Məhkəmə qərarları › İş №e-2(075)-852/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-852/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-852/2025 17.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********97068 İPHONE 13 markalı telefon üçün 1673.7 manat ödənilməmiş hissə, 836.85 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********32399 HUAWEİ NOVA 10 SE markalı telefon üçün ondan 518.1 manat ödənilməmiş hissə, 259.05 manat cərimə pulu ümumilikdə, 3287.7 manat borc, 52.88 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, tarixlərindəki müqavilələrinə əsasən İMEİ KOD **********97068 İPHONE 13 markalı telefon, İmei kod **********32399 HUAWEİ NOVA 10 SE markalı telefon almış və nəticədə 3287.7 (üç min iki yüz səksən yeddi manat yetmiş qəpik ) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2512.98 (iki min beş yüz on iki manat doxsan səkkiz qəpik) manat (18 ay x 139.61 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********97068 İPHONE 13 markalı telefon üçün ümumilikdə, 2510.55 (iki min beş yüz on manat əli beş qəpik) manat olmaqla ondan 1673.7 (min altı yüz yetmiş üç manat yetmiş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 836.85 (səkkiz yüz otuz altı manat səksən beş qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 667.44 (altı yüz atmış yeddi manat qırx dörd qəpik) manat (18 ay x 37.08 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********32399 HUAWEİ NOVA 10 SE markalı telefon üçün ümumilikdə, 777.15 (yeddi yüz yetmiş yeddi manat on beş qəpik) manat olmaqla ondan 518.1 (beş yüz on səkkiz manat on qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 259.05 (iki yüz əlli doqquz manat beş qəpik) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 988.62 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə bağlanılmış ilə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********97068 İPHONE 13 markalı telefonu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********32399 HUAWEİ NOVA 10 SE markalı telefonu, cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malların dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1673.7 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 836.85 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 518.1 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 259.05 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilələrin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 4836.85, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, İMEİ KOD **********97068 İPHONE 13 markalı telefon üçün 1673.7 manat əsas borcu, İmei kod **********32399 HUAWEİ NOVA 10 SE markalı telefon üçün 518.1 manat əsas borcu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 100 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cavabdehdən 50 manat cərimə məbləği tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 43.41 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********97068 İPHONE 13 markalı telefon üçün 1673.7 (min altı yüz yetmiş üç manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 100 (yüz) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********32399 HUAWEİ NOVA 10 SE markalı telefon üçün ondan 518.1 (beş yüz on səkkiz manat on qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə pulu, ümumilikdə 2341.80 (iki min üç yüz qırx bir manat səksən qəpik) manat borc, 43.41 (qırx üç manat qırx bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar