Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-854/2025 17.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, SBS NUBOX BLACK qulaqcıq üçün 17.6 manat ödənilməmiş hissə, 8.8 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, ASUS VİVOBOOK kompyuter üçün ondan 844.3 manat ödənilməmiş hissə, 422.15 manat cərimə pulu ümumilikdə, 1292.85 manat borc, 32.93 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, tarixlərindəki müqavilələrinə əsasən SBS NUBOX BLACK qulaqcıq, ASUS VİVOBOOK kompyuter almış və nəticədə 1292.85 (min iki yüz doxsan iki manat səksən beş qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 52.98 (əlli iki manat doxsan səkkiz qəpik) manat (6 ay x 8.83 manat + 0 manat ilkin ödəniş) olan SBS NUBOX BLACK qulaqcıq üçün ümumilikdə, 26.4 (iyirmi altı manat qırx qəpik) manat olmaqla ondan 17.6 (on yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 8.8 (səkkiz manat səksən qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1240 (min iki yüz qırx) manat (18 ay x 65 manat + 70 manat ilkin ödəniş) olan ASUS VİVOBOOK kompyuter üçün ümumilikdə, 1266.45 (min iki yüz altmış altı manat qırx beş qəpik) manat olmaqla ondan 844.3 (səkkiz yüz qırx dörd manat otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 422.15 (dörd yüz iyirmi iki manat on beş qəpik) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 431.08 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə bağlanılmış ilə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, SBS NUBOX BLACK qulaqcığı, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, ASUS VİVOBOOK kompyuteri, cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malların dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixli müqavilə üzrə 17.6 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 8.8 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 844.3 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 422.15 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilələrin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 48.8, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 17.6 manat əsas borc, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 844.3 manat əsas borc Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cavabdehdən 40 manat cərimə məbləği tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, SBS NUBOX BLACK qulaqcıq üçün 17.6 (on yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 2 (iki manat) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, ASUS VİVOBOOK kompyuter üçün ondan 844.3 (səkkiz yüz qırx dörd manat otuz qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə pulu, ümumilikdə 903.90 (doqquz yüz üç manat doxsan qəpik) manat borc, 30 (otuz manat) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-854/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-854/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver