Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-869/2025 20.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 86.4 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki şəhəri, Mübariz İbrahimov küç, giriş 145 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin evdə qazdan istifadə edildiyinə görə küçədə Cavabdeh tərəfindən G-4 markalı ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. 22 oktyabr 2020-ci il tarixdə onun istifadəsində olan G-4 markalı ******* nömrəli qaz sayğacı Cavabdeh İB-nin nümayəndələrinin iştirakı ilə götürülmüş və bu barədə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 22 oktyabr 2020-ci il tarixli ******* №-li akt tərtib edilmişdir. Həmin zaman istifadəsində olan G- 4 markalı ******* nömrəli qaz sayğacı tam saz vəziyyətdə olmuşdur. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh İB tərəfindən 86.4 manat sərfiyyat borc hesablanmışdır. O, bunu dəqiqləşdirmək üçün Cavabdeh İB-nin Zaqatala RQİİ-nin Şəki şəhər şöbəsinə müracitə etdikdə ona bildirmişlər ki, istifadəndə olan G-4 markalı ******* nömrəli qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən götürüldükdən sonra ARDNŞ Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli MSK 29/1710-01492-1 saylı aktına əsasən sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyinə görə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli Akt tərtib edilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixli qərarla G-4 markalı ******* nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti hesablanmaqla cəmi 720 manat qaz sərfiyyat hesablanmışdır. Həmin qərarda isə qeyd edilmişdir ki, Metrologiya Departamenti, Sayğacın müayinəsi labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli 29/1710-01492-1 saylı aktına əsasən sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi qeyd edilmişdir. Əgər sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsə idi Cavabdeh İB-nin nümayəndələri sayğacı yenisi ilə əvəz edən zaman bunu istehlakçıya söyləyər və bunu ona yerində göstərər və elə həmin vaxt bu barədə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 22 oktyabr 2020-ci il tarixli ******* №-li aktda qeyd edərdilər. Belə ki, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsini müəyyən etmək üçün heç labaratoriyaya göndərilməsinə ehtiyac yoxdur. Bbu ilk vizual baxışda görünərdi. Bundan əlavə qaz sayğacını götürərkən iki hal şahidi dəvət etməli idilər. Lakin qeyd edilən aktdan görünür ki, sayğac yenisi ilə əvəz edilərkən hal şahidi dəvət edilməmişdir. Həmçinin sayğacın götürülməsindən 6 ay sonra yəni 22 aprel 2021-ci il tarixdə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 aprel 2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Buradan da görünür ki, həmin akt saxtadır və formal olaraq tərtib edilmişdir. Belə ki, hər iki aktı yəni Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında və Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlardakı məlumatları müqayisə edərkən görürük ki, hər iki aktdakı məlumatlar üst-üstə düşmür. Belə ki, istifadəsində olan sayğac 22 oktyabr 2020-ci il tarixdə dəyişdirilərək yenisi ilə əvəz edilsə də, 28 aprel 2021ci il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda “istehlakçıya məxsus yaşayış sahəsində” sayğaca xx.xx.2021-ci il tarixdə baxıldığı qeyd edilmişdir. Onun istifadəsində olan sayğac 22 oktyabr 2020-ci il tarixdə götürülmüşdürsə necə ola bilər ki, xx.xx.2020-ci il tarixdə onun yaşayış sahəsində həmin sayğaca baxış keçirilir. Lakin o, həmin sayğaca baxış keçirilməsində iştirak etməmiş və həmin akta imza etməmişdir. Ümumiyyətlə onun həmin aktın mövcudluğundan xəbəri olmamış və bu yaxınlarda ona məlum olmuşdur ki, belə akt mövcuddur. Bundan əlavə qaz sayğacı 6 ay sonra Metrologiya Departamenti, Sayğacın müayinəsi labaratoriyasına yoxlamasına göndərilmişdir. Bu müddət ərzində yəni sayğacın çıxarılmasından yəni 22 oktyabr 2020-ci il tarixdən ona baxış keçirilmiş 28 aprel 2021-ci il tarixədək 6 ay ərzində qaz sayğacının hansı şəraitdə saxlanılması və müdaxilə edilib-edilməməsi isə məlum deyil. Sayğacın götürülməsinə qədər də Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nəzarətçisi hər ay sayğaca baxış keçirmiş və onda heç bir nasazlıq aşkarlanmamışdır. O, hər ay nümunəvi vətəndaş kimi təbii qazdan istifadəyə görə sayğacda göstərilən və Cavabdeh İB-nin Zaqatala RQİİnin nəzarətçisi tərəfindən təqdim edilmiş bildirişdə göstərilən sərfiyyata uyğun məbləği cavabdehin hesabına ödəmişdir. Sayğac mülkiyyətində olan ərazidə yox onun istifadə belə etmədiyi küçədə və yüksəkdə quraşdırılmışdır və onun müdaxilə etməyi və onu kənar müdaxilələrdən güdməyi qeyri-mümkündür. Mübahisəli akt və həmin akt əsasında qəbul edilmiş qərar tam qanunsuz və əsassızdır və həmin qərarda hesablanmış məbləğ əsassız hesablanmışdır, ona görə də əsassız hesablanmış məbləğ silinməlidir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Həmin akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalandığı üçün onun hər hansı təqsirli hərəkətini təsdiq edən şübhədənkənar sübut hesab edilə bilməz, onun tərəfindən həqiqətən də sayğaca müdaxilə edilməsinə dair sübutlar mübahisəli aktda göstərilməmişdir, eyni zamanda cavabdehlərin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı aktda heç bir qanun normasına istinad edilməmişdir. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri: Cavabdeh İB tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə mülki iddiaya xitam verilməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********40000 saylı qaz hesabında 78.86 manat borc vardır və həmin borc yalnız sayğac göstəricisinə əsasən aprılmış hesabat nəticəsində yaranmışdır. Belə ki, iddiaçının hazırda ünvanında olan istismarda olan G4 markalı **********4 nömrəli sayğacın 8821 m3 gösətirici ilə xx.xx.2025-ci il tarixə 78.86 borcu mövcuddur və tərəfindən ödənilməlidir. İddiaçı iddia ərizəsindən və tərəflərin elektron kabinetə əlavə etdiyi sənədlərdən göründüyü kimi silinməsi tələb olunan akt əsasında hesablanmış borc 72 manat təşkil edir və həmin borc təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında müəyyən edilərək **********40000 saylı abonent hesabında qeydiyyata alınmışdır. Məhkəmənin nəzərinə çatdırıram ki, hazırda İddiaçı mübahisələndirdiyi akt əsasında hesablanmış borcla bağlı əvvəlki tarixdə məhkəmə icraatı aparılmışdır. İddiaçı eyni tələblə bundan əvvəl Şəki Rayon Məhkəməsinə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(075)-1759/2021 saylı qətnaməsi ilə 28 aprel 2021-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 72 (yetmiş iki) manat məbləğində hesablanmış borc İddiaçı hesabından silinməsi qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsi icra olunması üçün aidiyyatı üzrə İcra şöbəsinə göndərilmişdir. Cavabdehnə daxil olmuş icra sənədi əsasında İddiaçı qaz hesabından akt əsasında hesablanmış 72 manat borc məbləği xx.xx.2021-ci il tarixdə silinmişdir. İcra sənədi artıq icra olunduğundan Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2023cü il tarixdə icraata xitam verilməsi haqqında qərar qəbul edilərək icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. Göründüyü kimi İddiaçı hazırda silinməsini tələb etdiyi borc məbləği ilə bağlı mübahisəyə artıq Şəki Rayon Məhkəməsi tərəfindən 2021-ci ildə hüquqi qiymət verilmiş və məhkəmənin icra sənədi artıq icra edilmişdir. Ona görə də hazırda eyni tələblə bağlı mübahisəyə təkrar baxılması prossesual qanunvericiliyin tələblərinə ziddir. İşə aidiyyəti olan məhkəmə aktı: Şəki Rayon Məhkəməsinin 2(075)-869/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh İB-yə qarşı iddia tələbinə “72 manat borcun silinməsi” hissəsində xitam verilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Ərizə ünvanlayaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 10 oktyabr 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh İB istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq təqdim edilən hesaba əsasən ödəyir. - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 22 oktyabr 2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş ******* nömrəli sayğac çıxarılmış, əvəzində yeni **********4 nömrəli sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. - Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 aprel 2021-ci il tarixli, ******* nömrəli aktda qeyd edilmişdir ki, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İtirilmiş qazın dəyəri hesablanaraq ödənilsin. - 28 aprel 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, G4 markalı ******* nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4 m3 , orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. İtirilmiş qazın miqdarı cəmi 720 m3 müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, İddiaçı oğlunun adına olan **********40000 nömrəli abonent kodunda 2025-ci ilin yanvar ayına akt üzrə borc mövcud deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir... Həmin qaydaların 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqısatqısı barədə 10 oktyabr 2019-cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qazla təchiz etməyi, cavabdeh isə istifadə etdiyi qazın dəyərini ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən istifadə edilən təbii qazın həcminin müəyyən edilməsi məqsədilə sayğac quraşdırılmışdır. İddiaçı 14.6 manat borcun silinməsini tələb etsə də həmin tələbini əsaslandıra bilməmişdir. İddiaçı akt əsasında hesablanmış borcun silinməsini xahiş etsə də hazırda iddiaçının akt əsasında hesablanmış borcunun olması müəyyən edilməmişdir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “14.6 manat borcun silinməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-869/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-869/2025
20.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver