Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-86/2022 30.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi (İddiaçı İB-nin nümayəndəsi X8 və Cavabdeh Sracəddin oğlu əvvəlki məhkəmə iclasında iştirak etmişlər) ilə, İddiaçı İB-nin Cavabdeh Sracəddin oğluna qarşı “tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 tərəfindən ünvan 1 ünvanından keçən d-114 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı: İddiaçı İB-nin nümayəndəsi X8 iddia tələbinin dəqiqləşdirilməsi (dəyişdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh X5 tərəfindən ünvan 2 ünvanından keçən d-114 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin (qeyri yaşayış binasının) cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı İB-nin nümayəndəsi X8 iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərini pozaraq İddiaçı X1 istismarı İdarəsinin balansında və istismarında olan ünvan 2 ünvanından keçən d-114 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin 19 (on doqquz) pm. hissəsində qaz xəttinin mühafizə zonasında üzərində tikili inşa edilmişdir. ”Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” təsdiq edilmişdir. “Qaydalar”ın 2 nömrəli əlavəsinə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 5 (beş) metr müəyyən edilmişdir. Göstərilən məsafədə hər hansı bir tikintinin inşa olunması qəti qadağandır. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. Hesab etmişdir ki, iddia əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İB və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə 30 avqust 2022-ci il tarixdə məhkəməyə göndərdiyi ərizəsində işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası onun mülkiyyətindədir. Həmin qeyriyaşayış binasını 1978-ci ildə tikdirmişdir. Qeyri-yaşayış binası əvvəllər mağaza, çörək sexi kimi istifadə edilmiş, hal-hazırda istifadə edilmir. Həmçinin bildirmişdir ki, tikili İddiaçı binasına yaxın ərazidə tikilib indiyə kimi tikili ilə bağlı hər hansı tələb irəli sürülməmişdir. Bildirmişdir ki, qeyd edilən qeyri-yaşayış binası 85.9 kv/m olmaqla ona məxsus 0.0102 ha torpaq sahəsinin hüdudları çərçivəsində tikilmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan yazılı sübutları və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 200013/23 invertar nömrəli qaz kəmərinin pasportundan görünür ki, Şəki şəhəri, N.Nərimanov küçəsi ərazisində 1979-cu ildə 1833,6 pm dərinliyində polad materiallı qaz borusu quraşdırılmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı İBnin Zaqatal RQİİ tərəfindən tərtib olunmuş 05 mart 2021-ci il tarixli aktından görünür ki, qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri tələblərinə zidd olaraq, ünvan 3 ünvanında Cavabdeh Sracəddin oğlu tərəfindən D-114 mm-lik orta təzyiqli yerüstü qaz xətt qaz kəmərinin mühafizə sonasında, kəmərdən 0 metr məsafədə bir mərtəbəli çörək sexi inşa edilmişdir. İnşa edilmiş d 114 mm-lik orta təzyiqli qaz xətti 19 metr uzunluqda sektor örtüyü altına salınmışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş, 04 aprel 2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, Nəriman Nərimanov küçəsi, ev 5 (yeni qaydalarla AZ 5500, ünvan 4 ünvanında 0.0886 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 2 otaqlı, 42.0 kv.m yaşayış, 338.2 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 088155 nömrəli lisenziyadan görünür ki, Şəki şəhəri N.Nərimanov küçəsində Cavabdeh inşa etdiyi fərdi yaşayış evini memarlıq planlaşdırma işlərinin aparılmasına "xxxx" MMC tərəfindən icazə verilmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 06 iyul 2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri Nəriman Nərimanov küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 42.0 kv.m yaşayış, 338.2 kv.m köməkçi sahədən ibarət olan 5 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reystr kitabının 89 nömrəli vərəqində ********* nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 21 yanvar 2019-cu il tarixli, 94 nömrəli arxiv çıxarışından görünür ki, Şəhər icraiyyə komitəsi tərəfindən 11-24cü rayon, N.Nərimanov küçəsi dalan 3,5 nömrəli evdə yaşayan Cavabdeh Siracəddin oğluna şəhərin 180-ci kvartalında istifadəsində olan 830,9 kv.m 600 kv.m torpaq sahəsində 3 otaq, yaşayış sahəsi 60 kv.m olan ev tikməyə icazə verilmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 09 avqust 1985-ci il tarixli, 5588/214 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Şəki şəhəri, 24-cü rayon, N.Nərimanov küçəsində yerləşən 5 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 yanvar 2022-ci il tarixli, 10/6259 saylı rəydə göstərilmişdir ki, ünvan 1 ünvanından keçən d-114 mm qaz kəmərinin layihə-smeta sənədlərinin təqdim edilməsi barədə vəsatət təmin edilmədiyi üçün, müqayisəli analiz aparmaqla həmin qaz kəmərinin layihə-smeta sənədlərinə uyğun çəkilməsini müəyyən etmək mümkün olmadı. ünvan 1 ünvanından keçən d-114 mm qaz kəmərinin mübahisə predmeti olan tikilinin yaxınlığından keçən hissəsi yeraltı şəkildə çəkildiyi, o cümlədən üzəri tökmə betonla örtüldüyü üçün qaz kəməri ilə tikili arasında olan məsafəni müəyyən etmək mümkün olmadı. Qaz kəməri ilə tikili arasında məsafəni müəyyən etmək mümkün olmadığı üçün tikilinin qaz kəmərinin mühafizə zonasında yerləşəb-yerləşməməsini müəyyən etmək mümkün olmadı. Ekspertiza xərci 100 manat təşkil etmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki ərazi İdarəsinin 21 fevral 2022-ci il tarixli, **********24 saylı məktubundan görünür ki, Cavabdeh Siracəddin oğluna məxsus ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Respublika dövlət arxivinin Şəki filialının xx.xx.2019-cu il tarixli, 94 saylı arxiv çıxarışına əsasən həmin ünvanda ikinci fərdi yaşayış evi tikilmiş və xx.xx.2019-cu il tarixdə dövlət reyestrindən çıxarış qeydiyyata alınmışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 18 mart 2019-cu il tarixli, 6887 invertar nömrəli, **********91-10301 reyestr nömrəli texniki pasportdan görünür ki, Şəki şəhəri, Nəriman Nərimanov küçəsi, ev 5 (yeni qaydalarla AZ 5500, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh Sracəddin oğlunun mülkiyyətindədir. İşdə olan 12 yanvar 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 7 ünvanında 0.0102 ha torpaq sahəsində yerləşən, qeyriyaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli, 10/2430 saylı rəydə göstərilmişdir ki, Cavabdeh Siracəddin oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında inşa edilmiş 85.9 kv.metrlik qeyri-yaşayış binası Cavabdeh Siracəddin oğlunun mülkiyyətində olan 0.01102 ha torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir. Bu barədə ƏMDK tərəfindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Ekspertiza xərci 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmçinin, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci bəndinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Göründüyü kimi, Mülki Məcəllənin 180.1-ci maddəsinin dispozisiya şərtlərinə görə, hər hansı tikilinin özbaşına tikili hesab olunması bu tikilinin tikinti məqsədləri üçün ayrılmayan torpaq shəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilməsi ilə şərtləndirmişdir. Torpaq Məcəlləsinin 111-ci maddəsi torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) və onun hüquqi nəticələri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci bəndi isə mühafizə zonası dairəsində tikinti işlərinin aparılması və onun hüquqi nəticələrindən bəhs edir. Məhkəmə iclasında müəyyən edildi ki, 12 yanvar 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 8 ünvanında 0.0102 ha torpaq sahəsi Cavabdeh Sracəddin oğluna məxsusdur və Cavabdeh Sracəddin oğlu tərəfindən həmin torpaq sahəsində qeyri-yaşayış binası inşa edilmişdir. Cavabdeh Siracəddin oğlu mülkiyyətində olan ünvan 2 ünvanında inşa edilmiş 85.9 kv.metrlik qeyri-yaşayış binasını mülkiyyətində olan 0.01102 ha torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən sökülməsi tələb edilən tikili cavbdehin adına qeydiyyata alınmış torpaq sahəsində inşa edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən tikili qanunsuz tikili deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qeyd olunmalıdır ki, “İnsan Hüquqlarının və X7 Haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün də bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunan Məcəllənin 158.4-cü maddəsinə görə isə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Bu kontekstdə məhkəmə hesab edir ki, mülkiyyət hüququ əsasında cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikili üzərində onun hüquqları Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsasən Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi çərçivəsində “mülkiyyət” hüququ kimi qorunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı İB-nin cavabdeh X3 qarşı onun tərəfindən ünvan 2 ünvanından keçən d-114 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin (qeyri yaşayış binasının) cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Göründüyü kimi, milli və beynəlxalq qanunvericilik normalarının mülkiyyətçilərin hüquqlarının müdafiə məqsədi güdməsi şübhəsizdir. Təbiidir ki, əks təqdirdə qanun fəaliyyətsiz qalar ki, bu da qanunvericiliyin çatmaq istədiyi ümumi məqsəd xəyali xarakter alardı. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xudmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aililiyi və ədalətlilik kimi ümumibəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə 150 manat ekspertiza xərci İddiaçı İB-dən alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X6 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı İB-nin cavabdeh X3 qarşı onun tərəfindən ünvan 2 ünvanından keçən d-114 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin (qeyri yaşayış binasının) cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 10.40 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə 150 manat ekspertiza xərci İddiaçı İB-dən alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X6 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-86/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-86/2022
30.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver