçəsi, ev 127 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi rəhmətlik atası X12, 1/3 hissəsi isə onun mülkiyyətindədir. Göstərmişdir ki, qeyd edilən ünvanda 2 ayrı-ayrı - ona və qardaşı Elşada məxsus ev mövcuddur. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 atasının vərəsələridirlər. Bildirmişdir mülkiyyətində olan torpaq sahəsində tikili olan anbar inşa etmişdir. Həmin anbar mülkiyyətində olan torpaq sahəsindədir. Həmin tikili olan anbar ona məxsus texniki pasportda “K” şərti işarəsi altında işarələnmiş hissədə inşa edilmişdir. Həmin anbarın eni 2.4 metr, uzunluğu isə 5.80 metr olmaqla mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh5 qardaşı Cavabdeh1 izahatına oxşar məzmunda izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan yazılı sübutları və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 200013/25 invertar nömrəli qaz kəmərinin pasportundan görünür ki, Şəki şəhəri, N.Nərimanov küçəsi ərazisində 1979-cu ildə 2323,9 pm dərinliyində polad materiallı qaz borusu quraşdırılmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı İBnin Zaqatal RQİİ tərəfindən tərtib olunmuş 05 mart 2021-ci il tarixli aktından görünür ki, qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri tələblərinə zidd olaraq, Şəki şəhəri, N.Nərimanov prospekti, 127 ünvanında Cavabdeh1 tərəfindən D-76 mm-lik aşağı təzyiqli yerüstü qaz xətt qaz kəmərinin mühafizə sonasında, kəmərdən 0 metr məsafədə üst hissəsi talvar (altıaçıq) olan mağaza tipli tikili, inşa edilmişdir. Uzunluğu 18 metr məsafədə dm 76 mm-lik qaz xətti tikinti bünövrələrinin altından keçir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 5311 invertar nömrəli texniki pasportdan görünür ki, Şəki şəhəri, N.Nərimanov küçəsi, ev 127 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi X13, 1/3 hissəsi Cavabdeh1 adına qeydə alınmışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, 20 noyabr 1987-ci il tarixli, 2/437 nömrəli qeydə alma vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən 127 nömrəli yaşayış evinin 3/2 hissəsi X13, 3/1 hissəsi Cavabdeh1 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 28 sentyabr 2021-ci il tarixli, 5311 invertar nömrəli, **********12-10301 reyestr nömrəli texniki pasportdan görünür ki, Şəki şəhəri, Nəriman Nərimanov küçəsi, ev 127 (yeni qaydalarla AZ 5500, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi X13, 1/3 hissəsi Cavabdeh1 mülkiyyətindədir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin Şəki ərazi idarəsi tərəfindən verilmiş, 05 oktyabr 2021-ci il tarixli, **********12- 10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, Nəriman Nərimanov küçəsi, ev 127 (yeni qaydalarla Şəki şəhəri, Yusif Səfərov küçəsi, ev 1 ünvanında 0.1736 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 109 kv.metr köməkçi, 108.1 kv.metr yaşayış sahəsindən ibarət lan fərdi yaşayış evinin 3/1 hissəsi Cavabdeh1, 2/3 hissəsi X13 adına daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 03 iyun 1996-cı il tarixli, 1/267 nömrəli çıxarışdan görünür ki, Şəki şəhər 24-cü rayon, N.Nərimanov küçəsi, ev 127-də yaşayan Cavabdeh1 həyətyani torpaq sahəsinin Azərbaycan Respublikasında fərdi mənzil tikintisi üçün ayrılan minimum normadan az, yəni 213.8 kv.metr olduğunu nəzərə alınaraq, həyətyani torpaq sahəsinə bitişik olan boş istifadəsiz 150 kv.metr torpaq sahəsi onun həyətyanı torpaq sahəsinə qatılaraq cəmi torpaq sahəsi 353 kv.metr olmaqla həmin torpaq sahəsində sahəsi 50 kv.metr tövlə tikintisinə icazə verilmişdir. İşdə olan 21 fevral 2022-ci il tarixli, 114 saylı vərəsəliyə dair arayışdan görünür ki, Şəki şəhəri, “Dağ dibi” məhəlləsi, N.Nərimanov küçəsi, 127 saylı evdə yaşayan X20 xx.xx.2006-cı il tarixdə vəfat etmiş, onun vərəsələri X4, Cavabdeh3, X8, X18, X21, Cavabdeh5, X14, Cavabdeh1, X7 və X9r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 yanvar 2022-ci il tarixli, 10/6293 saylı rəydə göstərilmişdir ki, Şəki şəhəri. N.Nərimanov prospektindən keçən d-76 mm diametrli aşağı təzyiqli qaz kəmərinin layihəsmeta sənədlərinin təqdim edilməsi barədə vəsatət təmin edilmədiyi üçün, müqayisəli analiz aparmaqla həmin qaz kəmərinin layihə-smeta sənədlərinə uyğun çəkilməsini müəyyən etmək mümkün olmadı. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********12-10301 reyestr nömrəli çıxarış üzrə 1/3 hissədə Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov prospektində yerləşən 127 nömrəli yaşayış evinin (yeni qaydalarla: Az5500t Şəki şəhəri, N. Nərimanov küçəsi, ev 1) aşağı təzyiqli qaz kəmərinə bitişik inşa edildiyini nəzərə aldıqda, həmin fərdi evin ‘'Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələblərinə əsasən qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Həmin qaydaların 3.4 bəndinin tələblərinə əsasən isə məhəllələrarası yerüstü qaz kəmərləri yaşayış və ictimai binaların xarici divar boyu çəkilə bilər. Ekspertiza xərci 100 manat təşkil etmişdir. İşdə olan 01 mart 2006-cı il tarixli, AZ-İ 179983 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 06 fevral 2006-cı il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 82 nömrə ilə qeyd edilmişdir. İşdə olan 16 mart 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, qaz xətti istismara verildikdən sonra, onun üzərində vətəndaşın istəyi ilə hər hansı bir dəyişiklik aparılarsa, bu işlər onun öz vəsaiti hesabına aparılmalıdır və mövcud qanunvericilikdə bu kimi işlərin görülməsi üçün heç bir güzəşt nəzərdə tutulmur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli, 10/2813 saylı rəydə göstərilmişdir ki, Qərardadın birinci üçüncü və dördüncü sualları üzrə İddiaçıya məxsus anbar tikilisi ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********12-10301 reyestr nömrəli çıxarış üzrə 1/3 hissədə Cavabdeh1, 2/3 hissədə isə X15 mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov prospekti, 127 saylı (yeni qaydalarla: Az5500, Şəki şəhəri, Y.Səfərov küçəsi, ev 1) evin yerləşdiyi 0.1736 ha torpaq sahəsində inşa edilmişdir. Həmin tikili cavabdehlərin mülkiyyətində olan 0.1736 ha torpaq sahəsinin hüdudları daxilində tikilmişdir. Bu barədə ƏMDK tərəfindən Texniki Pasport tərtib edilmiş və həmin texniki pasportda həmin tikili “K” tikilisi kimi qeydə alınmışdır. Sözügedən anbar tikilisinin qaz kəmərindən 0.30 metr aralı məsafədə yerləşdiyini nəzərə alaraq, anbar tikilisinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələblərinə əsasən qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Həmin qaydaların 3.4 bəndinin tələblərinə əsasən isə məhəllələrarası (həyətlərarası) yerüstü qaz kəmərləri yaşayış və ictimai binaların xarici divar boyu çəkilə bilər. Bundan əlavə qeyd olunur ki, mübahisəli anbar tikilisinin divarı 1962-ci ildə inşa edilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmçinin, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci bəndinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Göründüyü kimi, Mülki Məcəllənin 180.1-ci maddəsinin dispozisiya şərtlərinə görə, hər hansı tikilinin özbaşına tikili hesab olunması bu tikilinin tikinti məqsədləri üçün ayrılmayan torpaq shəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilməsi ilə şərtləndirmişdir. Torpaq Məcəlləsinin 111-ci maddəsi torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) və onun hüquqi nəticələri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci bəndi isə mühafizə zonası dairəsində tikinti işlərinin aparılması və onun hüquqi nəticələrindən bəhs edir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıya məxsus anbar tikilisi ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********12-10301 reyestr nömrəli çıxarış üzrə 1/3 hissədə Cavabdeh1, 2/3 hissədə isə X15 mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov prospekti, 127 saylı (yeni qaydalarla: Az5500, Şəki şəhəri, Y.Səfərov küçəsi, ev 1) evin yerləşdiyi 0.1736 ha torpaq sahəsində inşa edilmişdir. Həmin tikili cavabdehlərin mülkiyyətində olan 0.1736 ha torpaq sahəsinin hüdudları daxilində tikilmişdir. Bu barədə ƏMDK tərəfindən Texniki Pasport tərtib edilmiş və həmin texniki pasportda həmin tikili “K” tikilisi kimi qeydə alınmışdır. Sözügedən anbar tikilisinin qaz kəmərindən 0.30 metr aralı məsafədə yerləşdiyini nəzərə alaraq, anbar tikilisinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələblərinə əsasən qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Həmin qaydaların 3.4 bəndinin tələblərinə əsasən isə məhəllələrarası (həyətlərarası) yerüstü qaz kəmərləri yaşayış və ictimai binaların xarici divar boyu çəkilə bilər. Bundan əlavə qeyd olunur ki, mübahisəli anbar tikilisinin divarı 1962-ci ildə inşa edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən sökülməsi tələb edilən tikili cavbdehin adına qeydiyyata alınmış torpaq sahəsində inşa edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən tikili qanunsuz tikili deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qeyd olunmalıdır ki, “İnsan Hüquqlarının və X10 Haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün də bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunan Məcəllənin 158.4-cü maddəsinə görə isə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Bu kontekstdə məhkəmə hesab edir ki, mülkiyyət hüququ əsasında cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikili üzərində onun hüquqları Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsasən Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi çərçivəsində “mülkiyyət” hüququ kimi qorunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı İB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 tərəfindən tərəfindən Şəki şəhəri, N.Nərimanov prospektindən keçən d-76 mm diametri olan aşağı təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdikləri tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Göründüyü kimi, milli və beynəlxalq qanunvericilik normalarının mülkiyyətçilərin hüquqlarının müdafiə məqsədi güdməsi şübhəsizdir. Təbiidir ki, əks təqdirdə qanun fəaliyyətsiz qalar ki, bu da qanunvericiliyin çatmaq istədiyi ümumi məqsəd xəyali xarakter alardı. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xudmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aililiyi və ədalətlilik kimi ümumibəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə 150 manat ekspertiza xərci İddiaçı İB-dən alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X5 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəməRespublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı İB-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 tərəfindən tərəfindən Şəki şəhəri, N.Nərimanov prospektindən keçən d-76 mm diametri olan aşağı təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdikləri tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 10.40 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə 150 manat ekspertiza xərci İddiaçı İB-dən alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X5 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-85/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-85/2022
30.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver