Məhkəmə qərarları › İş №e-2(075)-873/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-873/2024

06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-873/2024 06.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********73699 SAMSUNG GALAXYA03 markalı telefon üçün 322.56 manat ödənilməmiş hissə, 32.44 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, LORA- QONAQ - MASA, 6 ədəd stul antuanetta üçün ondan 173.4 manat ödənilməmiş hissə, 17.6 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********74851 SAMSUNG GALAXY A12 markalı telefon üçün 168.38 manat ödənilməmiş hissə, 16.62 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, POLO - DEHLİZ DOLAB üçün ondan 150 manat ödənilməmiş hissə, 15 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********50246 BLACKVİEW A60 markalı telefon üçün ondan 144.18 manat ödənilməmiş hissə, 14.82 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********85397 SAMSUNG GALAXY A02 markalı telefon üçün 90 manat ödənilməmiş hissə, 9 manat cərimə pulu, ümumilikdə, 1154 manat borc, 31.54 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən İMEİ **********73699 SAMSUNG GALAXY A03 markalı telefon LORA - QONAQ - MASA, 6 ƏDƏD STUL ANTUANETTA, İMEİ KOD **********74851 SAMSUNG GALAXY A12 markalı telefon, POLO - DEHLİZ DOLAB, İMEİ KOD **********50246 BLACK VİEW A60 markalı telefon, İMEİ **********85397 SAMSUNG GALAXY A02 markalı telefon almış və nəticədə 1154 (min yüz əlli dörd ) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 484.56 (dörd yüz səksən dörd manat əlli altı qəpik) manat (12 ay x 40.38 manat + 0 manat ilkin ödəniş) olan İMEİ **********73699 SAMSUNG GALAXY A03 markalı telefon üçün ümumilikdə, 355 (üç yüz əlli beş) manat olmaqla ondan 322.56 (üç yüz iyirmi iki manat əlli altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 32.44 (otuz iki manat qırx dörd qəpik) manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1387.2 (min üç yüz səksən yeddi manat iyirmi qəpik) manat (24 ay x 57.8 manat + 0 manat ilkin ödəniş) olan LORA - QONAQ - MASA, 6 ƏDƏD STUL ANTUANETTA üçün ümumilikdə, 191 (yüz doxsan bir) manat olmaqla ondan 173.4 (yüz yetmiş üç manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 17.6 (on yeddi manat altmış qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 505.8 (beş yüz beş manat səksən qəpik) manat (18 ay x 28.1 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********74851 SAMSUNG GALAXY A12 markalı telefon üçün ümumilikdə, 185 (yüz səksən beş) manat olmaqla ondan 168.38 (yüz altmış səkkiz manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 16.62 (on altı manat altmış iki qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 600 (altı yüz) manat (24 ay x 25 manat + 0 manat ilkin ödəniş) olan POLO - DEHLİZ DOLAB üçün ümumilikdə, 165 (yüz altmış beş) manat olmaqla ondan 150 (yüz əlli ) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 15 (on beş) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 282.96 (iki yüz səksən iki manat doxsan altı qəpik) manat (12 ay x 23.58 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********50246 BLACK VİEW A60 markalı telefon üçün ümumilikdə, 159 (yüz əlli doqquz) manat olmaqla ondan 144.18 (yüz qırx dörd manat on səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 14.82 (on dörd manat səksən iki qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 275 (iki yüz yetmiş beş) manat (18 ay x 15 manat + 5 manat ilkin ödəniş) olan İMEİ **********85397 SAMSUNG GALAXY A02 markalı telefon üçün ümumilikdə, 99 (doxsan doqquz) manat olmaqla ondan 90 (doxsan) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 9 (doqquz) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2487 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə bağlanılmış ilə xx.xx.2022-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********73699 SAMSUNG GALAXYA03 markalı markalı telefonu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, LORA-QONAQ - MASA, 6 ƏDƏD STUL ANTUANETTA, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********74851 SAMSUNG GALAXY A12 markalı telefon, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, POLO - DEHLİZ dolab, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********50246 BLACKVİEW A60 markalı telefonu xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********85397 SAMSUNG GALAXY A02 markalı telefonu cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malların dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli müqavilə üzrə 322.56 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 32.44 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə isə 173.4 manat əsas, müqavilənin 2.6cı bəndinə əsasən 17.6 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 168.38 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 16.62 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 150 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 15 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 144.18 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 14.82 manat cərimə borcu, xx.xx.2021-ci-ci il tarixli müqavilə üzrə isə 90 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 9 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilələrin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 465, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, **********73699 SAMSUNG GALAXYA03 markalı telefon üçün 322.56 manat əsas, 32.44 manat cərimə borcu, LORA- QONAQ - MASA, 6 ƏDƏD STUL ANTUANETTA üçün isə 173.4 manat əsas, 17.6 manat cərimə borcu, **********74851 SAMSUNG GALAXY A12 markalı telefon üçün isə 168.38 manat əsas, 16.62 manat cərimə borcu, POLO - DEHLİZ dolab üçün isə 150 manat əsas, 15 manat cərimə borcu, **********50246 BLACKVİEW A60 markalı telefon üçün isə 144.18 manat əsas, 14.82 manat cərimə borcu olmaqla, **********85397 SAMSUNG GALAXY A02 markalı telefon üçün isə 90 manat əsas, 9 manat cərimə borcu olmaqla, cəmi 1154 manat borc Cavabdeh Məmmədli oğlundan tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 31.54 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********73699 SAMSUNG GALAXY A03 markalı telefon üçün 322.56 (üç yüz iyirmi iki manat əlli altı qəpik) manat ödənilməmiş hissə, 32.44 (otuz iki manat qırx dörd qəpik) manat cərimə pulu, xx.xx.2020ci il tarixli müqaviləsinə əsasən, LORA- QONAQ - MASA, 6 ədəd stul antuanetta üçün ondan 173.4 (yüz yetmiş üç manat qırx qəpik) manat ödənilməmiş hissə, 17.6 (on yeddi manat altmış qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********74851 SAMSUNG GALAXY A12 markalı telefon üçün 168.38 (yüz altmış səkkiz manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, 16.62 (on altı manat altmış iki qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, POLO - DEHLİZ DOLAB üçün ondan 150 (yüz əlli) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********50246 BLACKVİEW A60 markalı telefon üçün ondan 144.18 (yüz qırx dörd manat on səkkiz qəpik) manat ödənilməmiş hissə, 14.82 (on dörd manat səksən iki qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********85397 SAMSUNG GALAXY A02 markalı telefon üçün 90 (doxsan) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə pulu, ümumilikdə, 1154 (bir min bir yüz əlli dörd) manat borc, 31.54 (otuz bir manat əlli dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar