Məhkəmə qərarları › İş №e-2(075)-87/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-87/2022

21.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-87/2022 21.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, İddiaçı İB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektinin S.M.Əfəndiyev küçəsinin kəsişməsindən keçən d-57 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 09 sentyabr 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, qeyd olunan mülki iş üzrə 23 sentyabr 2021-ci il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş, məhkəmə tərəflərində razılığı ilə işin məhkəmə baxışına təyin edilməsini mümkün hesab edərək məhkəmənin ilk baxış iclasını 22 oktyabr 2021-ci il tarixə saat 10:00-a təyin edilmişdir. Həmin baxış iclasında məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək işin icraatı dayandırılmış və rəy verilməsi üçün mülki iş Azərbaycan Respublikası MEM-nə təqdim edilmişdir. Ekepertin rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş, işin icraatı təzələnərək işin növbəti baxış iclası 15 fevral 2022-ci il tarixə təyin edilmişdir. 15 fevral 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında işə obyektiv və qərəzsiz baxılması üçün Cavabdeh2 cavabdeh qismində cəlb edilmiş və həmin məhkəmə iclası 10 mart 2022-ci il tarixə təxirə salınmışdır. 10 mart 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 şifahi vəsatəti əsasında yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək işin icraatı dayandırılmış və rəy verilməsi üçün mülki iş Azərbaycan Respublikası MEM-nə təqdim edilmişdir. Lakin mülki iş üzrə tikinti-texniki ekspertizasının keçirilməsindən imtina olunmuş və mülki iş materialı 08 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuş, işin icraatı təzələnərək işin növbəti baxış iclası bu günə, yəni 21 iyun 2022-ci il tarixə təyin edilmişdir. 21 iyun 2022-ci il tarixdə İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə elektron qayada ərizə göndərərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsini, ona əlavə edilmiş sənədləri İddiaçınə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi İddiaçı nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə elektron qaydada ərizə göndərmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçınə izah edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı-nə qaytarılmalıdır. İş materialından görünür ki, məhkəmənin təşəbbüsü əsasında mülki iş üzrə ekspertiza təyin edilmiş və 06 yanvar 2022-ci il tarixli 10/6258 nömrəli ekspert rəyində ekspert xərcinin 100 manat təşkil etdiyi göstərilmişdir. Göründüyü kimi İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin geri qaytarılması barədə elektron ərizə göndərmiş, həmçinin məhkəmənin təşəbbüsü əsasında Məhkəmə Tikinti-texniki ekspertizası təyin edilmişdir. Belə olan halda məhkəmə iş üzrə mövcud olan 100 ekspertiza xərcinin 50 manatını İddiaçındən 50 manatını isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmasını ədalətli hesab edir. Şərh edilənləri nəzərə alaraq, 100 manat məhkəmə ekspertiza xərcinin 50 manatı İddiaçındən 50 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı İB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Mülki iş üzrə keçirilmiş 100 manat məhkəmə ekspertiza xərcinin 50 manatı İddiaçındən 50 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçınə qaytarılsın. İddiaçınə izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar